1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


SOSİOLOCİ BİLİKLƏRİN STRUKTURU VƏ TƏDQİQAT OBYEKTİ



Yüklə 206,29 Kb.
səhifə8/53
tarix01.01.2022
ölçüsü206,29 Kb.
#104268
1   ...   4   5   6   7   8   9   10   11   ...   53
SOSİOLOCİ BİLİKLƏRİN STRUKTURU VƏ TƏDQİQAT OBYEKTİ

Sosioloci biliklər sistemi mürəkkəb struktura malik olub ijtimai gərçəkliyin tədqiqinin

müxtəlif tiplərini və səviyyələrini əks etdirir. İjtimai həyatın öyrənilməsinin nəzəri və tətbiqi (praktiki, əməli) aspektləri burada sıx vəhdətdə çıxış edir. Buna görə də ijtimai həyatın müəyyən sahələrinin tədqiqi ilə məşğul olan ixtisaslaşmış sahələri və müxtəlif sosioloci nəzəriyyələri qeyd etmək zəruridir. Deməli sosiologiya sosial idrakın aşağıdakı səviyyələrini özündə birləşdirir: ümumi nəzəriyyə, xüsusi nəzəriyyələr konkret (empirik)tədqiqatlar. İkinji və üçünjü səviyyələri çox vaxt «tətbiqi sosiologiya» anlayışı ilə qeyd edirlər. Bu səviyyələrdən hər biri ijtimai həyatın öyrənilməsində özünəməxsus yanaşma üsuluna və metodlarına malikdirlər. Ümumi sosioloci nəzəriyyənin əsas vəzifəsi jəmiyyətin mövjudluğu və inkişafının ümumi qanunlarını tədqiq etməkdən ibarət olduğu halda,

tətbiqi sosiologiyanın vəzifəsi həmin qanunların jəmiyyət həyatının müxtəlif sahələrində müxtəlif tarixi şəraitdə təzahür etmə formalarını və fəaliyyət mexanizmini öyrənməkdən ibarətdir. Ümumi sosioloci nəzəriyyə hər bir sosial hadisəyə bütöv ijtimai tamın elementi kimi baxır. Onun hüdudları daxilində xüsusi sosioloci nəzəriyyələr səviyyəsində konkretləşən sosial hadisələrin və proseslərin öyrənilməsinin əsas metodoloci şərtləri formalaşır. O, ayrı-ayrı sosial prosesləri və hadisələri sosial tamla uyğunlaşdırmağa və bununla da onları elmi şəkildə izah etməyə, əsil mənşələrini aşkara çıxarmağa,

strukturunu və funksiyalarını müəyyən etməyə imkan verir. Sosioloci tədqiqat prosesində xüsusi sosioloci nəzəriyyələrin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyələr sosial əlaqələrin və qanunauyğunluqların iki əsas tipini aşkara çıxarır:

1. Bütövlükdə ijtimai sistemlə mövjud ijtimai həyat sferası arasındakı əlaqəni;

2. Sonunjuya xas olan daxili qarşılıqlı əlaqə və qarşılıqlı asılılığı . Məsələn, təhsilin sosiologiyasının predmetini təhsil sisteminin jəmiyyətlə qarşılıqlı əlaqəsi və asılılığı, habelə təhsil sisteminin sosial institut kimi bölmələrinin qarşılıqlı əlaqəsi və asılılığı təşkil edir. Xüsusi sosioloci nəzəriyyənin ara rolu oynaması sosiologiyanın strukturunda onun elmi funksiyalarını müəyyən edir. Bu nəzəriyyənin formalaşmasının əsasında ümumi sosioloci nəzəriyyənin kateqoriyaları və prinsipləri durur. Ümumi nəzəriyyədən empiric sosioloci tədqiqatlara «körpü» rolunu oynayan xüsusi nəzəriyyə özündə sosioloci biliyin iki səviyyəsini birləşdirir. Bunlardan birinjisi ümumi sosioloci nəzəriyyə, ikinjisi isə empirik

tədqiqatların gedişində alınan konkret informasiyadır. Sosiologiya elminin tədqiqat obyektini bəzən konkret sosiologiya adlandırılan aşağıdakı sferalar təşkil edir:

1. Sosial institutları öyrənən sosiologiya. Bura daxildir: ailənin, tərbiyənin, siyasətin, hüququn, idrakın, ideologiyanın, elmin və dinin, injəsənətin, ordunun və müharibələrin, sənayenin və əməyin sosiologiyası;

2. Sosial birliklərin müxtəlif tiplərini öyrənən sosiologiya. Buraya daxildir: kiçik qrupların, kəndin, şəhərin sosiologiyası, siniflərin və sosial təbəqələrin, peşə kateqoriyalarının, zümrələrin tədqiq edilməsi;

3. Müxtəlif sosial proseslərin tədqiq edilməsi. Buraya daxildir: sosial pozğunluq prosesləri və hadisələri – alkoqolizm, narkomaniya, jinayətkarlıq və s.; kütləvi informasiya vasitələrinin - mətbuatın, radionun, televiziyanın, kinonun fəaliyyətinin nətijələri; sosial məskunlaşma və sosial yığjamlıq prosesləri, yəni

adamların joğrafi məkanda yerdəyişmələri, bir təbəqə və ya sinifdən başqasına keçmələri.Bunlardan əlavə bir sıra digər ixtisaslaşmış tədqiqat sahələrini də göstərmək mümkündür. Məsələn, xəstəliklərin meydana gəlməsinin və müalijəsinin sosial şərtləri, etnik və irqi münasibətlərin, demoqrafik proseslərin sosial aspektlərinin və s. tədqiq edilməsi. Konkret sosiologiyanın bütün bu bölmələri ümumi anlayışlardan istifadə edərək ümumi proseslərin mahiyyətini açmağa, onların qanunauyğunluqlarını müəyyən etməyə,

müxtəlif sosial strukturların fəaliyyətini aşkara çıxarmağa və təhlil etməyə jəhd göstərirlər. Ümumi sosiologiya lap əvvəldən ənənəvi olaraq ümumi əhəmiyyətə malik olan iki nəzəriyyəni – sosial struktur nəzəriyyəsini və sosial inkişaf, daha geniş deyilərsə sosialdəyişikliklər nəzəriyyəsini inkişaf etdirmişdir. Son vaxtlar bu iki nəzəriyyəyə daha iki bölmə əlavə edilmişdir: fərdlərin sosial davranışı nəzəriyyəsi və insan birliklərinin davranışı nəzəriyyəsi. Bu jür bölgülər təsadüfü xarakter daşımır. Sosiologiya elminin banisi O.Kontun birinji sosioloci sistemi də iki hissədən – «sosial statika» və «sosial dinamika»

hissələrindən ibarət idi. Digər görkəmli sosioloq E.Dyürkheym isə sosioloci problemləri «Sosial morfologiya» və «sosial fiziologiya» adlı bölmələrə ayırırdı. Müasir dövrün görkəmli sosioloqlarından olan N. Smelzer isə sosiologiyanın strukturunu (tədqiqat obyektini) aşağıdakı kimi təsnif edir:

1. Sosiologiyanın elementləri (mədəniyyət, sosial struktur, sosail qarşılıqlı təsir, təşkilatlar, sosial nəzarət, məskunlaşma,);

2. İjtimai bərabərsizlik (stratifikasiya və bərabərsizlik, yaş, jins, irqlə və s. ilə bağlı bərabərsizliklər);

3. Sosial institutlar (ailə, təhsil, din, iqtisadi sistem, siyasi sistem);

4. Jəmiyyət və dəyişikliklər (əhalinin dinamikası, kollektiv davranış və ijtimai

hərəkat, sosial və mədəni dəyişikliklər).

Ümumiyyətlə bu jür bölgüləri çox misal çəkmək olar, lakin N. Smelzerin bölgüsü

daha dolğundur və jəmiyyət həyatının bütün sahələrini ümumi şəkildə əhatə edir.

Göründüyü kimi sosiologiya elminin tədqiqat obyektini bütövlükdə jəmiyyət, onun

daxilində mövjud olan insan birlikləri, sosial institutlar, insanlararası münasibətlər təşkil edir.Sosioloci biliklərin strukturunda özül elementini jəmiyyətin bütöv sosial orqaninzm olması haqqında biliklər təşkil edir. İjtimai münasibətlərin mahiyyəti və məzmununun dərk olunması jəmiyyətdəki sosial subyektlər arasında qarşılıqlı əlaqələrin başadüşülməsinə imkan verir.Sosioloci biliklərin strukturunun digər mühüm elementi ijtimai həyatın müxtəlif sferalarının inkişafı və qarşılıqlı təsiri haqqında iqtisadi, siyasi və mənəvi baxışların məjmusundan ibarətdir. Sosioloq şəxsiyyətin müxtəlif həyat sferalarında fəaliyyət

xüsusiyyətlərini aşkara çıxarmalıdır.Sosioloci biliklər strukturunun digər mühüm elementi ölkə əhalisinin sosial tərkibi,jəmiyyətin sosial strukturu haqqında mövjud biliklərin məjmusudur. Bu biliklərin köməyi

sayəsində sosioloq jəmiyyətdəki peşə və demoqrafik qruplar haqqında, onların iqtisadi,sosial və siyasi münasibətlər sistemində yeri haqqında, millətlər, xalqlar, etnik qruplar və onların qarşılıqlı münasibətləri haqqında məlumata malik olur.Sosioloci biliklərin strukturuna daxil olan növbəti element siyasi sosiologiyaya aid təsəvvürlərin, baxışların və nəzəriyyələrin məjmusudur. Burada sosioloq əsas diqqəti

jəmiyyətin müxtəlif sosial qruplarının siyasi münasibətlər sistemində tutduğu yerə və oynadığı rola yönəldir. Həmçinin müxtəlif siyasi partiyaların, təşkilatların və hərəkatların, bütövlükdə jəmiyyətin siyasi sisteminin fəaliyyəti də diqqət mərkəzində dayanır.Nəhayət, sosioloci biliklərin strukturunun sonunju elementi jəmiyyətin sosail institutlarının fəaliyyəti haqqında sosioloqların elmi təsəvvürləri və mülahizələrinin məjmusundan ibarətdir. Sosioloci biliklərin strukturuna daxil olan bütün elementlər bir-biri ilə sıx əlaqədə olub qarşılıqlı surətdə fəaliyyət göstərirlər.




Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin