Mündəricat Fəsil Abortlar: təhlükələr və sosial perspektivlər



Yüklə 3,12 Mb.
səhifə1/11
tarix08.03.2020
ölçüsü3,12 Mb.
#102243
  1   2   3   4   5   6   7   8   9   10   11

RAUF MƏMMƏDOV


SELEKTİV ABORTLARIN GENDER TƏHLİLİ

RAUF MƏMMƏDOV

SELEKTİV ABORTLARIN GENDER TƏHLİLİ

Bakı-2018

Məmmədov Rauf. Selektiv abortların gender təhlili


Bakı “”, 2018, 150 səh

İSBN


Mündəricat
Fəsil 1. Abortlar: təhlükələr və sosial perspektivlər

1.1. Abortlar və onların fəsadlarının dünya üzrə statistikası

1.2. Azərbaycanda abortların statistikası və demoqrafik perspektivlər

1.3. Azərbaycanda əhalinin abortlara və müasir kontraseptiv vasitələrdən istifadəyə münasibəti


Fəsil 2. Selektiv abortlar: statistika və təhlükələr

2.1. Selektiv abortların dünya üzrə statistikası

2.2. Azərbaycanda selektiv abortların statistikası

2.3. Azərbaycanda selektiv abortlar ilə bağlı aparılan sosioloji tədqiqatın nəticələri

2.4. Selektiv abortların təhlükələri
Fəsil 3. Selektiv abortlar: dini dəyərlər və mədəni ənənələr

3.1. İslam dini selektiv abortlara qarşıdır

3.2. Azərbaycan xalq mədəniyyətində selektiv abortlara münasibət
Nəticə və tövsiyələr

Ədəbiyyat

Əlavələr: Aparılan soğrunun statistik nəticələri (cədvəllər)


Fəsil 1. Abortlar: təhlükələr və sosial perspektivlər


    1. Abortlar və onların fəsadlarının

dünya üzrə statistikası

1. Abortların keçmişi və bu günü

Abortların leqallaşdırılması, onların kütləviləşməsinə şərait yaratmışdır. Abortlar ilk dəfə 1920-ci ildə Rusiyada leqallaşdırılmışdır. Bundan 40-50 il sonra Avropanın bir çox ölkələri abortları leqallaşdırdı. SSRİ-də abortların leqallaşdırılmasının əsas məqsədi, qadınların ailədə uşaqlara baxmaq vəzifəsindən azad olaraq xalq təsərrüfatı işlərinə cəlb olunması idi (demoqraf Andrey Popov). Lakin, bu qərar demoqrafik böhrana səbəb oldu. 30-cu illərdə SSRİ-nin qarşısında yaranan hərbi təhlükə, demoqrafik böhrandan çıxmaq zərurətini ortaya qoydu və 1936-cı ildə abortlar qadağan edildi. Bu addım, kriminal abortların meydana çıxmasına və qadın ölümlərinin artmasına şərait yaratdı.

1955-ci ildə N. Xruşov 12 həftəlik hamiləlik dövrünədək abortların həyata keçirilməsi ilə bağlı yeni qanun qəbul etdi. 60-cı illərin ortalarında Avropada hormonal preparatların meydana çıxması kontraseptiv inqilaba səbəb oldu. Bu, bir tərəfdən qadınların arzuolunmaz hamiləlikdən asanlıqla azad olmasını təmin edərək qadınların kişilərdən asılılığının azalmasına şərait yaratdı.

SSRİ ərazisində 80-90-cı illərədək abortlardan qorunmaq üçün, kontraseptiv vasitələrə tibbi baxımdan etimad olunmadı. Bu isə, kriminal abortların sayını artırdı. Azərbaycan da SSRİ-nin tərkibində olduğu üçün (1920-1991), bu və ya digər şəkildə eyni problemlərlə üzləşmişdir. Bu gün, Azərbaycanda abortların hüquqi tənzimlənməsi məsələsi, sovet dövründən qalan (12 həftəlik hamiləlik dövrünədək abortlara icazə verən) qanunlar vasitəsilə təmin olunur.

Bu gün dünyada təqribən hər il 50-60 milyon, hər gün 150 min, bir saat ərzində 6 mindən çox doğulmamış körpə və ya canlı embrionlar abortlar vasitəsilə məhv edilir. 1960-2016-cı illərdə dünyada 2.3 milyard abort olmuşdur (1). Yəni, son 56 ildə dünya əhalisinin 3/1 qədər doğulacaq insan abortlar vasitəsilə məhv edilmişdir.

Bu gün dünyada hamiləliklərin 21%-i abort ilə nəticələnir ki, onlardan inkişaf etmiş ölkələrin 26%, inkişaf etməkdə olan dövlətlərin payı 20%-dir (2). Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının (IPPF) 2014-cü il göstəricilərinə görə, dünyada abortların sayı ən çox əhali sayına malik olan Çində daha yüksəkdir (9.173100 yəni, ümumi əhalinin sayına görə 6.7%). Azərbaycanda isə, abortların sayı 159.700 (ümumi əhalinin sayına görə 16%) olmuşdur (diaqram 1.1).

Diaqram 1.1. Hər il abortların sayına görə öndə olan ölkələr

(PP USA 2013, IPPF 2014)




2. Dünyada abortlara münasibət

Bu gün dünyada bir çox cəmiyyətlər abortu cinayət və günah hesab etdikləri halda, digərləri bunu adi və normal bir hal kimi qəbul edirlər. Abortun qadınların hüquq və azadlığının tərkib hissəsi olduğunu müdafiə edənlər (liberallar, feministlər) bildirirlər ki, embrion bioloji, sosial və hüquqi baxımdan insan olmadığı üçün, abort edənlərin heç bir hüquqi-mənəvi məsuliyyəti yoxdur və embrionun həyatı qadının azad seçimindən, sağlamlığından, şəxsi həyatından üstün ola bilməz.

Tradisionalist görüşlü qruplar (dindar, konservativ, patriarxal) isə, bu fikrə qarşı çıxaraq bildirirlər ki, qadınların özlərinin yaşamaq hüquqları olduğu kimi, daşıdıqları embrionun da canlı bir varlıq kimi həyatını davam etdirmək hüququ vardır və qadınların onları bu imkandan məhrum etmək, təbii ahəngi pozmağa hüquqları yoxdur.

Bu məsələ, liberal və tradisionalist görüşlər arasında kəskin mübahisə məsələsi olaraq qalır. BMT, Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının (International Planned Parenthood Federation – IPPF) və digər beynəlxalq təşkilatların abortların sərbəst olması ilə bağlı mövqeyinə baxmayaraq, cəmiyyətlərin bu məsələyə sosial-mədəni ənənələrdən gələn baxış bucağı, dövlətlərin abortlarla bağlı hüquq normalarının müəyyənləşməsinə təsir göstərir (Xəritə 1.1).

Xəritədən və digər materiallardan diqqəti cəlb edən məqamlar aşağıdakılardır:

1. Şimali Amerika və Avropada, qismən Avrasiyada dünyəvi liberal sistem ilə idarə olunan əksər dövlətlər hamiləliyin müəyyən dövrünədək abortlara icazə verirlər. Lakin, onlar abortların sayına görə öndə gedirlər. Onların büyük qisminin protestant məzhəbində olduqları diqqəti cəlb edir. Çünki katolik və provaslav kilsələrindən fərqli olaraq, əksər protestant kilsələri abortları bu və ya digər şəkildə dəstəkləyirlər. Avrasiya qitəsində hamiləliyin müəyyən dövrünədək abortlara icazə verən və abortların sayına görə öndə gedən buddizm və induizmin geniş yayıldığı bir çox Uzaq Şərq ölkələri (Çin, Hindistan) diqqəti cəlb edir.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin