Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə



Yüklə 32,14 Kb.
tarix17.11.2018
ölçüsü32,14 Kb.
#82990


Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə

Filologiya elmləri doktoru, professor







Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru

İş telefonu: 012-539-09-29








QISA BİOQRAFİK MƏLUMAT

  • 1954-cü il dekabrın 30-da Quba rayonu İspik kəndində anadan olub.

  • 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində təhsil alıb.

  • 2016-cı ildən BDU-da çalışır.

  • Ailəlidir, dörd övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1982-ci ildə «Əli Nazimin ədəbi-tənqidi görüşlər » mövzusunda dissertasiya müdafiyə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

  • 1990-cı ildə «Azərbaycan Sovet ədəbiyyatşünaslığının təşəkkül» mövzusunda dissertasiya müdafiyə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb.

  • 2002-ci ildə Qafqaz xalqları Elmlər akademiyasının həqiqi üzvü seçilib.

  • ƏMƏK FƏALİYYƏTİ

  • 1978-1981-ci illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş laborant.

  • 1981-1986-cı illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi.

  • 1986-1990-cı illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçi.

  • 1990-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «Ədəbiyyat və dillər» kafedrasının müdiri.

  • 2007-2012-ci illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri.

  • 2012-2013-cü illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat nəzəriyyəsi” şöbəsində baş elmi işçi.

  • 2013-2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasında professor. 

  • 2016-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor.

  • 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür. 

  • TƏDRİS ETDİYİ FƏNLƏR  

  • Ədəbiyyatşünaslığa giriş

  • Ədəbiyyat nəzəriyyəsi

  • TƏDQİQAT SAHƏSİ

  • Klassik və müasir Azərbaycan ədəbiyyatı

  • Ədəbiyyatşünaslıq

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KEÇDİYİ KURSLAR, TRENİNQLƏR

  • 1987, Azərbaycan ədəbiyyatşünaslığının aktual prob­lemləri mövzusunda APU-də keçirilmiş elmi-metodiki konfrans.

  • 2001, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Novruz: ənənə və müasirlik: Novruz bayra­mına həsr olunmuş Respublika elmi konfrans.

  • 2004, Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mə­dəni əlaqələr mövzusunda Beynəlxalq elmi konfrans.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

  • 1980, Ədəbi proses-78: nəsr, poeziya, drama­tur­giya, tənqid, Bakı: «Elm» nəşr-tı, 152 s.

  • 1986, Ədəbi mübahisələr. Azərbaycan sovet ədə­biyyatının təşəkkülü, Bakı: «Yazıçı» nəşr-tı, 177 s.

  • 1996, Azərbaycan ideologiyası, Bakı: «Sabah» nəşr-tı, 103 s.

  • 1997, Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər və kon­sepsiyalar, Bakı: «Ozan» nəşr-tı, 290 s.

  • 2002, Hıçqıran gülüşlər, Bakı, Ozan, 128 s.

  • 2004, Tənqidin ədəbi prosesdə rolu, Bakı: Tural NPM, 400 s.

  • 2006, Azərbaycançılıq. Azərbaycan xalqının milli ide­o­logiyası, Bakı, Nur­lar NPM, 2006, 192 s.

  • 2008, Ədəbi proses və ədəbi nəsil (Xalq yazıçısı İlyas Əfəndiyev nəslinin yaradıcılığı haqqında), Bakı,Təh­sil, 2008, 156 s.

  • 2008, Seçilmiş əsərləri. 3 cilddə, I cild, Bakı, Elm, 560 s.

  • 2010, Seçilmiş əsərləri, II cild, Bakı, Elm, 568 s.

  • 2010, Yazıçı ömrünə uvertüra (Monoqrafik varia­siyalar), Bakı,Təhsil, 184 s.

  • 2011, Seçilmiş əsərləri, III cild, Bakı, Elm, s.

  • 2012, Ədəbiyyat nəzəriyyəsi, (dərslik), Bakı, Proqres, 434 s.

  • 2014, Mən kiməm: Müxtəsər həyatnamə, Bakı,Nərgiz, 2014.

  • 2015, Əgər onlar olmasaydı, Bakı, Kövsər, 48 s.

  • 2015, Türk təfəkkürü məcrasında, Bakı : Şərq-Qərb, 96 s.

  • 2016, Azərbaycançılıq, Bakı, Nurlar, 192 s.


Məqalələr

  • 1978, Sən kimsən müasirim? // Azərbaycan, №12, s. 198-201.

  • 1980, Tənqidçi şəxsiyyəti və ədəbi proses // Azər­baycan, №1,177-181.

  • 1980, Tənqidin ədəbi prosesdə rolu // Azər­baycan, 1980, № 6, s. 166-173.

  • 1981, 20-ci illər Azərbaycan tənqidinin ədəbi pro­sesə təsirinin bəzi aspektləri // Azərbaycan SSR EA Xəbərləri., Əd. ser., №1, s. 52-56.

  • 1983, Tənqidçi məsuliyyəti və tənqidçi nüfuzu (Elçi­nin «Tənqid və ədəbiyyatşünaslığın poeti­kası» kitabı haqqında) // Azərbaycan, № 6, s. 156-159.

  • 1983, Sadəlik işığı /Akademik Kamal Talıbzadə ilə Nizaməddin Şəmsizadənin ədəbi prosesin vəziy­yəti, ədəbiyyatşünaslıq və tənqid, tənqidi pro­seslər və s. barədə söhbəti // Azərbaycan, № 8, s. 160-163

  • 1986, Tənqidi fikrin üfüqləri (Y.Qarayevin «Ədəbi üfüqlər» kitabı haqqında) //Azərbaycan, № 5, s.184-186.

  • 1986, Tənqidi mühakimədə sosial və estetik amilin vəhdəti // Azərbaycan SSR EA Xəbərləri. ƏDİ ser.

  • 1988, Azərbaycanın ilk qadın şairi (Zübeydə xatu­nun ilk Azərbaycan şairi olması fikri haqqında bəzi mülahizələr) // Ulduz, № 3, s. 64-67.

  • 1989, Ədəbiyyat fədaisi («Unudulmuş səhifələr» seri­yasın­dan Əmin Abid haqqında) // Azərbaycan, № 2, s. 142-146.

  • 1989, Sənət fədaisi (Əmin Abid haqqında) // Azər­bay­can, № 2, s. 142-146.

  • 1992, Ədəbi tənqid: Qüruba doğru?: Problemlər, mülahizələr // Ulduz, № 7-8, s. 54-59.

  • 1992, Humanist təfəkkür və demokratik proses // Zəka, № 2, s. 34-37

  • 1998, XX əsrin sonudur: Tənqidçi nə düşünürsən: («Azərbaycan jurnalının «Bizim sorğu» rubri­kasından) // Azərbaycan, № 1-2, s. 179-187; № 5, s. 174-183; № 8, s. 173-182.

  • 2002, Yerlə göy arasında (Türkün təfəkkür tarixinə bir nəzər) // Ulduz, № 1, s. 61-67.

  • 2004, Repressiyanın geneologiyası, yaxud yaddaşın qətli // Ədəbiyyat məcmuəsi, № 18, s. 294-302.

  • 2005, Rəsul Rzanın ismarladığı şair (Yusif Nəğ­mə­kar haqqında) // Ulduz, № 6, s. 14.

  • 2007, Tənqiddə meyarsızlıq sindromu (Əsəd Cahan­girin tənqidi məqalələri haqqında ədəbiyyatşünas alimin mövqeyi) // Ulduz, № 3, s. 2-4.

  • 2008, Bədii ucalıq elmi dərinlik (Elçin-65) // Azərbaycan, № 5, s. 14-20.

  • 2009, Bəkir Çobanzadə («İtmiş nəslə uvertüra» sil­siləsindən) // Azərbaycan, № 6, s. 24-33.

  • 2009, Əmin Abid («İtmiş nəslə uvertüra» silsləsindən) // Azərbaycan, № 7, s. 131-141.

  • 2009, Ədəbiyyatın əbədiyyətini fəth etmiş yazıçı: İlyas Əfən­diyev – 95 // Mədəniyyət, 22 may, s. 12.

  • 2009, İtmiş nəslə üvertura //Azərbaycan, № 6, s. 12-24; № 7, s. 131-146.

  • 2009, Mustafa Quliyev («İtmiş nəslə uvertütra» silsiləsindən) // Azərbaycan, № 7, s. 142-146.

  • 2010, Sözün canlı heykəli (Zəlimxan Yaqub-60) // Qarapapaqlar, № 1, s. 44-48.

  • 2011, Ömür mövqedən başlanır / Müsahibəni apardı M.Novruzlu // Filosof-tənqidçi, Bakı: «Ozan» nəşr-tı, s. 397- 405.

  • 2011, Azərbaycan infarkt keçirtmiş ürəyə bənzəyir // Filo­sof-tənqidçi, Bakı: «Ozan» nəşr-tı, s. 414- 422.

  • 2011, Bizə vahid ideologiya lazımdır // Filosof-tənqidçi, Bakı: «Ozan» nəşr-tı, s. 406-407.

  • 2011, Bu ad hələ bir çox nəsillərə gərək olacaq // Filosof-tən­qidçi, Bakı: «Ozan» nəşr-tı, s. 408-413.

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI




  • 2003-cü ildə Y.Məmmədəliyev mükafatına layiq görülmüşdür.

  • 2010-cu ildə Azərbaycan Respublikası Dövlət mükafatına layiq görülmüşdür.




Yüklə 32,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin