Mövzu №09. Kosmik nəqliyyatın ekologiyası [16, 25, 36]



Yüklə 0,67 Mb.
səhifə1/10
tarix02.10.2022
ölçüsü0,67 Mb.
#118070
  1   2   3   4   5   6   7   8   9   10
NE MOVZU-09 (2)



Mövzu №09. Kosmik nəqliyyatın ekologiyası [16, 25, 36]. Kosmik nəqliyyat barədə ümumi məlumat. Kosmik nəqliyyatda fövqəladə hallar. Kosmik nəqliyyatın ekoloji problemlərinin əsasları. Raket-daşıyıcıların istismarının ekoloji problemləri. Kosmik nəqliyyatın fəaliyyətinin insanların sağlamlığına və həyatına təsirləri


Kosmik nəqliyyat barədə ümumi məlumat. Kosmik nəqliyyat təyinatına görə insanların və ya yüklərin havasız mühitdə daşınması üçün istifadə olunan və spesifik xüsusiyyətlərinə görə digər nəqliyyat növlərindən əhəmiyyətli dərəcədə fərqlənən yeni nəqliyyat sistemidir.
Bu nəqliyyat növü cəmiyyətin müasir inkişafını kosmik texnologiyaların geniş miqyaslı istifadəsi ilə təmin edir və artıq bir çox ölkənin iqtisadi mexaniz­min mühüm tərkib hissəsinə çevrilərək öz nailiyyətləri gün­dəlik həyatın ayrılmaz hissəsini təşkil edir.
Kosmik nəqliyyatın tərkibinə kosmodromlar (onların start götürülməsi yerləri), raket-daşıyıcılar (müxtəlif texniki vasitələrin, insanların və yüklərin kosmik fəzaya daşınması üçün) və kosmos məkanda aparılan tədiqiqatların və görülən işlərin təmini üçün müxtəlif süni peyklər, orbital stansiyalar və müxtəlif təyinatlı digər texniki vasitələr daxildir.
Kosmodrom (“kosmos” yunanca δρόμος «qaçmaq üçün yer”) – elə bir texniki təmin olunmuş ərazidir ki, burada kosmik nəqliyyat vasitələrinin saxlanılması, hazır vəziyyətdə olması, kosmosa buraxılmağa hazırlanması, kosmik raketlərin buraxılması və orbitə çıxarılması yolunda uçuşların idarə edilməsi həyata keçirilir. Bu ad təyyarələr üçün “aerodrom” anlayışına analoji olaraq götürülmüşdür. Adətən kosmodromlar böyük bir ərazi tutur və sıx məskunlaşan yerlərdən elə məsafədə yerləşirlər ki, uçuş zamanı ayrılan raket pillələri yaşayış sahələrinə və qonşu start sahələrinə zərər verməsin. Dünya üzrə kosmodromların yerləşdikləri ərazilərin xəritəsi şəkil 2.xx-də verilmişdir.



Şəkil 2.xx. Dünya üzrə kosmodromların
yerləşdikləri ərazilərin xəritəsi

Dünyada və keçmiş SSRİ məkanında birinci və ən iri kosmodrom “Baykonur” adlanır, Qazaxıstan ərazisində yerləşməklə 6717 km2 ərazini əhatə edir. Buradan Yerin ilk süni beyki, insanın kosmosa ilk uçuşu həyata keçirilmişdir. İndiyə qədər Rusiya tərəfindən icarəyə götürülmüş bu kosmodrom bu ölkənin kosmik nəqliiyatının kosmosa buraxılmasında vacib rol oynayır.


Raket-daşıyıcıların Kosmik nəqliyyatın fəaliyyətində ən çox raket texnologi­ya­­larından istifadə olunur. İlk raket-daşıyıcı Rusiya istehsalı olan “P-7” raketinin müxtəlif modifikasiyaları olmuşdur. 1957-ci ildən başlayaraq “P-7” ailəsinə daxil olan 1800-dən artıq raket-daşıyıcı kosmosa buraxılmışdır.
1970-ci illərin əvvələrindən başlayaraq SSRİ və ABŞ kimi “kosmik ölkələrdə” təkrar istifadə edilə bilən kosmik nəqliyyat sistemlərinin yaradılması üzərində işə başladılar. ABŞ-da belə bir layihə “Space Shuttle” SSRİ də isə “Enerji-Buran” adlanırdı.
“Buran”ın ilk və yeganə kosmik uçuşu 15 noyabr 1988-ci ildə həyata keçirildi. Kosmik gəmi “Enerji” raket-daşıyıcı vasitəsi ilə Baykonur kosmodromundan buraxıldı. Uçuş müddəti 205 dəqiqə idi, gəmi Yerin ətrafında iki dövr etdi, sonra Baykonurdakı “Yubileini” hava limanına endi. Kosmik gəminin kosmosa bu uçuşu və bort kompüterinin nəzarəti altında avtomatik rejimdə Yerə enməsi - Ginnesin Rekordlar Kitabına düşdü.

Şəkil 2.xx. “Buran” kosmik gəmisi

30 il ərzində ABŞ-ın 5 “Space Shuttle” kosmik nəqliyyat növü 133 uçuş həyata keçirdi (şəkil 2.xx). 2011-ci ilin mart ayına qədər uçuşların çoxu - 39 - "Discovery" kosmik gəmisi tərəfindən həyata keçirildi. Ümumilikdə, 1975-1991-ci illərdə altı gəmi növü inşa edildi: -“Enterprayz (kosmosa uçmadı); -“ Kolumbiya” (2003-cü ildə eniş zamanı yandı); - “Challenger”(1986-cı ildə işə salındıqda partladı); -“Discovery”; -“Atlantis”; -“İndevor”.





Şəkil 2.xx. “Space Shuttle” kosmik nəqliyyat

Havasız məkanda həyata keçirilməsi nəzərdə tutulan məqsədlər prinsipinə görə raket-daşıyıcıların kosmosa çıxardığı aşağıdakı aparat və sistemlərindən istifadə edilir: -orbital sistemlər; -suborbital sistemlər; -planetlər­ara­sı kosmik aparatlar; -ulduzlarlrarası kosmik aparatlar; -qa­laktikalararası kosmik aparatlar; -Yer kürəsi ətrafı kosmik apa­ratlar. Bu kosmik aparatın hər birinin istifadəsinin konkret məq­əsdi var, buna görə də konstruksiyalarında fərqlənirlər.


İn­sanların kosmosa uçuşuna gəldikdə isə, onu demək olar ki, kos­mik sərnişinlər bir qayda olaraq həm də bu nəqliyyat vasi­təsini idarə edən komandadırlar. “Proqress” (Rusiya istehsalı) kimi yük daşıyan bir sıra kosmik gəmilərin idarə olunmasında in­sanlar iştirak etmir, bu rolu ya robotlar, ya da avtomat­laş­dı­rılmış idarəetmə sistemləri yerinə yetirir.
Kosmik nəqliyyatın istifadə istiqamətlərinə aid­dir: -kosmik obyektlərin kosmik məkana daşınması; - kosmonavt və astronavtların, müxtəlif texniki və texnoloji avadanlıqların, faydalı yüklərin kosmik obyektlərə çatdırılması; -kosmik məkanın tədqiqi və istifadəsi üzrə işlərin birbaşa aparılması; -perspektivdə kosmik turistlərin daşınması.
Kosmik nəqliyyat vasitələrində təhlü­kə­sizliyinin təmin edilməsi onların layihələndirilməsindən və yerdə tədqiqindən başlayır. Bunlara aşağıdakıları aid etmək olar:
-kosmik aparatların hermetikliyinin, onların ka­binəsində təzyiq və rütubətlik kimi fiziki parametrlərin sa­bit­liyinin yoxlanılması (məsələn, müvafiq miqdarda oksigen və hid­rogenin olması ilə birlikdə kabinədə minimal atmosfer təz­yiqi 0.35 bar səviyyəsində olmalıdır);
-uzunmüddətli uçuşlar zamanı tullantıların yenidən emalı (məsələn, Rusiya istehsalı olan “Mir”, “Almaz”, ABŞ istehsalı olan «SkyLab» kimi orbital stansiyalar və digəriləri elmi-təd­qi­qat işlərinin aparılması üçün günlərlə yox, ay və illərlə kosmik məkanda qalırlar).
Kosmik nəqliyyat növlərinin əsas çatışmazlıqlarından biri ondan ibarətdir ki, kosmik məkanın mənimsənilməsində iştirak edən ölkə­lərdə kosmik aparatların yer səthindən buraxılmasının lazımi qədər çoxsaylı qaydalarından istifadə edilir. Bunun üçün köhnə qaydaların təkmilləşdirilməsi və yeni üsulların axtarışı üçün bö­yük həcmdə vəsait və qüvvə sərf olunur. Digər əsas çatışmazlıq isə kosmodromlardan raketlərin buraxılması variantının çox­saylı olmasıdır. Onların ən əsasına raket tərəfindən Yerin cazibə qüvvəsini aşması üçün çox böyük həcmdə yanacağın sərfidir. Məsələn, raketin ilk 10 km yuxarı qalxması zamanı onun yanacaq enerjisinin yarısı sərf olunur. Növbəti çatışmazlıq kosmik gəminin Yerin aşağı orbitini tərk etdikdən sonra maqnitosferin mühafizəsi zonasından çıxaraq, radiasiyanın yük­sək olduğu zonaya – Van Alen radiasiya qurşağına daxil omasıdır. Bu zonadan da keçdikdən sonra kosmik gəmi yenidən daha aşağı radiasiya səviyyəsi olan zonaya düşür, lakin, daimi olaraq yüksək enerjili kosmik şüalanmaya məruz qalır. Bu şüaların təhlükəsi dövrlər üzrə -bir neçə on gündən bir neə ilə qədər dəyişir. Bundan əlavə, kifayət qədər qorunmadığı təq­dir­də Günəşin tac parıltısı insanlar üçün son dərəcə təhlükəlidir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin