№-li İngilis dili fakültəsinin kurs (qrup 121) tələbəsi Mövsümova Gülnarın Bakalavr təhsil pilləsi üzrə “AZƏrbaycan xalq cümhuriYYƏTİNİn xariCİ SİyasəTİ”



Yüklə 58,24 Kb.
səhifə1/7
tarix01.01.2022
ölçüsü58,24 Kb.
#105896
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ


2 №-li İngilis dili fakültəsinin 1 kurs (qrup 121)

tələbəsi Mövsümova Gülnarın


Bakalavr təhsil pilləsi üzrə

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ”



mövzusu üzrə


MÜSTƏQİL İŞİ

Elmi rəhbər: Dos.S.M.Mehdiyev
Bakı 2012

PLAN:

  1. İstiqlal bəyannaməsi və Azərbaycan diplomatiyasının ilk addımları

  2. Azərbaycan Gürcüstan münasibətləri və Borçalı məsələsi

  3. Azərbaycan Ermənistan münasibətləri və Qarabağ məsələsi

  4. Azərbaycan İran münasibətləri

  5. Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirakı

  6. Azərbaycan Rusiya münasibətləri və Aprel işğalı

ƏDƏBİYYAT

  1. Azərbaycan tarixi.VII cilddə, V cild, Bakı, 2008, səh. 462-489

  2. Nəsib Nəsibzdə.Azərbaycanın Xarici Siyasəti(1918-1920).Bakı, 1996.

  3. Azərbaycan Tarixi.(Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər). Bakı, 1993, səh. 243-266.

GİRİŞ
XXI əsrin əvvəllərinə qədər Azərbaycan dövləti çoxəsrlik tarixi yol keçmişdir.Qədim dövlətçilik tarixinə və mədəniyyətinə malik Azərbaycan strateji bir region kimi daima yadelli işğalçıların diqqətini cəlb etmişdir.Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmışdır.Azərbaycanın müstəqilliyi bu çoxəsrlik tariximizdə ən əhəmiyyətli və dəyərli bir hadisədir. Bu baxımdan, son zamanlar tariximizin 1918-1920-ci illər dövrünə böyük maraq var.

1918-1920-ci illər Azərbaycan xalqının öz müqəddəratını özünün təyin etməyə qadir olduğunu sübut etməyə cəhd göstərdiyi bir dövrdür.Bu dövrdə dünyanın bir sıra böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini tanımağa başlamış , türk dünyasında və islam aləmində ilk demokratik respublika yaranmışdır.Həmçinin, Zaqafqaziyanın şərqi və cənubunun Azərbaycan torpaqları elan edilməsi, xalqımızın bu torpaqların bütövlüyü uğrunda mübarizə aparması, iqtisadi və hərbi cəhətdən Azərbaycanın güclü dövlətə çevrilməsi məqsədilə böyük işlərin nəzərdə tutulması və bu yolda bir sıra ciddi əməli addımların atılması da bu dövrə təsadüf edir. Nəhayət, bu dövr Azərbaycanın ikinci dəfə işğala məruz qaldığı bir dövrdür.

Müasir Azərbaycan siyasi fikrinin 1918-1920-ci illər təcrübəsinə böyük ehtiyacı var və bu təcrübə xarici siyasətin planlaşdırılması sahəsində əvəzsiz materiallar verir. 1918-20-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dovrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli Xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı başçılıq etmişdilər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, C.Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər.

Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər saxlamaq Azərbaycan diplomatiyasının aparıcı istiqaməti, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç dövrə bölmək olar:



  1. Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr);

  2. Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar);

  3. geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel).



Yüklə 58,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin