Məmur etikası fənninin proqramı. Mövzu Məmur etikası fənninə giriş



Yüklə 18,14 Kb.
tarix21.10.2017
ölçüsü18,14 Kb.
#7273

Məmur etikası fənninin proqramı.

Mövzu 1.Məmur etikası fənninə giriş.

Fənnin əsas məqsədi və vəzifələri.Müasir dövrdə fənnin tədrisinə olan əsas zəruriyyət.Dövlət qulluğu sistemi və dövlət qulluqçularına olan əsas tələblər.

Dövlət qulluqçularının kadr hazırlığı və attestasiyası.

Mövzu 2.Dövlət idarəçilik mədəniyyəti.

Mədəniyyət anlayışı.Mədəniyyətin obyektiv-tarixi inkişaf amilləri.Mədəni insan formulu .Mədəniyyətin effektivlik formulu.

Demokratik idarəetmə: onun vəzifələri,effektivliyinin tərkib hissələri,effektivliyin artırılması şərtləri.

Dövlət idarəçiliyi mədəniyyəti:onun mahiyyəti və əsas elmi problemləri.Əsas demokratik idarəetmə prinsipləri.


Mövzu 3 .Etik fikir və onun təkamülünün əsas mərhələləri.

Etika fəlsəfi elmdir.Fəlsəfi dünyagörüş-mifoloji dünyagörüşün tərkib hissəsi kimi.

Sokrataqədərki dövrdə filosofların əsasən təbiət problemləri ilə məşğul olması.Etika-əxlaq haqqında elmdir.Etika sözünün etimologiyası və yaranma tarixi.Aristotelin etika ilə bağlı əsərləri

Əxlaqın mahiyyəti və əsas funksiyaları.Əxlaqi şüur.Əxlaqi fəaliyyət.


Mövzu 4.Təşkilati mədəniyyət.

İdarəetmə mədəniyyətinin mahiyyəti.

Təşkilati mədəniyyət : onun mahiyyəti və menecment baxımından onun əhəmiyyəti.

3.Təşkilatı mədəniyyətin düzgün formalaşmasını xarakterizə edən göstəricilər.

4.Təşkilatı mədəniyyətin əsas növləri.Hakimiyyət mədəniyyəti.Vəzifə mədəniyyəti.Rol mədəniyyəti.Şəxsiyyət mədəniyyəti.
Mövzu 5.Etika və sosial mədəniyyət.

Təşkilatların hüquqi və sosial məsiliyyəti.Sosial məsuliyyətə münasibətdə menecerlərin mövqeləri.Sosial məsuliyyətin əleyhinə olan əsas arqumetlər.Sosial məsuliyyətin lehinə olan ısas arqumentlər.


Mövzu 6 .Davranışın etiklilik səviyyəsinin yüksəlməsi tədbirləri.

Davranışın etiklilik səviyyəsinin yüksəldilməsi tədbirləri kimi :etik normativlərin işlənib hazırlanması, etik hasabatların işlənib hazırlanması, etik davranışa öyrədilmə, etika komitələrinin işlənib hazırlanması,etik ekspertiza.Etika kodeksləri və onun növləri:korporativ etika kodeksi,peşəkar etika kodeksi, milli etika kodeksi və beynılxalq etika kodeksi.


Mövzu 7.Etika və münaqişələr.

“Münaqişə “ sözünün etimologiyası.Münaqişənin iqtisadi mahiyyəti və onun təbiəti.Münaqişəyə münasibətdə menecerlərin mövqeləri.Münaqişələrin təşkilatda əsas növləri və pozitiv və neqativ funksiyaları.Münaqişələrin yaranmasının əsas səbəbləri.Münaqişələrin idarə olunması və etika.


Mövzu 8.Müasir dövlət qulluğu sistemi və dövlət qulluqçularına olan əsas tələblər.
Dövlət qulluğu sisteminin mahiyyəti.Dövlət qulluqçusunun əsas vəzifələri,hüquqları.Dövlət qulluqçusunun məsuliyyətləri.Dövlət qulluğunda məhdudiyyətlər.Dövlət qulluğuna xitam verilməsi. Müasir dövrün dövlət qulluqçusuna cəmiyyətin əsas tələbləri. Dövlət qulluqçusunun əsas keyfiyyətləri və imici.

Mövzu 9. Dövlət qulluqçularının etik davranış qaydaları.

Dövlət qulluğunda etikanın əhəmiyyəti və rolu.Etik dilemalar.”Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanununun əsas məqsədləri və onun məzmunu- vicdanlı davranış; peşəkarlıq və fərdi məsuliyyətin artırılması; loyallıq; ictimai etimad; dövlət qulluqçularının fəaliyyəti və insanların hüquq və azadlığı; əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi; qərəzsizlik; korrupsiyanın qarşısının alınması; hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər; məlumatdan və dövlət əmlakından istifadə; dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti.

.Qüvvəyə mindiyi dövr.Dövlət qulluqçusunun xidməti davranışı.

Mövzu 10.Etik davranış qaydalarının həyata keçirilməsinə nəzarət.

Qanunvericilikdə təsbit olunmus etik davranış prinsiplərinin təhlili..Etik davranış qaydalarına əməl olunmasına nəzarət . Azərbaycan Respublikası Prezidentyanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya .

Dövlət orqanının r Etik müvəkkillər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət vəSosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Mövzu11.İşgüzar ünsiyyətetiketi.

Kommunikasiya və ünsiyyət anlayışları.Ünsiyyətin formaları.Kommunikasiyanın növləri.Kommunikasiya prosesinin mahiyyəti və əsas mərhələləri.Kommunikasiya prosesinin əsas elementləri.Kommunikativ maneələr.Kommunikasiya prosesinin və ünsiyyətin təkmilləşdirilməsi ilə bağlı tövsiyyələr.İşgüzar etiketdə nitq etiketi

Mövzu 12 İşgüzar danışıqların və müşavirələrin aparılmasının təşkili və etika.

Işgüzar müşavirələrin vəzifələri və onların təsnifatı. Işgüzar müşavirələrin təşkili və aparılması texnologiyası. Işgüzar müşavirələrin effekliyi və onun yüksəldilməsi tədbirləri.

Işgüzar danışıqlar və onların aparılması modeli. Işgüzar danışıqlar aparılmasında istifadə edilən metodlar.

Işgüzar görüşlər, müşavirələr, konferensiyalar, simpoziumlar etiketi.



Mövzu 13. İşgüzar etika konsepsiyaları.

Etik dilemalar.Etik nöqteyi-nəzərdən mürəkkəb olan qərarlarınqəbul edilməsində yanaşmalar. Utilitarizm konsepsiyası. Ferdiçilik konsepsiyası. Mənəvi-hüquqi yanaşma və insanların əzəli hüquqları. Ədalətlilik konsepsiyası. Ədalətlilik və onun növləri.

Mövzu14. Liderlilik mədəniyyəti.

İdarəetmə və liderlik mədəniyyəti anlayışı .Rəhbər və lider anlayışları.



Liderin idarəetmə funksiyası və rəhbərlik uslubu.Liderin keyfiyyətinə olan əsas tələblər.Liderliyin effektivliyi.
Mövzu15.İdarəetmə mədəniyyətinin təkmilləşdirilməsi.

İdarəetmə və liderlik mədəniyyəti anlayışı Liderin idarəetmə funksiyası və uslubu..Liderin keyfiyyətlərinə qoyulan tələblər.Liderliyin effektivliyi.Liderin peşəkarlıq etikası və məsuliyyəti.
Yüklə 18,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin