1. Aerokosmik tədqiqat metodlarının məqsəd və vəzifələri



Yüklə 17,66 Kb.
tarix19.03.2022
ölçüsü17,66 Kb.
#114921
muhazire1


1.Aerokosmik tədqiqat metodlarının məqsəd və vəzifələri

Son zamanlar kosmik tədqiqatlar və ya başqa sözlə desək təbii mühütün məsafədən öyrənilməsi üsulundan geniş istifadə olunur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, tədqiq edilən obyktə bilavasitə heç bir təmas olmadan təyyarə,vertaliyot və ya yerin süni peykində və kosmik gəmilərdə qoyulmuş cihazlar vasitəsi ilə nəzarət edilir. Yer səthindən gələn və əks olunan elektromaqnit dalğalar qəbul edilərək təbii mühüt haqqında çox dürüst məlumat toplanır. Bu dalğalar fiziki xassələrinə görə çox müxtəlif olur. Məlumdur ki, Yer səthində hər hansı bir obyekt özünəməxsus şüaburaxma və oraya daxil olan şüaları əksetdirmə qabiliyyətinə malikdir. Bütün bu xüsusiyyətlər təbii mühütün müasir uçuş cihazlarının köməyi ilə dəqiq öyrənmək və ondan daha səmərəli istifadə etmək üçün əlverişli imkanlar yaradır.

Aerokosmik tədqiqatların ənənəvi tədqiqatlara nisbətən üstünlüyü ondadır ki, onların fəaliyyət dairəsi daha böyük olur, təbii mühitə geniş ərazidə nəzarət etməyə və burada baş verən məhəlli və qlobal miqyaslı dəyişikləri izləməyə imkan yaradır. Bu baxımdan kosmik şəkillərin tədqiqat əhəmiyyəti daha genişdir. Aerofotoşəkillər və yerüstü müşahidələr vasitəsi ilə tədqiq olunan obyektin yalnız məhəlli – konkret xüsusiyyətlərinə nəzarət etmək mümkünsə, kosmik çəkilişlərdə bu xüsusiyyətlə yanaşı, tədqiq olunan obyektlər təbii generalizasiyaya məruz qalır, başqa sözlə desək bir sıra xırda obyektlərin yalnız ümumi strukturu və qlobal miqyasda nəzərə çarpan digər elementlər əks olunur.

Aerokosmik informasiyavasitəlrinin tədqiqat obyekti olduqca genişdir. Onun ən mühüm obyektlərdən biri ərazini relyefidir. Yer səthində qlobal miqyasda baş verən bir sıra geomorfoloji prosesləri, relyefin geoloji quruluşla əlaqəsini onun əmələgəlməsində endogen və ekzogen prosesləri aerokosmik şəkillər vasitəsilə daha müvəffəqiyyətlə müəyyən etmək olur. Aerokosmik şəkillərin köməyilə çətin keçilən sahələrin müxtəlif miqyaslı geomorfolji xəritələri hazırlanır mövcud xəritələrə əsaslı düzəlişlər edilir.

Təbiətin bir sıra kortəbii hadisələrinin məsələn: sel hadisələri, sürüşmələr, qar uçqunları və s. proseslərin aşkar edilməsində, onların əmələ gəlməsini proqnozlaşdırılmasında aerokosmik tədqiqat üsullarının rolu böyükdür.

Bir sıra iudikaston xüsusiyyətinə görə səhralarda yeraltı suların səthə yaxın olduğu yerlər kosmik cihazların vasitəsilə daha asanlıqla müəyyən edilir,bu da öz növbəsində həmin ərazinin su ilə təmin olunması probleminin müvəffəqiyyətlə həllində mütəxəssislərə kömək edir.

Bitki örtüyünün öyrənilməsində aerokosmik informasiya vasitələrinin rolu əvəzedilməzdir. Ənənəvi üsulla yüksək dağ çəmənlərini, bataqlıqları, tundra sahələrinin bitki örtüyü və ucsuz – bucaqsız tayqa meşələrini öyrənmək çox böyük çətinliklər törədir. Aerokosmik şəkillər vasitəsi ilə belə sahələr asanlıqla öyrənilir. Biçənək və otlaqların bioloji məhsuldarlığı hesablanır, bitkilərdə ziyanvericilərin və xəstəliklərin yayılmasına nəzarət edilir.

Kənd təsərüfatı bitkilərində su və qida rejimin dəyişməsilə ələqədar olaraq baş verən bir sira dəyişikliklər aerokosmik şəkillər vasitəsi ilə asanlıqla qeydə alınır və onların məhsuldarlığının sabitləşdirilməsi üçün operativ təkliflər verilir. Qar örtüyü və buzlaqlar haqqında toplanan operativ məlumatlar vasitəsilə qarın tərkibində suyun miqdarı, onun dağlıq ərazilərdə hansı hündürlükdə yerləşməsi və yaz aylarında çayların sululuğuna necə təsir edəcəyi məsələləri müəyyən olunur. Yaz daşqınları zamanı suyun hədər axıb getməməsi üçün ondan suvarma işlərində daha səmərəli istifadə edilməsindən ötrü tədbirlər hazırlanır. Aerokosmik fotoşəkillər vasitəsi ilə dağlıq sahələrdə buzlaqların dinamikası və ərazinin hidroloji rejimindəki rolu müəyyənləşdirilir.

Müxtəlif vaxtlarda çəkilmiş kosmik şəkillər su hövzələrini də suyun səviyyəsinin qalxıb – enməsini, buunla əlaqədar olaraq meydana çıxan deformasiya proseslərini, onların təsərüfata vura biləcəyi ziyanı, çay və göllərin bulanıqlıq dərəcəsini və suyun kimyəvi tərkibində əmələ gələn bir sıra dəyişiklikləri qeydə almaqla su hövzələrinin çirklənmə dərəcəsi müəyyən edilir.

Okean səthində əmələ gələn külək, qravitasiya dalğaları və sunami hadisələrinin təsirindən suyun səviyyəsi 1metrdən 20 metrə qalxa bilir. Bunlar aerokosmik tədqiqatlar yolu ilə daim qeydə alınmazsa təsərüfata böyük ziyan vura bilər. Süni peyklərdən okean və dəniz dalğalarının qeydə alınmasında hazırda lazer şüalarından geniş istifadə olunur. Bu üsulların ən üstün cəhəti ondan ibarətdir ki, onlar istənilən meteroloji şəraitdə tədqiqat işlərini davam etdirməyə imkan verir.

Hazırda kosmik cihazlarla dünya okeanı səthinin temperaturu da müvəffəqiyyətlə ölçülür, bu isə dünya okeanı və dənizlərdə baş verən cərəyanların xarakterini öyrənməyə imkan verir. Eyni zamanda balıqçılıq təsərüfatına da yardım edir. Kosmik texnikanın inkişafı dünya okeanının duzluluğunun da ölçülməsi üçün geniş imkanlar yaradır.

Qeyd etdiklərimdən göründüyü kimi aerokosmik aeroksmik tədqiqat üsullarının təbii mühitin öyrənilməsində böyük nəzəri və təcrübi əhəmiyyəti vardır. Ancaq göstərmək lazımdır ki, hər bir tədqiqat obyektinin özünəməxsus spesifik xüsusiyyətlərinə görə onların öyrənilməsi üçün də müvafiq aeorokosmiktədqiqat metodikası işlənib hazırlanmalıdır. Məsələn: qar örtüyü və onun əriməsi prosesini öyrənmək üçün əsasən spektrazonal şəkillərin görünən və yaxın infıraqırmızı diapazonun 0.5 – 0.6 və 0.8 – 1.1 mikrometr intervalda çəkilmiş kosmik şəkillərdən istifadə etmək daha məqsədəuyğundur. Meşə örtüyü və atmosfer çirklənməsi üzərində tədqiqat apararkən ən yaxşı nəticəsi 0.8 – 1.1, dəniz sahili və su obyektlərinin öyrənilməsi üçün 0.5 – 0.6 mikrometr diapazonda şəkillər verilir.

Kosmik informasiya vasitələri ilə aparılan tədqiqatlar adi üsullarla aparılmış tədqiqatlara nisbətən dəfələrlə ucuz və tez başa gəlir, daha dəqiq olur. Qisa bir müddət ərzində yerin müxtəlif iri rayonlarında baş verən təbii proseslər haqqında dürüst məlumatlar toplamaq mümkün olur.

Bununla bərabər kosmik məlumatların təsərüfatda və elmi tədqiqatlarda daha geniş istifadə edilməsi, iqtisadi səmərəlilik baxımından qarşılığını təkcə tam ödənməmiş, eyni zamanda həm də bəşəriyyətin kosmosun mənimsənilməsinə sərf etdiyi xərci artıqlaması ilə geri qaytarmışdır.



Beləliklə Kosmik məlumatların təsərüfatda və elmi tədqiqat işlərində geniş istifadə edilməməsi isə böyük itki deməkdir. Hazırda kənd və meşə təsərüfatı, tikinti, meteorologiya, ətraf mühitin öyrənilməsi, rabitə əlaqələr sistemi, ekologiya, geodeziya və xəritəçəkmə, təbii ehtiyyatın öyrənilməsi və s. sahələrdə kosmik təsvirlərin emalında geniş istifadə olunur. Kosmik məlumatların istifadəsi Yerin təbiəti, planet və onu əhatə edən ərazinin planlı surətdə kompleks tıdqiq etmək üşün əsas özül yaratmışdır.
Yüklə 17,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin