1)Düşüncənin kəmiyyət pozuntuları-buraya düşüncənin keyləşməsindən tam itməsinədək təzahür edən sindromlar obnibulyasiya, somnolensiya, sopor və koma halları aiddir. Bu pozuntular üçün xarakterik cəhət psixopatoloji simptomların olmamasıdır.
2)Düşüncənin keyfiyyət pozuntuları-zamanı isə xəstədə ətrafı və özünü dərketmənin pozulması ilə yanaşı psixopatoloji əlamətlər də ( illüziya, hallüsinasiya, sayıqlamalar və s.) meydana çıxır.Həmin sindroma deliriy, oneyroid, alaqaranlıq hal, amensiya, depersonalizasiya və derealizasiya aiddir.
II. Düşüncənin kəmiyyət pozuntusuna aiddir düşüncənin keyləşməsi-qavramanın ləngiməsi və bununla əlaqədar xarici aləmlə əlaqənin çətinləşməsi ilə xarakterizə edilir.Yalnız ən güclü qıcıqlara qarşı cavab reaksiyası mümkün olur.Orqanizmə təsir edən qıcıqların çox hissəsi qavranılmır, təhlil olunmur və beləliklə normal psixi fəaliyyət pozulur.Belə hal keçirən xəstə süst, yuxulu görünür və mühitə qarşı bələdliyi pozulur.
Keyləşmə ağırlıq dərəcəsinə görə bir neçə formaya bölünür:
a)Obnibulyasiya-keyləşmənin ən yüngül forması olub, arabir düşüncənin pozularaq yenidən aydınlaşması ilə xarakterizə olunur.Bu zaman xəstə sanki ətrafını normal sezir, bəzi suallara düzgün cavab verir. Lakin elə həmin an nə dediyini unudur, kiminlə söhbət etdiyini, harada olduğunu bilmir. Bu hal adətən intoksikasiya keçirən xəstələrdə müşahidə edilir.Lazımi tədbirlər görülməzsə, dərinləşə bilər.
b) Somnolensiya- yarıyuxulu hal kimi təsvir oluna bilər.Əksər hallarda xəstə gözüyumulu uzanmış vəziyyətdə olur.Verilən suallara bir çox hallarda düzgün cavab verir. Sualın məzmunu mürəkkəbləşdikcə cavab çətinləşir.Xarici qıcıqların təsiri altında düşüncəni aydınlaşdırmaq mümkündür.
c)Sopor-əvvəl təsvir edilən halların inkişaf edərək daha da ağırlaşması kimi və ya müstəqil olaraq birbaşa meydana çıxa bilər.Xəstə yuxulu adamı xatırladır.Ətraf qıcıqlara reaksiya vermir, qıcıq gücləndikcə isə xaotik hərəkətlər edir.Şərtsiz reflektor fəaliyyət saxlanılmış olur.Məsələn, bəbəyin işığa reaksiyası pozulmur, ağrı hissi duyulur.