➢ 2)
Prosessual norma - həmin qaydaların yaradılmasını və tətbiq olunmasını tənzimləyir.
4) Beynəlxalq hüququn yaranması və onun dövrləşməsi problemi
Beynəlxalq Hüququn yaranması və onun tarixi inkişaf mərhələləri haqqında məsələlər
indinin özundə hüquq nəzəriyyələrində və elmində mübahisəli bir problem olaraq qalmaqda
davam edir. Hər bir elm kimi Beynəlxalq Hüquq tarixidə ümumdünya tarixinin ayrılmaz tərkib
hissəsi hesab olunur.
Bir sıra tədqiqatçılar hesab edirlər ki, quldarlıq dövlətlərinin yaranması ilə dövlətlər
arasında hüquq münasibətləri də bərqərar olmuşdur. Bəziləri isə, orta əsrlərə, yeni dövrə(XVII)
keçidlə əlaqələndirirlər. Beyn.Hüququn tarixi və inkişaf mərhələləri ilə bağlı bir sıra yanaşma və
baxışlar mövcuddur:
Birinci yanaşmaya görə - dövlətlər yaranmadan əvvəl, tayfalar arasında müəyyən
qaydaların olduğunu və beyn.hüququn mövcud olmuşdur. Həqiqətən, o zamanlar tayfalar arası
sülh, hərbi əməlyatlarla bağlı müqavilə imzalanmışdı. Lakin, bu mübasibətlər tayfa rəhbərləri
arasında münasibətlər kimi qurulmuşdu.
İkincisi yanaşmaya görə - beynəlxalq hüquq dövlətlərin yaranması ilə eyni vaxtda
meydana gəlib. Yəni, beyn.hüquq o zaman yaranıb ki, dövlətlərarası mübasibətlər yüksək
səviyyədə inkişaf səviyəsinə çatmışdı. Lakin bu prosesdə mühüm tarixi dövrləri əhatə edir.
Üçüncü yanaşmaya görə - Beyn.Hüquq orta əsrlərin sonunda, əsasən Avropada suveren
dövlətlər sisteminin formalaşması zamanı yaranmışdı. Tarixi faktlarda sübut edir ki, beyn.hüquq
öz təsdiqini yanlız orta əsrlərin sonlarında tapmışdır. Məhz bu yanaşma dünya ədəbiyyatında daha
çox müdafiə olunur.
Bəzi tarixi mənbələrə görə beyn.hüququn qədim dövrü e.ə IV minilliyin sonlarından
başlayaraq bizim eranın V əsrinə qədər davam edib. Burada əsas subyekt dövlət deyil, onların
hökmdarları, rəhbərləri olurdu.
Orta əsr Beyn.hüquq V-XVII əsrləri əhatə edir.
Klassik Beynəlxalq Hüquq XVII əsrdən XX əsrin əvvəllərinə kimi davam edib.
Klassik dövrdən Müasir dövrə keçid dövrü isə 1919-1945 ci illər hesab olunur.
1945-dən sonrası isə artıq müasir dövr Beynəlxalq hüququdur.
Dostları ilə paylaş: