4. Sosial normalar
Sosial normaların (bunları çox vaxt «Ümumi qaydalar» adlandırırlar) meydana gəlməsinin əsasında hər
şeydən əvvəl maddi istehsalın tələbatları dayanır. İstehsal, bölgü və mübadilə aktlarının təkrar olunması, yəni sosial qarşılıqlı təsirlərin təkrar olunması elə ümumi qaydaların varlığını tələb edir ki, onlar müvafiq ictimai münasibətlərin iştirakçılarına müntəzəm surətdə həmin qarşılıqlı təsirlərə qoşulmaq imkanı versin. Bunun sayəsində sosial normalar özündə sosial qarşılıqlı təsirlərin mücərrəd modelini təcəssüm etdirir. Bu model fərdlərə imkan yaradır ki, onlar ictimai münasibətlərin digər iştirakçılarının fəaliyyətini irəlicədən görə bilsinlər, öz davranışını müvafiq qaydada nizama salsınlar. Bunun sayəsində sosial normalar fərd səviyyəsində onun davranışının ölçüsünə, cəmiyyət səviyyəsində isə həmin davranışın qiymətləndirmə miqyasına çevrilir
Dostları ilə paylaş: |