№-li İngilis dili fakültəsinin kurs (qrup 121) tələbəsi Mövsümova Gülnarın Bakalavr təhsil pilləsi üzrə “AZƏrbaycan xalq cümhuriYYƏTİNİn xariCİ SİyasəTİ”



Yüklə 58,24 Kb.
səhifə5/7
tarix01.01.2022
ölçüsü58,24 Kb.
#105896
1   2   3   4   5   6   7
AZƏRBAYCAN - İRAN MÜNASİBƏTLƏRİ
İstiqlal bəyannaməsindəki istiqlal və qonşu dövlətlərlə qarşılıqlı dostluq münasibətinin qurulması zərurəti Azərbaycanın cənub qonşusu İranla da normal münasibətlərin yaranmasını tələb edirdi. Azərbaycan torpaqlarının böyük hissəsinin İran daxilində olması bu iki ölkə arasında qurulacaq münasibətlərdə özünü göstərməli idi. Ona görə də İranla münasibətlərin tənzimlənməsi xüsusi yanaşma tələb edirdi.

Azərbaycanın parçalanmış vəziyyətdə olması və onun şimalının istiqlalını elan etməsi İranla ilkin diplomatik təmaslar zamanı özünü göstərdi. İran tərəfi Arazın Şimalında Azərbaycan adlı dövlətin yaranması və onun gec-tez Cənubi Azərbaycana təsir edəcəyindən təşvişə düşdüyünü tezliklə büruzə verdi. 1918-ci ilin iyulunda Azərbaycanın İstanbulda olan nümayəndə heyəti buradakı digər nümayəndələrlə yanaşı, İran konsulluğuna da Azərbaycan Demokratik Respublikasının yaranması haqqında bəyannamə təqdim etmiş, İran konsulu isə bu bəyannaməni geri qaytararaq göstərmişdi ki, o, Azərbaycan adlı müstəqil dövlət tanımır.

İranlı Azərbaycanlıların qabaqcıl dairələri Azərbaycan Respublikasının yaranmasını sevinclə qarşıladılar. İran mətbuatında Arazın şimalında yaranmış yeni dövlətin adının düzgün müəyyən edilib-edilməməsi ətrafında geniş müzakirələr başlanmış, bəziləri həmin səhvin səbəbkarının Türkiyə olduğunu iddia edir, digərləri burada heç bir yanlışlığın olmadığını sübut etməyə çalışırdı. İranın rəsmi diplomatik nümayəndələri Azərbaycan adına etiraz etməklə yanaşı, İranın Şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətinin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər. Bir qədər sonra İranın Azərbaycana münasibətində kəskin dönüş yarandı. İran rəsmi nümayəndələri İranla Azərbaycanın vahid dövlət təşkil etməsinin hər iki ölkə üçün məqsədəuyğun olduğu tezisini ortaya atdılar.

İlk dəfə həmin tezis sülh konfransında iştirak üçün Parisə səfəri zamanı 1918-ci ilin sonlarında iki gün Bakıda qalmış İran nümayəndə heyəti tərəfindən irəli sürüldü. Nümayəndə heyətinin başçısı İranla Azərbaycan birləşməsinin hər iki tərəf üçün faydalı olacağını əsaslandırmağa çalışmışdı. Lakin Azərbaycanın bəzi nüfuzlu siyasi xadimləri bu təklifi kəskin etirazla qarşılamışdılar.

İran xarici işlər naziri eyni məsələni 1919-cu ilin yanvarında İstanbulda olan Azərbaycan Respublikasının geniş səlahiyyətli yeni nümayəndə heyətinin başçısı Əli Mərdan bəy Topçubaşov qarşısında da qaldırmışdı. İran xarici işlər nazirinin təklifi Əli Mərdan bəy üçün gözlənilməz olmuş, o Azərbaycan Respublikasının suverenliyini ön plana çəkmişdi.İranla ilk diplomatik münasibətlər 1919-сu ilin yazında İsmayıl xan Ziyadxanın başçılığı ilə Tehrana Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, Azərbaycan Respublikasının Tehranda diplomatik nümayəndəliyinin , Təbrizdə konsulluqlarının yaranması məsələlərini müzakirə etmişdi

1919-cu il iyulun 16-da Azərbaycan Respublikasının Nazirlər şurası İran hökuməti yanında diplomatik nümayəndəliyin təsis olunması haqqında qərar qəbul etdi. Diplomatik nümayəndəlik Naxçıvanda vəziyyətin normallaşdırılması ilə də məşğul olurdu. Nümayəndəlik Naxçıvandan didərgin düŞənlərə yardım etməklə yanaşı, Naxçıvan üzərinə hücumlarda İran ermənilərinin də fəal iştirakını Tehran hökumətinin nəzərinə çatdırır, bunun qarşısını almağı ondan tələb edirdi. Uzun sürən danışıqlardan sonra Azərbaycan Respublikası ilə İran arasında diplomatik danıŞıqlar 1920-ci il mart ayının 20-də bir sıra sazişlərin - teleqraf, ticarət-gömrük, poçt sazişlərinin və konsul konvensiyasının qəbulu ilə başa çatdı.Həmin gün Azərbaycan Respublikası və İran Şahənşahlığı arasında dostluq haqqında da müqavilə imzalandı. Dostluq müqaviləsinin birinci maddəsi Azərbaycan Respublikasının istiqlaliyyətinin təntənəli surətdə tanınması, ikincisi - iki dövlət arasında dostluq münasibətlərinin və iqtisadi əlaqələrin əsasını qoyan saziŞlər haqqında, üçüncüsü isə iki dövlət arasında səfirlik səviyyəsində diplomatik əlaqələrin yaranması haqqında idi .

1920-ci illərin əvvəllərindən etibarən Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyi İranın bir sıra şəhərlərində rəsmi nümayəndəliklər şəbəkəsi yaratmağa başladı. Fevral ayının 2-də Azərbaycanın xarici işlər nazirinin müavini İranın Azərbaycandakı nümayəndəsinə yazdığı məktubda Ənzəli, Təbriz, Məşhəd və Rəşt şəhərlərində Azərbaycanın konsul agentlikləri yaratmaq niyyətində olduğunu bildirdi . Fevral ayının 4-də Məmməd bəy Xəlilov Ənzəlidə vitse-konsul təyin edildi.

Bir qədər sonra Azərbaycanın o zamankı xarici işlər naziri F.Xoyski 1920-ci ilin aprel ayının 1-dən etibarən Azərbaycan Respublikasının Təbrizdə baş konsulluğunun, Rəştdə konsulluğunun, Əhər və Xoy şəhərlərində konsul agentliklərinin təsis edilməsi haqqında parlamentə müraciət etdi.

Yanvar ayının 4-də Azərbaycan Respublikasının ilk səfiri A.Ziyadxanın Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı.

Azərbaycan Respublikasının 1917-1920-ci illərdə xarici siyasətinin üstün istiqamətlərindən biri Qafqazda yaranmış yeni dövlətlər, eləcə də İranla normal qonşuluq münasibətlərinin qurulması və bölgədə əmin-amanlığın bərqərar edilməsi idi. Azərbaycan Respublikası bütün qonşuları ilə diplomatik münasibətlər qurdu, Qafqaz dövlətləri bir-birinin müstəqilliyini qarŞılıqlı tanıdı. Azərbaycan qonşu ölkələrin hamısında diplomatik nümayəndəliklər yaratdı. Ermənistan istisna olmaqla digərləri ilə 1920-ci ilin əvvəllərinə doğru artıq mehriban qonşuluq münasibətləri yaranmışdı.




Yüklə 58,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin