1) Beynəlxalq sistemin anlayışı
Bizi əhatə edən beynəlxalq həyat hadisələri
mahiyyətinə görə çoxcəhətli, mürəkkəb və
qarşılıqlı əlaqǝli prosesləri ehtiva edir və təbii ki, bu proseslərin idarə olunması, onların müəyyən
nizam tərəziyə salınması heç də asan məsələ deyildir. Məhz buna
görə də beynəlxalq sistem
olduqca çoxcəhətli hadisələrlə əhatə olunduğu üçün onun dar və geniş mənada izah olunması
zəruridir.
Geniş mənada beynəlxalq sistem özündə 3 tərkib Hissələrin vahidliyini ehtiva edir:
Birinci ünsürü Beynəlxalq sistemin ən müxtəlif subyektləri:
suveren dövlətlər,
universal və regional, subregional Dövlətlərarası beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası,
Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı), çoxsaylı beynəlxalq qeyri-hökumət
təşkilatları (BQXK, Qrinpis, Hüquqşünasların Beynəlxalq Assosiasiyası), dövlətəbənzər qurumlar
siyasi
partiyalar, Şirkətlər, Beynəlxalq Arbitraj Məhkəmələri,
Beynəlxalq Məhkəmələr və
tribunallar və s;
İkinci ünsürü yuxarıda Sadalanan subyektlər arasında müxtəlif təyinatlı (iqtisadi,
siyasi, elmi texniki, hərbi və s.)
Universal, Regional, Subregional, İkitərəfli münasibətlər,
Üçüncü ünsürü isə həmin sistemin subyektləri arasında yaranan ən müxtəlif
münasibətləri tənzim edən hüquq sistemlərinin məcmusu (həmçinin milli hüquq sistemi) təşkil
edir.
Dar mənada beynəlxalq sistemin əsas komponentləri dəqiq
müayyən edilmiş üç tarkib
hissədən ibarət Olmaqla aşağıdakıları ehtiva edir:
➢
Beynəlxalq hüququn subyektlərini, bura daxildir: Suveren dövlatlar, dövlatlararası
beynəlxalq
təşkilatlar, Öz müstəqilliyi uğrunda mübarizə aparan millətlər və Xalqlar,
dövlətəbanzar qurumlar,
➢
Sistemdə fəaliyyət göstərən və onun sistemalı Ünsürü kimi çıxış edən beynəlxalq