№-li İngilis dili fakültəsinin kurs (qrup 121) tələbəsi Mövsümova Gülnarın Bakalavr təhsil pilləsi üzrə “AZƏrbaycan xalq cümhuriYYƏTİNİn xariCİ SİyasəTİ”


AZƏRBAYCANLI NÜMAYƏNDƏ HEYƏTİNİN PARİS SÜLH



Yüklə 58,24 Kb.
səhifə6/7
tarix01.01.2022
ölçüsü58,24 Kb.
#105896
1   2   3   4   5   6   7
AZƏRBAYCANLI NÜMAYƏNDƏ HEYƏTİNİN PARİS SÜLH

KONFRANSINDA İŞTİRAKI

Azərbaycan Respublikası xarici siyasətinin başlıca məqsədi respublikasının suverenliyinin digər dövlətlər tərəfindən tanınmasına nail olmaqdan ibarət idi. Parlamentin ilk tədbirlərdən birini Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti göndərməsi təşkil edir. Bu nümayəndə heyəti qarşısında Azərbaycan istiqlaliyyətininin Avropa ölkələri tərəfindən tanıdılması kimi tarixi vəzifə dururdu.Nümayəndə heyətinin tərkibi barədə məsələlər tam aydın idi. Bu nümayəndə heyəti qarşısında Avropa dövlətləri tərəfindən Azərbaycanın suverenliyinin tam və şərtsiz tanınmasına nail olmaq vəzifəsi qoyulmuşdu.Bütün yeni yaranmış dövlətlərin, o cümlədən də Azərbaycan Respublikasının da taleyini həll edəcək Paris sülh konfransında iştirak etmək üçün çoxpartiyalılıq əsasında Azərbaycan sülh nümayəndəliyi yaradıldı. Nümayəndə heyətinə Azərbaycan Demokratik Respublikasının görkəmli xadimi Əlimərdan bəy Topçubaşov başçılıq edirdi. Nümayəndə heyətinin tərkibinə çoxpartiyalılıq əsasında Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev , Əkbər ağa Şeyxülislamov , məsləhətçilər Məhəmməd Məhərrəmov , Miryaqub Mirmehdiyev , Ceyhun bəy Hacıbəyli , və digərləri daxil oldular. Bundan başqa əməkdaşlar Əli bəy Hüseynzadə , və V.Marçevski idi. 1919-cu il yanvarın 4-də Bakıdan yola düşən nümayəndə heyəti Tiflisdə və Batumda bir sıra ciddi görüşlərdən sonra yanvarın 20-də İstanbula çatdı. Nümayəndə heyəti ayın 22-də burada Ə.Topçubaşovun sədrliyi ilə ilk iclasını keçirdi və iş bölgüsü apardı. İclasda nümayəndə heyətinin tərkibinə texniki işçilər—ekspertlər (Əli bəy Hüseynzadə və V.Marçevski), katiblər (Səffət Məlikov və Ələkbər bəy Topçubaşov), tərcüməçilər—A.Qafarov (fransız dili), Q.Qafarova (ingilis dili), H.Məmmədov (fransız və türk dilləri), sədrin şəxsi katibi (Rəşid bəy Topçubaşov) də qatıldılar. Hələ yolda olan zaman Əhməd bəy Ağaoğlu "İttihad və Tərəqqi" partiyasının rəhbərlərindən birinin ittihamı ilə tutulub müttəfiqlər tərəfindən Malta adasına həbsə göndərildi.Həbs edilmiş Əli bəy Hüseynzadəni isə həbsdən azad etmək mümkün olsa da, ona viza verilmədi. Nümayəndə heyəti Parisdə olanda onun tərkibində müəyyən dəyişikliklər edildi. M.Məhərrəmovun yerinə Abbasbəy Atamalıbəyovu göndərsələr də, nümayəndə heyətinin sədr müavini M.H.Hacınskinin Azərbaycana dönməsi ilə əlaqədar M.Məhərrəmov Parisdə qaldı.


Nümayəndə heyətinin hazırlıq səviyyəsindən danışarkən birmənalı olaraq demək olar ki, çox zəif idi. Çox fakt sadalamağa ehtiyac yoxdur. Sadəcə üç Qafqaz respublikasının Parisə getmək üçün ayırdığı vəsaiti qeyd etmək kifayətdir. Parisdə və ümumilikdə Qərbi Avropada nəzərdə tutulan işi yerinə yetirmək üçün külli miqdarda maliyyə vəsaiti lazım idi. Bunu nəzərə alaraq erməni nümayəndələri 10 milyon, gürcülər isə hələlik 5 milyon manat pul götürmüşdülər. Bunlarla müqayisədə Azərbaycan nümayəndələrinin maliyyə imkanları çox az – 2,5 milyon manata bərabər idi.

1919-cu ilin yanvar ayının 20-dən başlayaraq Azərbaycan nümayəndə heyəti Fransa hökumətindən Parisə getmək üçün icazə gözləyirdi. Gürcü, erməni, eləcə də Dağlılar Respublikası nümayəndələrinin çoxdan Parisə yola düşdüklərinə, təbliğat və təşkilati işlərə başlamalarına baxmayaraq, Azərbaycan heyəti üç ay yarım İstanbulda icazə gözləməli oldu. İngilis hökumətinin köməyi ilə Parisə getmək icazəsi ala bilən nümayəndə heyəti 1919-cu ilin aprelin 22-də yola düşdü və may ayında Parisə çatdı.

ABŞ prezidenti Vilsonun rəsmi şəkildə Versal sülh konfransında Azərbaycan məsələsini qoymasına bir neçə gün qalmış təcili şəkildə Azərbaycan nümayəndəliyini Parisə çağırdılar. Nümayəndə heyətinin bütün üzvlərinə İstanbulda əlavə edilmiş yeni əməkdaşları və texniki qulluqçuları çıxmaq şərtilə Parisə getmək üçün pasport verdilər.

Nümayəndə heyəti nəzərdə tutulduğu vaxtdan (aprelin sonu) gec - mayın əvvəlində Parisə gələ bildi. Nümayəndə heyəti mayın 2-də Romaya gələndə Versalda elə bu zaman ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət olan Dördlər Şurasının iclasında müzakirə edildi. Amerika prezidenti V.Vilson bildirdi ki, Azərbaycan Respublikasının nümayəndələri Versal sülh konfransına buraxılsınlar. Eyni zamanda o bildirdi ki, Ə.M.Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi tanınmalıdır. Dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, Versal sülh konfransında həlledici səsə malik olan V.Vilsonun Azərbaycan nümayəndəliyi haqqında, onların özlərinin iştirakı olmadan belə mövqe tutması nümayəndəliyin vəziyyətini bir qədər yüngülləşdirdi.

Fransaya gəldikdən sonra Azərbaycan nümayəndələri Parisin "Klaric" mehmanxanasında yerləşdirildilər və həmin andan etibarən fəaliyyətə başladılar.

Parisə gəldikdən sonra nümayəndə heyətinin ilk mühüm işi "Qafqaz Azərbaycanı Cumhuriyyətinin Paris sülh konfransına memorandumu" adlı sənədi kоnfransın keçirildiyi ingilis və fransız dillərində hazırlayıb nəşr etdirmək oldu. 50 səhifədən və 14 bölmədən ibarət olan mеmоrandumda Аzərbаусаnın tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, müasir durumu hаqqındа ən ümumi məlumatlar toplanmışdı.

Memoranduma çox yüksək keyfiyyətlə işlənmiş rəngli xəritə də əlavə edilmişdi. Həmin xəritə Azərbaycan Respublikası nümayəndəliyi tərəfindən təqdim edilmiş sənədlər əsasında hazırlanmış və fransız coğrafiyaçısı C.Forerin rəhbərliyi altında nəşr edilmişdi.Nümayəndə heyəti may ayı ərzində Polşa, Gürcüstan, Dağlılar Respublikası, Ermənistan və İran nümayəndələri ilə görüşlər keçirdi. Mayın 23-də ingilis nümayəndə heyətinin üzvü ser Luiz Malletlə görüş oldu. Ayın 28-də Cumhuriyyətin birinci ildönümü günü ABŞ prezidenti V.Vilson Ə.Topçubaşov başda olmaqla, Azərbaycan nümayəndələrini qəbul etdi. Ə.Topçubaşov ABŞ prezidentinə Azərbaycan haqqında geniş məlumat verərək, bu barədə müxtəlif arayışlar, ölkənin sülh Konfransından tələblərini ona təqdim etdi. Altı bənddən ibarət olan bu sənəddə Azərbaycanın müstəqilliyinin tanınması; Vilson prinsiplərinin Azərbaycana da şamil edilməsi; Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması; ABŞ hərbi departamentliyinin Azərbaycana hərbi yardım göstərməsi; ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulması xahiş edildi. Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedikdən sonra Azərbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmüş, millətlər cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun real çıxış yolu olduğunu demişdir.

Bu məsələ milli tarix elmində birmənalı olaraq qiymətləndirilir. Həm C.Həsənlinin, həm də digər tədqiqatçıların əsərlərində V.Vilsonun mövqeyi açıq tənqid olunur, çünki ABŞ prezidenti qatı ermənipərəst idi və bu onun hadisələrə baxışına təsirini göstərirdi.

Beləliklə, Azərbaycan nümayəndə heyəti Parisə gələr-gəlməz fəal olaraq qarşısına qoyulmuş vəzifələrin icrasına başladı. İlkin fəaliyyət elə də uğurlu deyildi, qarşıda dəf olunası çoxlu problemlər vardı. Azərbaycan nümayəndələri hələ bir çox haqsız və əsassız iddialara sinə gəlməli idilər.


Yüklə 58,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin