BİOSFER
Yer kürəsinin səthi canlılar və cansızlar arasında bölünmüşdür. Yerin cansız aləminin yaşı 5 mlrd. il, canlı aləminin yaşı isə 3 mlrd. il olaraq qəbul edilmişdir. Məhz bu səbəbdən
bəzi alimlərin fikrincə, yerin cansız aləmi canlı aləminin yaranması üçün başlanğıc rolunu oynamışdır. Yer kürəsinin ,əsasən, həyatın mövcud olduğu məkanlar
mühit adlanır. Mühit anlayışı özü də iki cür olur:
daxili və
xarici mühit.
Hər bir mühit ekoloji sistemlərdən təşkil olunmuşdur.
Ekosistem və ya ekoloji sistem – konkret mənada cansız və canlı komponentlərin qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərən sistemdir. Həmçini ekosistemlər təbii cə antropogen
olaraq fərqləndirilir Təbii ekosistem – təbiətin təkamülü nəticəsində yaranmış olan ekoloji sistemlərə deyilir.
Antropogen ekosistem isə insan fəaliyyəti nəticəsində yaranmış ekoloji sistemlərdir. Ekologiya fənninin əsasını da məhz təbii ekosistemlər təşkil edir.
Yer səthində ekoloji vəziyyət heç də həmişə eyni cür olmur. Müəyyən dövrlərdə yerdəki vəziyyət böhran həddinə gəlib-çatır. Bu böhranlar ekoloji böhran adlanır.
Müasir təbiətdə baş verən böhranların bir
nömrəli səbəbi insak faktoru, yəni antropogen təsirdir. Yer səthində ayrı-ayrı dövlətlərin iqtisadiyyatlarının və sənayelərinin inkişafı təbiətə bərpaolmaz zərərlər vurur ki, bunun da nəticəsində ekoloji böhranlar qlobal xarakter alır və ekosistemdə ekoloji partlayış təhlükəsi artıt.
Biosfer anlayışını elmə ilk dəfə avstriyalı alim Eduard Zyuss daxil etmişdir. Yunancadan tərcümədə “bios”- həyat, “spheria” - kürə mənasını verir. Biosfer haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863-1945) yaratmışdır. Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. Bura bütün canlı orqanizmlər və onların məskunlaşdığı mühit daxildir. V.İ.
Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir.
Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir.
Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər.
Vernadskinin fikrincə, biosferin maddəsi mütəlif olub geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə,
biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), biratil (biokos) ibarətdir.