Mündəricat Fəsil Abortlar: təhlükələr və sosial perspektivlər



Yüklə 3,12 Mb.
səhifə6/11
tarix08.03.2020
ölçüsü3,12 Mb.
#102243
1   2   3   4   5   6   7   8   9   10   11

Daiqram 1.13. Əsas xüsusiyyətlərinə görə ümumi nəsilvermə əmsalı (AzDSS-2011)

Azərbaycanda nəsilvermə əmsalının aşağı düşməsində, 2011-ci ildən ümumi artımın dinamikasının nisbətən zəifləməsində abortların rolu vardır. Çünki 2000-2016-cı illərdə abortların sayının 17.5 mindən 34.6 minə qalxması bunun göstəricisidir. Lakin, Azərbaycan əhalisinin 79%-nin 50 yaşadək olması müsbət haldır (diaqram 1.14).



Diaqram 1.14. Azərbaycanda əhalinin yaş qrupları

üzrə bölgüsü



Göründüyü kimi, abortların ölkələrin demoqrafik və sosial-iqtisadi inkişafına mənfi təsiri vardır. Çin dövləti 70-ci illərdə əhalinin artımını sosial-iqtisadi təhlükə hesab edərək, “Bir ailə - bir uşaq” siyasətinə baş vurdu. Bu siyasət, ölkənin əməkqabiliyyətli əhalisinə, gender balansına, demoqrafiyaya, mənəviyyata, ailənin zəifləməsinə və sosial-iqtisadi inkişafa zərbə vurdu. Yaşlı nəslin artması və gənc nəslin azalması, iqtisadiyyatın aşağı düşməsinə və pensiya alan əhalinin artmasına səbəb oldu. Çinin dünya iqtisadiyyatında payının təqribən 40% olması, Hindistanın isə 20% təşkil etməsi, onların demoqrafik üstünlükləri ilə bağlıdır. Çünki insanlar yalnız istehlakçı deyil, həmçinin, öz tələbatından bir neçə dəfə artıq maddi-mənəvi dəyər yaradan bir istehsalçıdırlar. Təbii resursların məhdudluğunu irəli sürən iqtisadi prinsip (A. Smit, Maltus) ona görə gerçək deyildir ki, o, alternativ təbii resursların varlığını və gəlir bölgüsündə ədalətsizliyin reallığını nəzərə almır.




1.3. Azərbaycanda əhalinin abortlara və müasir kontraseptiv vasitələrdən istifadəyə münasibəti

Bakıda və Azərbaycanın 11 bölgəsində apardığımız sosioloji sorğu materiallarında əhalinin müasir kontraseptiv üsullardan istifadə səviyyəsini və abortlara meylini müəyyən etmək üçün sorğuda “gələcəkdə övladınızın olmaması üçün nə edirsiniz?” və “Abort sizin üçün nə deməkdir?” – suallarını qoymuşuq. Bu sorğulardan əldə olunan nəticələr, əhalinin abortlara və müasir kontraseptiv üsullardan istifadəyə münasibətini qismən müəyyənləşdirməyə imkan vermişdir.

“Gələcəkdə övladınızın olmaması üçün nə edirsiniz?” sualına respondenlərin əksəriyyəti (35%-dən 75%-ə qədər) “heç nə etmirəm” cavabını vermişdir. Onlar arasında ən yüksək göstərici (65-75% arasında) cənub bölgələrinin payına düşür (Lənkəran, Lerik, İmişli).

Bakı şəhərində müasir qoruyucu kontraseptiv vasitələrdən istifadə edənlərin səviyyəsi 45%-dirsə, bölgələrdə 20%-dən aşağıdır (30% göstəricisi olan Qusarı çıxmaq şərti ilə). Bakıda “heç nə etmirəm” cavabını verən respondentlərin sayı, müasir qoruyucu kontraseptiv vasitələrdən istifadə edənlərin sayından 10% çoxdursa, bölgələrdə bu göstəricisi orta hesabla ən azı iki dəfə fərq edir (diaqram 5).



Respondentlər arasında abort etdirməyə münasibət pozitiv deyildir. Bakı şəhərində abort etdirməyə pozitiv münasibət bölgələrlə müqayisədə bir neçə dəfə yüksəkdir (21%). Bölgələr arasında aborta pozitiv münasibət qismən daha çox Qusarda (12%) müşahidə olunur. Digər bölgələrdə abort etdirməyə qarşı olanların sayı 10%-dən aşağıdır (diaqram 1.15).

Diaqram 1.15. Bölgələr üzrə verilən cavablar (% ilə)

“Abort sizin üçün nə deməkdir?” – sualına “normal haldır” cavab verən respondentlərin sayı Bakı şəhərində bölgələrlə müqayisədə çox yüksəkdir. Bölgələrdə müasir kontraseptiv üsullardan istifadə edənlərin sayı az olduğu kimi, abortu qeyri-normal hal (anormal, təhlükəli və faciəvi) kimi dəyərləndirənlər də çoxluq təşkil edirlər. Bölgələr arasında aborta nisbətən pozitiv yanaşan bölgələr arasında Quba öndədir (diaqram 1.16).



Diaqram 1.16. Respondentlərin aborta münasibəti

Azərbaycanda son bir neçə onillikdə ümumən orta nəsilvermə əmsalının 2-yə enməsi (şəhər və bölgələrdə nəsilvermə əmsalı təqribən eynidir) onu göstərir ki, əhali, müasir deyil, ənənəvi qoruyucu vasitələrdən istifadə edir. “Heç nə etmirəm” cavabını verən respondentlərin əksəriyyəti yəqin bu metodlardan istifadə edirlər. Çünki əvvəlki araşdırmalar da göstərir ki, əhalinin yarıdan çoxu ənənəvi qoruyucu metodlardan istifadə edir (diaqram 1.17). Əks təqdirdə, bölgələrdə abortlara neqativ münasibətin səviyyəsi yüksək olmamalı idi.



Araşdırmalar göstərir ki, müasir qoruyucu vasitələrdən istifadə edən qadınların sayı kişilərdən 3 dəfə, “heç nə etmirəm” deyən qadınların sayı onlardan 1.8 dəfə çoxdur (diaqram 1.17).

Diaqram 1.17. Respondentlərin cinslərə görə cavabı

Müasir qoruyucu vasitələrdən istifadə edən ən fəal yaş qrupu 25-35, ondan sonra isə, 36-45 yaş qrupunda olanlardır. 46 yaşdan sonra müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağı düşür (diaqram 1.18).



Diaqram 1.18. Yaş səviyyəsinə görə verilən cavablar

Bütün yaş qruplarında “heç nə etmirəm” deyənlərin sayı, abort etdirənlərdən və müasir qoruyucu vasitələrdən istifadə edənlərdən bir neçə dəfə çoxdur. Aborta neqativ baxanlar arasında isə, ən fəal yaş qrupu 26-35-dir (diaqram 1.19).



Diaqram 1.19. Yaş üzrə verilən cavablar

Abortdan və müasir qoruyucu vasitələrdən istifadə edənlər arasında evli insanlar təbii olaraq çoxluq təşkil edirlər. Subay insanlar arasında onlardan istifadə nisbətdə 4-5 dəfə aşağıdır (diaqram 1.20).



Diaqram 1.20. Ailə vəziyyətinə görə verilən cavablar

Gəlir səviyyəsinə görə verilən cavablara gəldikdə demək olar ki, “heç nə etmirəm” cavabını verənlərin əksəriyyətinin gəlir səviyyəsi 500 manata qədərdir. Onlar arasında abortdan və müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi də nisbətən yüksəkdir (diaqram 21).



Diaqram 1.21. Gəlir səviyyəsinə görə verilən cavablar

Gəlir səviyyəsi 500 manatdan yüksəyə doğru artdıqca, “heç nə etmirəm” cavabını verənlərin sayı azalmağa doğru irəliləyir (diaqram 1.22).



Diaqram 1.22. Gəlir səviyyəsinə görə

abortlara münasibət



Təhsil səviyyəsinə görə verilən cavablara gəldikdə demək olar ki, “heç nə etmirəm” cavabını verənlərin əksəriyyəti ali təhsilli insanlardır. Onlar arasında abortdan və müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi də nisbətən yüksəkdir (diaqram 1.23).



Diaqram 1.23. Təhsil səviyyəsinə görə verilən cavablar

Ali təhsilli respondentlər arasında aborta neqativ münasibətdə olanlar da üstünlük təşkil edir (diaqram 1.24)



Diaqram 1.24. Təhsil səviyyəsinə görə verilən cavablar

Ən çox “heç nə etmirəm” deyən respondentlərin arasında ailədə həyat yoldaşı ilə bərabər statusa malik olanlar üstünlük təşkil edirlər. Abortlardan və müasir qoruyucu vasitələrdən istifadə səviyyəsi daha çox olanlar da onlardır (diaqram 1.25).



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin