Fosforun dövranı. Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sayılır. Fosforun əsas
rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində gətirmələrin çöküntüləridir.
Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Litosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin tərkibində olur (95%) .
Fosfor çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çirkab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyasının güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında fosforun miqdarı 0,093% təşkil edir. Fosforun dövranı «Quru-Dünya okeanı» sistemində gedir.
Ozon qatı yer kürəsinin mövcudluğunda də əvəzolunmaz rol oynayır.
Ozon sözü yunancadan tərcümədə “kəskin iy” mənasını verir. Bu sözü ilk dəfə 1839-cu ildə K.F.Şonbeyn tərəfindən işlədilmişdir. 1850-ci ildən sonra ozon qatının atmosferin tərkib hissəsi olduğu sübut olundu və 1881-ci ildən başlıyaraq, ozon təbəqəsi troposferdən və strotosferdən ayrı tətqiq olunmağa başlandı.
Ozon təbəqəsi yer kürəsini əsasən günəşin yüksək temperaturundan və ultrabənövşəyi şüalarından qoruyur.
Biosferdə maddələrin dövretməsi və ekoloji təhlükəsizlik
Bildiyimiz kimi, təbiət materiyanin bir hissəsidir və üç halda: qaz, maye və bərk halda olur. Yerin təbiəti canlı və cansızlardan ibarətdir. Canlı və cansızların fərqi tənəffüsdə, qidalanmada, nəsil artırmada özünü göstərir.
Materiyanın həyat olan məkanına mühit deyilir. Mühit iki hissəyə ayrılır: daxili və xarici mühit. Biologiya, təbabət kimi elmlərin öyrəndiyi daxili mühit orqanizmə onun içərisindən olan təsirlərin cəmidir. Xarici mühit isə orqanizmə kənardan edilən təsirlərin cəmidir.
Ekologiyanın müəyyənedici anlayışlarından biri olan ekosistem termini elmə 1935-ci ildə ingilis alimi A.Tensli tərəfindən gətirilmişdir. Ekosistem konkret məkanda cansız və canlı komponentlərin qarşılıqlı əlaqəsi
nəticəsində fəaliyyət göstərən sistemdir. Ekosistemin təbii və antropogen növləri var. Təbii ekosistem təbiətin təkamülü prosesində, antropogen ekosistem isə insan fəaliyyəti nəticəsində yaranıb. Məsəl üçün, dəniz, çay, göl və s. təbii, su anbarı, kanal, çarhovuz və s. isə antropogen ekosistemlərdir. Müasir dövrdə antropogen ekosistemlər intensiv olaraq təbii ekosistemləri intensiv sıradan çıxartdığı üçün ekologiya daha çox təbii ekosistemlər ilə maraqlanır.
Biosfer yunan (bios həyat, spheria kürə) sözü olub Yer kürəsində canlı həyatın yayıldığı sahədir. Böyük rus alimi V.İ.Vernadski biosfer haqqında təlimin yaradıcısı sayılır. Belə ki, Vernadski canlı orqanizmlərin yaşadığı və keçmişdə yaşamış olduqları mühiti biosfer adlandırmışdır və bununla da yeni analoji ekologiya elmini yaratmışdır. Biosferə bütün canlı orqanizmlər,onların yayıldığı mühit aiddir. Digər geosferlərdən fərqli olaraq biosferdə ən yüksək kimyəvi çevrilmələr gedir. Ümumi qalınlığı 36 km-ə çata bilən biosfer müxtəlif təbəqələrə təsir edir. Biosfer ozon səthinə kimi atmosferin bir hissəsi litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı və bütün hidrosfer daxildir. Biosfer atmosferin alt 2 km-lik, litosferin üst 3- 4 km-lik və bütün hidrosfer (11 km) qatını əhatə edir. Biosferin hidrosferə təsiri yosunlar sudan karbon qazını udaraq sudakı canlıların tənəffüsü üçün vacib olan oksigeni buraxmasındadır. Canlıların hidrosferə ən böyük təsiri isə onların okeanda duzluluğu sabit saxlamasıdır.
Biosferin atmosferə təsiri bitkilər oksigeni, heyvanlar karbonu, mikroorqanizmlər azotu yaratmasındadır. Bitkilər fotosintez prosesi nəticəsində qeyri-üzvi maddələri üzvi maddələrə çevirir, havanı oksigenlə zənginləşdirirlər.
Litosferə biosferin təsiri isə canlıların məhv olduqda çürüyərək torpağa qarışmasında və çökmə süxurlara çevrilməsindədir. Bitki kökləri süxurları parçalayaraq üzvü aşınmada iştirak edirlər.
Vladimir Vernadski biosfer maddəsinin yeddi hissədən - canlı orqanizmlər, biogen, radioaktiv maddələr, seyrək yayılmış atomlar, kosmik mənşəli maddələr, biokos və atıl maddədən ibarət olmasını və onların bir- biri ilə qarşılıqlı əlaqədə olmasını qeyd edirdi. Bu maddələr biosferdə canlı orqanizmlərlə və atil proseslər ilə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini təşkil edir. V. Vernadski canlı orqanizmlərin geoloji rolu təliminin də yaradıcısıdır. O hesab edir ki, Yer qabığının dəyişməsində əsas amil canlıların fəaliyyətidir.
Biosfer bir neçə xüsusiyyətlərə malikdir. Onun əsas xüsusiyyətlərindən biri açıq sistem olmasıdır. Belə ki, ona kənardan enerji daxil olur və bisofer kosmik təsirə məruz qalır. Bunun da əsasını günəş aktivliyi təşkil edir. Günəş aktivliyi bir çox katastrof və kataklizmin yaranmasına səbəb ola bilər.
Biosferin digər mühüm xüsusiyyəti isə “homeostazm”dır. Bu biosferin özünü tənzimləmə sisteminin olmasıdır. Özünü tənzimləmə sistemi hər hansı hadisə və ya həyəcan baş verdikdə müəyyən mexanizmdən istifadə
edərək onun qarşısını alır və yaranmış dəyişiklikləri keçmiş vəziyyətinə qaytarır.
Təbiətdə maddələrin böyük və kiçik dövranı mövcuddur. Böyük dövranı Günəş enerjisi ilə Yerin dərinlik enerjisinin qarşılıqlı təsiri ilə baş verir və bisoferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə yetirilir. Burada maddələr mübadiləsinin simvolu spiraldır. Kiçik dövran isə yalnız biosfer daxilində tamamlanır və burada maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır. Çünki günəş fotosintez yaradır.Ayrı-ayrı maddələrin dövranı biogeokimyəvi tsikllər adlanır və bu tsikllər dövranlarla canlı orqanizmlərin mühüm funksiyaları təmin olunur. Beş belə funksiya mövcuddur: qaz, biokimyəvi, biogeokimyəvi, konsentrasiya və oksidləşmə-reduksiya.
Son illərdə ekoloji böhranlar dünyəvi xarakter alıb və ekoloji partlayış qorxusu çoxalıb. Bu da insanların təbii ətraf mühitə təsirinin intensivləşməsi ilə əlaqədardır. Böyük ekoloji böhranlar arasında Çernobıl qəzasını, Aral dənizinin qurudulmasını, böyük miqdarda sənaye tullantılarının və s-ni gostərmək olar. Bunlarla yanaşı potensial ekoloji təhlükə daha çoxdur. Bura ehtiyatların tükənməsi, ozon qatının dəyişməsi və s. aiddir. Mühitin kimyalaşdırılması da ekoloji təhlükəni artıran amillər arasındadır.
Bildiyimiz kimi, ozon təbəqəsi qalınlığı 2-3 mm olan atmosferin bir hissəsidir. Ozon yunan sözü olub “kəskin iy deməkdir”. O, ilk dəfə 1839-cu ildə K.F. Şonbeyn tərəfindən kəşf olunmuşdur. Troposfer və stratosfer ozonu olmaqla iki qrupa bölünən ozonun qorunub saxlanılması en vacib ekoloji problemlərdəndir. Azərbaycan ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl yerinə yetirməyə çalışır. Azərbaycan bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. Azərbaycan mühüm ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985-ci il), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında qanun qəbul edib. Ratifikasiyadan sonra BMT-nin Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə «Çinar» soyuducuları, Sumqayıt kompressorlar zavodları və yanğınsöndürmə idarələrində istifadə olunan ODM-nin istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə edilən və ODM olan soyuducu agentlərin bərpa və yenidən istifadəsi, təlimatçı və texniklərin öyrədilməsi üzrə layihələr həyata keçirib, Azərbaycan Ozon Mərkəzi yaradılıb. Azərbaycan hökumətinin ozon qatının dağılmasına qarşı mübarizə strategiyası hazırlanıb və görülən işlər qəbul olunmuş strategiya əsasında həyata keçirilir.Ozon təbəqəsinin vacibliyini göstərmək üçün BMT-nin Baş Assambleyası tərəfindən sentyabrın 16-sı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü elan edib.
Dostları ilə paylaş: |