№-li İngilis dili fakültəsinin kurs (qrup 121) tələbəsi Mövsümova Gülnarın Bakalavr təhsil pilləsi üzrə “AZƏrbaycan xalq cümhuriYYƏTİNİn xariCİ SİyasəTİ”


AZƏRBAYCAN – RUSİYA MÜNASİBƏTLƏRİ



Yüklə 58,24 Kb.
səhifə7/7
tarix01.01.2022
ölçüsü58,24 Kb.
#105896
1   2   3   4   5   6   7
AZƏRBAYCAN – RUSİYA MÜNASİBƏTLƏRİ

VƏ APREL İŞAĞLI

“İstiqlal bəyannaməsi”ndə öz əksini tapmış qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin bərqərar olması prinsipi sovet Rusiyasına da şamil edilirdi.Sovet Rusiyası ilə əlaqələrin yaradılmasını Azərbaycan Respublikası hökuməti zəruri hesab etmişdi.Azərbaycan müstəqilliynin beynəlxalq aləmdə tanınmasına baxmayaraq ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı.Sovet Rusiyası xarici işlər naziri G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökümətinə göndərdiyi notada Sovet Rusiyasının xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməsindən dəm vurur və Azərbaycana Deniki əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi.

Azərbaycan höküməti gözəl başa düşürdü ki, Sovet hökümətinin belə bir təklifi etməkdə əsas məqsədi Azərbaycanı Denikinlə qeyri_bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır.Buna görə də Azərbaycanın xarici işlər naziri F.Xoyski cavab notasında bildirdi ki, Denikinlə Sovet höküməti arasında mübarizə rus xalqının daxili işidir və Azərbaycan höküməti Rusiyanın daxili işlərinə qarışmaq niyyətində deyil. Xoyski həmçinin, hər iki dövlətin suverenliyi əsasında rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq əlaqələrinin bərqərar edilməsinə öz hökümətinin həmişə hazır olduğunu bildirdi.

G.Çiçerin 1920-ci il 23 yanvar tarixli ikinci notasında Azərbaycanın müstəqilliyinə aydın münasibətini bildirməkdən yan keçərək beynəlxalq münasibətlər üçün yolverilməz bir formada Azərbaycan hökümətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırdı. F.Xoyski Sovet hökümətinin diqqətini notanin nəzakətsiz tonuna cəlb edərək bir daha təsdiq etdi ki, Azərbaycan ilə Sovet Rusiyası arasında hər hansı danışıqlar yalnız Azərbaycanın istiqlaliyyətinin Sovet höküməti tərəfindən qeyd_şərtsiz tanınmasınadan sonra başlaya bilər.

1920-ci il martın 7-də Azərbaycan hökümətinə göndərdiyi növbəti notada G.Çiçerin bildirdi ki, Azərbaycanın istiqlaliyyətini yalnız Sovet Rusiyası ilə Azərbaycan arasında münasibətlər kompleksinə daxil olan müxtəlif məsələlər barəsində mürəkkəb danışıqların nəticəsi olaraq tanına bilər.Buna cavab olaraq F.Xoyski Azərbaycanın hökümətinin bir-birinin suverenliyinə qarşılıqlı hörmət əsasında və Azərbaycan xalqları arasında normal münasibətlərin yaradılmasına hazır olduğunu bir daha təsdiqlədi.

G.Çiçerin Azərbaycan hökümətinin təkliflərinə heç bir konkret cavab verməyərək , bilərəkdən F.Xoyski ilə yazışmanı uzadırdı.Rusiyanın bu diplomatik manevrləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək məqsədi güdür.Sovet Rusiyasının Azərbaycana olan əsl münasibətini Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsi Hərbi-inqilab Şurasına göndərdiyi teleqram əks etdirir: “Bakını tutmaq olduqca zəruridir.Bütün qüvvələri buna yonəldin.”

Bu zaman «Müstəqil Sovet Azərbaycanı» şüarı və müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını KP halında birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə Azərbaycan KP nın yaradılmasına rəy verildi.

1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Az. KP-ı adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK seçildi.

RK(b)P-nın bölməsi kimi yaranan Azərb. KP-nın I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.

1920-ci ilin yanvar — fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı. Azərbaycanı işğal etmək işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər. Əsgəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı.

Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə də oldu. Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana giriş yolunu açmış oldu.

1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.bu şərtlərə daxildir:

-Azərabycanın tam müstəqilliyi qorunub saxlanılsın;

-AKP-nin yaratdığı hökümət müvəqqəti orqan olsun;

-hökümət və parlament üzvlərinin həyat və mülkiyyət toxunlmazlığı təmin edilsin;

-Azərbaycanın siyasi partiyalarının tam sərbəst fəaliyyəti təmin edilsin;

-Azərbaycan ordusu saxlanılsın;

-rus ordusu Bakıya daxil olmadan dəmir yolu vasitəsilə Türkiyənin köməyinə getsin;



Lakin bir neçə saat sonra Anadoluya getmək bəhanəsilə Biləcəriyə gəlib çatmış XI Qırmızı Ordu Bakıya daxil oldu.Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. 23 ay fəaliyyət göstərmiş AXC-nin süqutunun səbəbləri vardı.

  1. Beynəlxalq aləmdə və Qafqazda yaranmış ümumi hərbi-siyasi vəziyyət

  2. Sovet Rusiyasının işğalı

  3. AXC daxilində sabitliyin olmaması, parlament fraksiyalarının, partiyaların hakimiyyət uğrunda mübarizəsinin daxili çəkişmə və şəxsi düşmənçilik həddinə çatması, hökümət kabinetlərinin tez-tez dəyişməsi, siaysi-iqtisadi islahatların aparılmasında qətiyyət və ardıcılılığın olmaması

  4. erməniləin əsassız ərazi iddiaları və işğalları ilə bağlı olaraq Milli ordunun cəbhə xəttindən götürülməsi nəticəsində şimal sərhədlərinin müdafiəsiz qalması

  5. Azərbaycan bolşeviklərinin “beşinci kolon” kimi pozuculuq fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.
Yüklə 58,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin