|
|
səhifə | 75/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| m gələrsə, ona söyləyərsən ki, mən sonra daha yaxşı krujevalar göndərərəm...” və sairə.
Ejen bacılarının ikisinə də məktub yazaraq, əmanətlərini ona göndərməyi xahiş etdi. Məqsədinə nail olmaq və eyni zamanda, bacılarının böyük məmnuniyyətlə göstərə biləcəkləri bu fədakarlığın ailə içində müzakirə edilmə sin üçün Ejen gənc qəlbində hər zaman möhkəm və ahəngdar olan namus tellərinə, bacılarının həssaslığına belə toxundu. Bununla belə, məktubları yazıb qurtardıqdan sonra Ejen təlatüm içində idi: o həyəcanlanır, uçunurdu. Gənc şöhrətpərəst səhrada itib gedən bu ruhların ləkəsiz alicənablığını yaxşı bilirdi; odur ki bacılarının üzərinə nə qədər ağır yük qoyduğunu anlayırdı. Onlar öz sevimli qardaşlarına bu fədakarlığı göstərməkdən həzz alacaq, kaşanənin sakit bir guşəsində gizli söhbətlər edəcəklər. Ejenin düşüncəsi birdən işıqlandı və bacıları cüzi sərvətlərini gizlicə hesabladıqları halda gözünə göründü. O, bacılarının pulu inkoqnito göndərmək üçün qız hiyləsi işlətdiklərini və geniş ürək sahibi olduqlarını göstərmək üçün ilk dəfə hiyləgərlik etdiklərini görürdü. Öz-özünə: “Bacı könlü təmiz almaz daşı, sonsuz mehribanlıqdır!” – deyirdi. O, yazdığından həya etməyə başlayırdı. Ah, onlar vəcdlə dualar cək, pak bir qəlb, təmiz məhəbbətlə əllərini göylərə qaldıracaqlar! Əgər anası pulun hamısını göndərə bilməsə, necə dərd çəkəcəkdi! Bütün bu gözəl hisslər, bütün fədakarlıqlar Delfina de Nusingenə müvəffəq olmaq üçün yalnız bir pillə idi. Ejenin gözlərindən bir neçə damcı göz yaşı axdı; bu, müqəddəs ailə mehrabına atılan son müşk toxumları idi. O, dərin ümidsizlik içində otağı dolaşırdı. Qorio ata qapının arasından onun otaqda gəzişdiyini görüb içəri girdi.
– Sizə nə olmuşdur? – deyə soruşdu.
– Ah, əziz qonşum, siz ata olduğunuz kimi, mən də hələ həm oğul, həm də qardaşam. Siz qrafinya Anastazi üçün qorxmaqda haqlısınız: o, Maksim de Tray adlı bir şəxsin əlində oyuncaqdır; de Tray qızınızı məhv edəcəkdir.
Qorio ata nə isə mırıldanaraq çıxdı, lakin Ejen bu sözlərin mənasını anlaya bilmədi.
Ertəsi gün Rastinyak öz məktublarını yola salmaq üçün poçta getdi. O, axırıncı dəqiqəyədək tərəddüd keçirirdi. Lakin axırda məktubları poçt qutusuna salıb dedi: “Mənim bəxtim gətirəcəkdir!” Onun sifətində oyunçunun, böyük bir sərkərdənin
Dostları ilə paylaş: |
|
|