199. Səhv yazılmış sözlər cərgəsini göstərin.
A) yuxsuz, stent, səhfsiz
B) ideal, sarımsaq, satin
C) zooloq, semestr, sağsağan
D) ötkün, səpki, heyif
E) həndbol, ridikül, zirzibil
200. Orfoepiya qaydaları hansı prinsip əsasında formalaşır?
1) fonetik 2) morfoloci 3) sintaktik
4) tarixi – ənənəvi 5) leksik
A) 1, 2, 4
B) 1, 2, 3
C) 2, 4, 5
D) 4, 5
E) 1, 3
201. Verilmiş sözlərdən hansılarda ı, i, u, ö saitləri qısa tələffüz olunur?
1) fındıq 2) əsəbiləşmək 3) xüsusi
4) sima 5) munis 6) inqilab
A) 1, 2, 6
B) 3, 4, 5
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 5, 6
202. Verilmiş bu sözlərdən hansılarda ö saiti uzun tələffüz olunmur?
1) növbə 2) cövhər 3) zövq
4) şövq 5) dövr 6) lövhə
A) 3, 4, 5
B) 1, 2, 3
C) 1, 4, 5
D) 2, 3, 6
E) 2, 4, 6
203. Tərkibində ai, əi hərf birləşmələri olan ərəb–fars mənşəli sözlərin tələffüzü necə olur?
A) saitlərin arasına y samiti əlavə olunur
B) eya şəklində tələffüz olunur
C) saitlərin əvvəlinci uzun tələffüz olunur
D) açıq saitlər qapalı saitlərə keçir
E) əvvəlinci sait düşür, ikinci uzun tələffüz olunur
Dostları ilə paylaş: |