İnformasiya sistemləri



Yüklə 26,01 Kb.
tarix22.10.2017
ölçüsü26,01 Kb.
#9564

Elektron hökumət”-dən yazan jurnalistlər üçün təlimlərin
TƏDRİS PROQRAMI





Mövzunun adı

Qeyd və şərhlər

Təlimçi





MÖVZU 1. “Elektron hökumət” və Açıq Hökumət anlayışı Elektron hökumətin başlıca elementləri. E-hökumət infrastrukturu anlayışı. Açıq Hökumətin əsas prinsipləri. E-hökumət və elektron demokratiya. Ölkədə Açıq Hökumət təşəbbüsləri. Korrupsiyanın qarşısının alınmasında elektron hökumətin rolu.

Elektron hökumət və Açıq Hökumətin üstünlüklərinin geniş ictimaiyyətə çatdırılması


E-hökumətin və Açıq Hökumətin əsas anlayışları və əsas məqsədləri:

      • İKT-nin imkanlarından geniş istifadə etməklə səmərəli və şəffaf dövlət idarəçiliyi və yerli özünüidarəetmənin təmin olunması, vətəndaşların hökumət orqanları ilə əlaqəsində bürokratik amillərin aradan qaldırılması, bu əlaqələrin sadələşdirilməsi və asanlaşdırılması

      • İnternet şəbəkəsi vasitəsilə xidmətlərin əhaliyə kompleks formada təklif olunması

      • İnformasiya bərabərsizliyinin aradan qaldırılması

      • Vətəndaşlar üçün daimi tədris imkanlarının yaradılması

      • Əhali ilə münasibətlərin yenidən qurulması

      • Səmərəli qanunlar və səmərəli siyasətin işlənib hazırlanması

      • Daha çox vətəndaşın iştirakını təmin edən idarəetmə formasının yaradılması

Vəzifələr:

      • Dövlət strukturlarında formalaşan informasiya resurslarına vətəndaşlar tərəfindən müraciət imkanlarının yaradılması, onlara informasiya xidmətlərinin göstərilməsi

      • İctimai nəzarətin təmin olunması və elektron demokratiyanın elementlərinin inkişaf etdirilməsi

Tərkib hissələri:

      • Hökumət orqanları arasında informasiya mübadiləsi sistemləri və birgə istifadə üçün nəzərdə tutulan məlumatlar bankları (G2G)

      • Vətəndaşların informasiya tələbatının ödənilməsinə xidmət edən dövlət informasiya resursları və xidmətləri (G2C)

      • Özəl sektorla hökumət orqanlarının informasiya mübadiləsinə xidmət edən sistemlər, dövlət strukturları üçün elektron təchizat xidmətləri (G2B)





MÖVZU 2. E- hökumət və Açıq Hökumət konsepsiyasının inkişaf mərhələləri (dünya təcrübəsi əsasında). E-hökumətin inkişafına təsir edən amillər.

Elektron hökumətə keçid dövrü.

1-ci mərhələdövlət idarəetmə orqanlarının və təşkilatlarının İnternet şəbəkəsində olması

2-ci mərhələ – informasiya mübadiləsinin elektron forma və prosedurlarının formalaşması

3-cü mərhələ – “informasiya iqtisadiyyatı”nın formalaşması

E- hökumət konsepsiyasını tətbiq edən müəssisələrin xüsusiyyətləri:



  • Bütün vətəndaşlar üçün açıqlıq və geniş əhatəli olma

  • İstehlakçıların tələbatlarına yönəlmiş istiqamət

  • Xidmətlərin inteqrasiyası – dövlət sektorunun təklif etdiyi xidmətlər ayrı-ayrı növlər üzrə deyil, tam kompleksləşdirilmiş formada vətəndaşa təqdim olunur.

  • Dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlıq – vətəndaşların dövlət sektoru xidmətləri keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş daimi tələbləri dövlət orqanlarını daha çox özəl kompaniyalarla əməkdaşlıq etməyə sövq edir.







MÖVZU 3. E-hökumətdə informasiya təhlükəsizliyi, konfidensiallıq, kibercinayətkarlıq, ictimai informasiya resursların dayanıqlı fəaliyyəti. Vətəndaşların informasiya təhlükəsizliyi.



Təhlükəsizlik məsələlərində əsas anlayışlar :

  • İnformasiya təhlükəsizliyinə ehtiyacın olması;

  • İnformasiya təhlükəsizliyi tendensiyaları və istiqamətləri;

  • İnformasiya təhlükəsizliyi tədbirləri;

  • İT təhlükəsizliyinin məqsədləri, funksiyaları və maliyyə dəyəri haqqında anlayış;

  • Zəif cəhətlər, təhlükələr, hücum üsulları və kibercinayət əlamətləri haqqında məlumat;

  • Kompüterlərə qarşı törədilmiş cinayətlər və kompüterlərlə törədilmiş cinayətlər haqqında anlayış;

  • Daxili nəzarətin və dələduzluğun və əlaqədar qanunvericiliyin təsviri;










MÖVZU 4. E-hökumətdə İnternet idarəçiliyi, e-xidmətlər, e-biznes və sosial media (Vətəndaşlar 2.0.). Elektron ödənişlər


İnternet idarəçiliyi və sosial media:

  • Veb 2.0-ın (sosial servislərin) xüsusiyyətləri və onun biznes prinsipləri haqqında anlayış;

  • Onlayn birliklərin və sosial şəbəkə xidmətlərinin inkişafı barədə anlayış;

  • E-Xidmətin müxtəlif funksiyalarının daha effektiv şəkildə yerinə yetirilməsi üçün E-Xidmətin Veb 2.0 tətbiqi proqramlarından istifadənin təsviri

  • Sosial medianın effektivliyini qiymətləndirməsi haqqında anlayış

  • E-Xidmətlər və elektron ödənişlər haqqında anlayışlar











MÖVZU 5. Azərbaycanda e-hökumətin cari vəziyyəti. Dövlət Proqramı haqqında məlumat. Azərbaycanda elektron xidmətlərin və informasiya xidmətlərinin cari siyahısı və onların tətbiqinin vəziyyəti. Elektron xidmətlərin keyfiyyət parametrləri .İnformasiya açıqlığı. Onlayn şəffaflıq. ASAN Xidmət Mərkəzləri. Nümunələr.
Təlimlərin yekunu. E-hökumətin inkişaf dinamikası və gələcək istiqamətlər.

İKT-nin imkanlarından geniş istifadə etməklə səmərəli və şəffaf dövlət idarəçiliyi və yerli özünüidarəetmənin təmin olunması, vətəndaşların hökumət orqanları ilə əlaqəsində bürokratik amillərin aradan qaldırılması, bu əlaqələrin sadələşdirilməsi və asanlaşdırılması.

Azərbaycanda e-hökumətin sxemi (şəkil) və bu sxemin şərhi.



ASAN Xidrmət mərkəzləri










Yüklə 26,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin