Beynəlxalq hüquqi adətin iki ünsürü vardır: 1) dövlətlərin praktikası və 2) bu praktikanın məcburi norma kimi tanınması (opinio juris). Dövlətlərin praktikasına daxildir:
a) konkret situasiya və ya mübahisələrlə bağlı bəyanatları; b) dövlətdaxili qanunvericilik; c) milli məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası. Müəyyən adət normasının təşəkkül tapması üçün dövlətlərin praktikası, bir qayda olaraq, aşağıdakı tələblərə cavab verməlidir: a) ardıcıl və eyni cür olmalıdır. b) uzun müddətli olmalıdır c) ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu praktikada payı olmalıdır. Burada üç məqamı nəzərə almaq lazımdır:
1) Maraqlarına xüsusilə toxunulan dövlətlərin praktikası ön plana çəkilməlidir. Məsələn, dəniz hüququ ilə bağlı adət normalarının təşəkkül tapmasında dənizyanı dövlətlərin praktikası dənizə heç bir çıxışı olmayan dövlətlərin praktikasından daha önəmli əhəmiyyət kəsb edir; 2) Əgər bir dövlət lap əvvəldən və ardıcıl olaraq digər dövlətlərin hər hansı bir praktikasına etiraz edirsə, o, yaranmaqda olan adət norması ilə bağlı olmayacaqdır. Bu, beynəlxalq hüquqda qəbul olunmuş « təkidlə etiraz edən dövlət » prinsipindən irəli gəlir. Lakin bu prinsip jus cogens normalarına şamil olunmur; 3) beynəlxalq hüquqda ümumi beynəlxalq adət normalardan başqa, iki və daha artıq dövləti əhatə edən partikulyar adətlər də mövcud ola bilər. Partikulyar adət normalannın mövcudluğu haqqında fikri BMT-nin Beynəlxalq
Məhkəməsi Sığınacaq işində (1950-ci il) və Hindistan ərazisindən keçmək hüququ haqqında işdə
(1960-cı il) təsdiq etmişdir.
Beynəlxalq hüquqda müstəsna hallarda «
ani adət
» də yarana bilər.
Məsələn, 1957-ci ildə Sovet İttifaqı kosmosa ilk dəfə süni raket buraxanda heç bir dövlət buna
etirazını bildirmədi. Bununla, beynəlxalq hüquqda belə bir adət norması yarandı ki, istənilən
dövlət hər hansı digər dövlətin razılığını almadan kosmik fəzaya raket buraxa bilər.