№-li İngilis dili fakültəsinin kurs (qrup 121) tələbəsi Mövsümova Gülnarın Bakalavr təhsil pilləsi üzrə “AZƏrbaycan xalq cümhuriYYƏTİNİn xariCİ SİyasəTİ”


İSTİQLAL BƏYANNAMƏSİ VƏ AZƏRBAYCAN DİPLOMATİYASININ



Yüklə 58,24 Kb.
səhifə2/7
tarix01.01.2022
ölçüsü58,24 Kb.
#105896
1   2   3   4   5   6   7
İSTİQLAL BƏYANNAMƏSİ VƏ AZƏRBAYCAN DİPLOMATİYASININ

İLK ADDIMLARI
Zaqafqaziya Seyminin Osmanlılara müharibə elan etməsi və mart soyqrımı müstəqil Azərbaycan dövlətinin yaradılmasını zəruri edirdi.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi.

Gürcü nümayəndələrinin seymdən çıxıb, Gürsüstanı müstəqil dövlət elan etməsi Cənubi Qafqazda yeni siyasi vəziyyət yaratdı. Sabahı günü, mayın 27-də seymin müsəlman qismi yığışıb, dəyişən vəziyyəti müzakirə etdi. Azərbaycanın müstəqilliyi fikrinin yetişmiş olmasına baxmayaraq, bu tarixi hadisə iki gün ləngidi. Bu, Azərbaycan istiqlalı məsələsinin beynəlxalq xarakterindən çox daxili amillərlə bağlı idi.

Batum danışıqlarında iştirak edən nümayəndə heyətinin üzvü N.Yusifbəyli də 27 mart tarixli iclasda iştirak edib, Cənubi Qafqazın müstəqilliyini qorumağa, gənc dövlətin güclənməsi və çiçəklənməsində Türkiyənin əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi.Yusifbəylinin məruzəsini nəzərə alaraq iclas Batumdakı danışıqların davam etdirilməsi zərurəti haqqında qərar qəbul etdi. Daha sonra iclas seymin dağılmasından sonra yaranmış vəziyyəti geniş müzakirə edərək, ölkə daxilində anarxiyanın hökm sürdüyü, milli məsələlərin kəskinləşəcəyi ehtimalı qarşısında Azərbaycanda müvəqqəti Azərbaycan Milli şurasının yaradılması haqqında qərar qəbul etdi. Milli Şura seymdəki bütün müsəlman fraksiyalarının üzvlərindən ibarət olub, fraksiyaların sayına müvafiq olaraq tərkibini genişləndirmək hüququna malik idi.

1918-ci il 28 may tarixli iclasında Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Sonralar bu , “İstiqlal bəyannaməsi”, ya “Misaği-milli” adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. “İstiqlal bəyannaməsi”nin müddəalarına aiddir:

Tamhüquqlu və müstəqil dövlət olan Azərbaycan C.Qafqazın cənub və qərb hissələrindən ibarətdir;



  • Ali hakimiyyət xalqa məxsusdur;

  • Siyasi quruluş forması Xalq Cümhuriyyətidir;

  • AXC beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaqdır;

  • AXC öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir;

  • AXC onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaqdır;

  • Məclisi-Müəssisənin çağrılmasına qədər Azərbaycanda ali hakimiyyət Milli Şura və onun qarşısında məsul olan Müvəqqəti hökümət sayılır;

Daha sonra Milli Şura Fətəli xan Xoyskiyə müvəqqəti hökuməti təşkil etməyi tapşırır. Müvəqqəti hökumətin tərkibinə bitərəf F. Xoyski (Nazirlər Şurasının sədri və daxili işlər naziri), ittihadçı Xosrov bəy Sultanov (hərbi nazir), müsavatçı Məmməd Həsən Hacınski (xarici işlər naziri), müsavatçı Nəsib bəy Yusifbəyli (maliyyə və xalq təhsili naziri), müsavatçı Xəlil bəy Xasməmmədov (ədliyyə naziri), bitərəf, sonra müsavatçı olmuş Məmməd Yusif Səfərov (ticarət və sənaye naziri), hümmətçi Əkbər ağa şeyxülislamzadə (əkinçilik və əmək naziri), sosialist Xudadat bəy Məlikaslanov (yollar, poçt və teleqraf naziri) və hümmətçi Camo bəy Hacınski (dövlət nəzarətçisi) daxil oldular. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında radioteleqrafla dünyanın əsas siyasi mərkəzlərinə məlumat verildi.Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sahəsində ilk müstəqil addımlarını atmağa başladı.

Bu zaman Batumda danışıqlar davam edirdi. Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti ayrı-ayrılıqda Osmanlı nümayəndələri ilə danışıqlar aparırdı. İyunun 4-də Osmanlı nümayəndələri ilə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri ayrı-ayrılıqda müqavilə imzaladılar. Bu müqavilə Ermənistan və Gürcüstan üçün çox ağır idi, onlar xeyli torpaq itirmiş, bir sıra güzəştlərə getməyə məcbur olmuşdular.

Müstəqil Azərbaycan dövləti adından Milli şuranın sədri M.Ə. Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski, Osmanlı dövləti tərəfindən ədliyyə naziri Xəlil bəy və şərq cəbhəsi komandanı Vəhib Paşanın imzaladıqları dostluq müqaviləsinə əsasən iki ölkə arasında daimi sülh və möhkəm dostluq münasibətləri bərqərar edilirdi. Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olduğu təqdirdə Azərbaycan hökumətinə silahlı qüvvələrlə yardım etməyi öz öhdəsinə götürürdü. Azərbaycan Milli Şurası və Müvəqqəti hökumət iyun ayının 16-da Gəncəyə köçən kimi imtahan qarşısında qalmalı oldu.

Milli Şuradan kənarda qalmış bəzi qüvvələr, xüsusən ilhaqçılar real qüvvəyə malik olan Nuru Paşa vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar. Milli Şuranın və Müvəqqəti hökumətin ləğv edilməsi və Nuru Paşanın özünün yeni hökumət təşkil etməsi tələb olundu. Bu, artıq böhran demək idi.

Milli Şuranın sədri M.Ə.Rəsulzadə, baş nazir F.Xoyski və xarici işlər naziri M.H.Hacınskidən ibarət bir heyət Nuru Paşa ilə görüşüb, məsələni müzakirə etmək istədilər. Lakin Nuru paşa ―yalnız bir əsgər olub, siyasətdən anlamadığını, bu xüsusda Əhməd bəy Ağaoğlu ilə danışmağı məsləhət görmüşdü. Müzakirə nəticəsində Ə.Ağaoğlu razı olur ki, Milli Şura yeni hökumət qursun və işin xatirinə bütün hüququnu bu hökumətə təhvil verib, özünü buraxsın.

Müzakirənin nəticələri Milli Şuranın 17 iyun tarixli iclasında kəskin mübahisələrə səbəb oldu. Milli Şuranın bir sıra üzvləri Nuru paşanın və ətrafındakı adamların ölkənin daxili siyasi həyatına müdaxiləsini kəskin pisləyib, Milli şuranın öz hüququndan əl çəkib, ölkəni qara qüvvələrin ixtiyarına buraxmamağı təklif etdilər. F. Xoyski hökumətin istefasını elan etdi. Beləliklə, Azərbaycan siyasi xadimləri daxili irticaçı qüvvələrin ilk zərbəsini qəbul edib, mövcud şəraitdə,düzgün qərar qəbul etdi. Lakin milli-demokratik qüvvələri Osmanlı dövlətinin Azərbaycana və Azərbaycan istiqlalına birmənalı olmayan münasibəti daha çox narahat etməyə başladı. Osmanlı hökuməti nümayəndə heyətinin xahişini nəzərə alıb, on il müddətinə Azərbaycana 2 milyon lirə həcmində borc verməyi qərara aldı. Azərbaycan pullarının çapı da İstanbulda başlandı. Yenə də Azərbaycan heyətinin israrlı xahişlərini nəzərə alaraq, Türkiyə Azərbaycana istənilən qədər kitab və müəllim göndərməyə razılıq verdi. Azərbaycan heyətinin ən böyük müvəffəqiyyəti isə Azərbaycana hərbi yardım məsələsini həll etməsi idi. Batum müqaviləsinin 4-cü bəndinə müvafiq olaraq Ənvər paşa Azərbaycana kifayət qədər hərbi qüvvə göndərəcəyinə söz verir. Lakin bu qərarı verərkən Ənvər paşa onu da qeyd edir ki, Türkiyənin maliyyə vəziyyətinin ağır olduğu bir dövrdə hər ay Azərbaycanda olan hissələrə 50 min lirə, yaxud 1 milyon manat xərclənməsi ağır yükdür və Rəsulzadə vasitəsi ilə Azərbaycanın öz ordusunu yaratmağıı tövsiyyə edir.

Müstəqil Azərbaycan dövlətinin ilk diplomatik addımları İstanbul görüşlərində atıldı. Ondan asılı olmayan şərtlərə görə konfransın baş tutmadığına baxmayaraq, Azərbaycan nümayəndə heyəti xarici ölkə nümayəndələri, ilk növbədə Dördlər ittifaqı ölkələri ilə vacib təmaslar qurmuş, Azərbaycan hökumətinin bu və ya başqa məsələlərdə mövqeyini bildirmiş və müdafiə etmişdi. Türkiyə ilə isə hərtərəfli əlaqələrin əsası qoyulmuşdu. Ən vacibi isə nümayəndə heyəti Bakını düşməndən azad etmək üçün zəruri hərbi qüvvə almaq məqsədinə nail oldu.


Yüklə 58,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin