Mövzu 1
NGN – şəbəkəsinin strukturu və elementləri.
Suallar
NGN – şəbəkəsinin mövcud şəbəkə infrastrukturundan əsas fərqi.
NGN – konsepsiyası öz funksional mahiyyətinə görə neçə səviyyə ilə xarakterizə olunur.
NGN – şəbəkəsinin struktur sxeminin əsas elementləri hansılardır.
NGN şəbəkəsinin mövcud şəbəkə infrastrukturundan əsas prinsipal fərqi onun digər funksiolnal modellər və prinsiplər (paket kommutasiyalı texnologiyalar) əsasında qurulması təşkil edir. Belə ki, klassik, ümumi ifadəli telefon şəbəkələrinin (ÜİTŞ) əsas elementləri müxtəlif səviyyəli kommutasiya elementləri – kanal kommutasiyalı qovşaqları əsasən aşağıdakı funksiyaları həyata keçirmək üçün nəzərdə tutulmuşdur:
İnformasiya selinin emalı;
İstifadəçilərdən daxil olan siqnallşma informasiya selinə əsasən
kanallar arasında kommutasıya həyata keçirmək, iki və ya “n” istifadəçi arasında danışıq traktını (danışıq traktı ilə dar zolaqlı digər növ məlumatlarıda ötürmək olar) təşkil etmək
İstifadəçilərə müxtəlif xidmətlərin təqdim edilməsi.
Klassik ümumi istifadəli telefon şəbəkələrində sadalanan funksional bloklar arasındakı qarşılıqlı əlaqə yaradan interfeyslər və ya standartların hazırlanması və həyata keçirilməsi istehsalçı şirkətlərin daxili işi olmaqla, onlar üşün eyni standartlara və tövsiyələrə əməl edilməsinə ehtiyac olmamışdır. Sonradan İSDN texnologiyasının tətbiqi klassik telefon şəbəkə sistemlərində istifadəçilərdən daxil olan danışıq informasiya selinin emalı ilə onların kommutasiya edilməsi üçün tələb olunan siqnallaşma seli funksiyalarnı bir birindən ayırmağa imkan vermişdir. Bu işlərin məntiqi nəticəsi olaraq point kodlarla ünvanı olan siqnallaşma və ya tranzit siqnallaşma məntəqələri yaradılmış və bu məntəqələr arasında qurulmuş 7 №li siqnallaşma topologiyası asas şəbəkə topologiyasından fərqli olmuşdur. Beləliklə, 7 №li siqnallaşma şəbəkəsi siqnallaşma selinin ünvanına uyğun kommutasiya mərkəzlərinin idarəetmə sisteminə ötürülməsini təmin edir.
NGN- konsepsiyası öz funksional mahiyyətinə görə üç dəqiq səviyyəsi ilə xarakterizə olunur. Beləki, NGN danışıq səs və digər növ ilkin istifadəçi informasiya selini (kommutasiya etmək və ya ötütmək məqsədi ilə) İP paketlərinə çevirən abunə xətlərinin qoşulma imkanlığı səviyyəsi, İP paketlərin ötürülməsi funksiyasını daşıyan nəqliyyat şəbəkə səviyyəsi və birləşmələri idarə etmək üçün Softswitch- telefon server səviyyəsindən ibarətdir. İstifadəçilərə ənənəvi xidmətləri təqdim etmək üçün kanal kommutasiya şəbəkəsindən fərqli olaraq müxtəlif növ xidmətləri təqdim edən NGN şəbəkəsi aşağıdan yuxarı müxtəlif səviyyələri birləşdirən vertikal struktura malikdir. Bu səviyyələri təşkil edən avadanlıqlar arasında qarşılıqlı əlaqələri təmin edən standart interfeyslər Beynəlxalq Rabitə İttifaqının tövsiyyələrinə uyğun hazırlanaraq tətbiq edilmişdir.
NGN infrastrukturunun ikinci xüsusiyyəti odurkı, o, paket kommutasiya texnologiyalarında istifadə edilməklə universal İP nəqliyyat protokolu ilə çalışan şəbəkə əsasında qurulmuşdur. Klassik şəbəkələrdə (kanal kommutasiyalı ümumi istifadə edilən şəbəkə) xidmətlərin istifadəçilərə təqdim edilməsi kanal kommutasiya texnologiyası bazası əsasında təşkil edilirdi. NGN şəbəkələrində genişzolaqlı diskrit məlumatların verilişi üçün yeni İP şəbəkə strukturunun formalaşdırılması (əlaqə investisiya qoyuluşu) tələb olunur ki, bu da yeni növ xidmətlərin təşkilində kanal kommutasiyalı şəbəkələrə nəzərən onun səmərəli olmamasını sübut edir.
NGN şəbəkəsinin arxitekturası üç səviyyədən ibarətdir.
Şəkil 1.4 də NGN şəbəkəsinin struktur sxemi təsvir edilmişdir. NGN şəbəkəsinin əsas elementləri aşağıdakılardır.
I səviyyə: Çevik siqnallaşma və idarəetmə proqram kommutatoru (Softswitch və ya telefon serveri), bilinq və əlavə serverlər;
II səviyyə: Siqnallşma şlüzləri kanal kommutasiyalı şəbəkələrə giriş və çıxış qoşulmasını təmin edir;
Adi şlüzlər (Gateways)- İP xidmətlərinin qoşulmasını təmin edir;
Terminal avadanlığı və ya son qurğular.
III səviyyə: Paket kommutasiya texnologiyaları əsasında İP nəqliyyat şəbəkəsi;
Yuxarıda qeyd edildiyi kimi NGN şəbəkəsi arxitekturasına görə üç səviyyəli kompleks sistemdən ibarətdir:
Kommutasiya prosesinin idarə edilməsi və siqnallaşma informasiya selinin ötürülmə səviyyəsi – Softswitch;
Nəqliyyat səviyyəsi (MPLS şəbəkəsi);
Son qurğulara qoşulma imkanlığı yaradan abunə səviyyəsi və ya xidmətlərin qismən idarə edilməsi səviyyəsi (MSAN – multiservis abunə konsentratorları, siqnallaşma şlüzləri və s.).
Kommutasiuya prosesinin tam idarə edilməsi və siqnallaşma informasiya selinin ötürülməsi səviyyəsini təşkil edən Softswitchin (telefon serverin) vəzifəsi siqnallaşma selinin emalı, çağırışların marşrutlanması və s. proseslərin idarə edilməsidir.
Dostları ilə paylaş: |