1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları



Yüklə 0,61 Mb.
səhifə8/19
tarix05.01.2022
ölçüsü0,61 Mb.
#111424
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

burada,


p - əmtəənin qiyməti;

q - əmtəənin miqdarı;

p.q - əmtəənin dəyəri (satışdan əldə olunan gəlir);

d - satışın ümumi həcmində əmtəənin xüsusi çəkisini göstərir.

Çəkilər, qeydiyyata alınan mütəxəssislərin qiymət­ləndir­mə­lərinə əsasən müəyyən edilən mövcud əmtəələrin satışının ümumilikdə satışın həcmində olan payına əsasən təyin edilir.

Qiymət (tarif) qeydiyyatının məlumatları əsasında həm müxtəlif mülkiyyət növündən olan müəssisələrin, həm də fiziki şəxslərin göstərdikləri xidmətlərin həcmlərinə görə orta qiymətlər hesablanır. Məsələn, şəhərdə saat təmiri ilə məşğul olan iki xidmət nöqtəsi mövcuddur: biri bələdiyyə, digəri isə şəxsi. Bu zaman saat təmirinin orta qiyməti aşağıdakı düsturla hesablanır:

burada,


p - hər mülkiyyət növü üzrə xidmətin qiyməti;

d - hər mülkiyyət növü üzrə göstərilən pullu xidmətlərin xüsusi çəkisi.


Ayrı-ayrı mülkiyyət növlərindən olan ticarət müəssisələrinin və pullu xidmətlərin satış həcminin xüsusi çəkisini ticarət, ev təsərrüfatlarının tədqiqatı statistikası məlumatlarına və yaxud ekspert qiymətləndirilməsinə əsasən müəyyən etmək olar.


Bazar qiymətlərinin dəyişkənliyinə bir tərəfdən iqtisadi inkişafın qeyri-sabit olması, digər tərəfdən isə bazarın tarazlığını təmin edən təbii alət kimi baxmaq olar. Buna görə də, statistik təhlildə orta qiymət səviyyələrini hesablamaqla yanaşı qiymətlərin bu və ya digər tərəfə meylliliyinin, yəni tez-tez enib-qalxmasının qiymətləndirilməsi məsələsi qarşıya çıxır.

İqtisadi-ərazi məkanında bazar göstəricilərinin tərəd­düd­lə­rinin statistik xarak­teristikası az əhəmiyyət kəsb etmir. Öz məhsulları ilə bazarda iştirak edən müəssisələr üzrə qiymətlərin variasiyasını buna misal göstərmək olar. Bazarda böyük qiymət tərəddüdləri qiymət rəqabətinin yaranmasını və bazarın qeyri-sabit olmasını göstərir. Belə ki, şəhərin mərkəzi rayonlarında yüksək qiymətlər, şəhər kənarlarında isə aşağı qiymətlər müşahidə olunur. Adətən, ən aşağı qiymətlər istehsal zonalarında müşahidə olunur.

Bazarın vəziyyətinin tədqiqi zamanı müəssisələrin qiymət səviyyələrinə görə aşağıda göstərilən cədvəl 5-dəki kimi qruplaşdırılması məqsədəuyğun sayılır.

Cədvəl 5


Qiymətin səviyyəsinə görə müəssisələrin qruplaşdırılması

Müəssisələr

sayı

yekun %-lə

aşağı

orta


yüksək

62

307


81

14

68

18



Yekun

450

100

Müəssisələrin paylanmasından asılı olaraq bazar parametrlərinin fərqi qiymətləndirilir: orta qrupun payı nə qədər çox olarsa, bazar bir o qədər də dayanıqlı olar.

Məsələn, cədvəldə müəssisələrin 14 %-də aşağı qiymətlər, 18 %-də yüksək, digər müəssisələrdə qiymətlər orta səviyyədədir. Bu, bazarın kifayət qədər müntəzəm (bərabər) olmasını göstərir. Əgər qrupların hər biri çoxluqda əhəmiyyətli yer tutsaydı, bunun əksi müşahidə olunardı. Məsələn, müəssisələrin 25 %-də aşağı qiymətlər, 27 %-də yüksək və 48 %-də orta qiymətlər müşahidə olunarsa, bazarın qeyri – müntəzəm olmasını göstərir.

Birinci halda müəssisələrin yalnız üçdə biri orta qiymət səviyyəsindən kənarlaşdığı halda, ikinci halda orta qiymət səviyyəsindən kənarlaşma çoxluqda əhəmiyyətli yer tutur. Bu isə bazarın vəziyyətinin tədqiq olunan parametrə görə qeyri-sabit olmasını göstərir.

İqtisadi məkanda (rəqabət aparan müəssisələr, regionlar və s. üzrə) bazar göstəricilərinin tərəddüdlərinin statistik xarak­teristikası böyük əhəmiyyət kəsb edir.

Variasiya həddinin nisbi (faizlə) qiyməti variasiya əmsalı ilə ölçülür və faizlə ifadə olunur:

burada, v- variasiya əmsalı.

Qiymətlərin variasiyası dedikdə, istehlak xüsusiyyətləri eyni olan konkret mal və mal qrupları üzrə rəqabət aparan ticarət müəssisələrinin qiymət səviyyələrinin eyni vaxt ərzində müxtəlif şərait və faktorların təsiri nəticəsində məruz qaldığı dəyışiklikləri (məsələn, ayaqqabının, mebelin, dəri məmulatlarının ucuz və baha qiymətləri arasındakı fərq və s.) başa düşülür. Ayrı-ayrı regionların, şəhərlərin və

kənd yerlərinin müxtəlif ticarət müəssısələrində (müxtəlif mülkiyyət növlərindən olan ticarət müəssisələrində) satılan eyniadlı malların qiymətləri bir-birindən fərqlənə bilər.

Variasiya əmsalı vasitəsi ilə rəqib müəssisələrin qiymətlərinin dəyişmə tezliyini təyin etmək olar. Məsələn, variasiya əmsalı vasitəsi ilə şəhərin müxtəlif ticarət müəssisələrində ətin və çörəyin qiymətlərinin variasiyalarını müqayisə etmək olar.

Variasiya əmsalı eyni zamanda, orta qiymətin etibarlılığını ölçmək üçün istifadə olunur. Variasiya əmsalının böyük olması orta qiymətin fərdi qiymət səviyyələrindən daha çox kənarlaşmasını, kiçik olması isə fərdi qiymət səviyyələrinin bir-birindən az fərqləndiyini, yəni qiymətlərin nisbətən sabit qalmasını göstərir. Bu isə orta qiymətin etibarlı olduğunu göstərir.

Variasiyanı təyin etmək üçün müxtəlif qiymət səviyyələrinin orta qiymətdən kənarlaşmasını göstərən göstəricilərdən istifadə edilir və aşağıdakı düsturla hesablanır:

Burada, n- rəqabət aparan i vahidlərin (müəssisələrin, regionların) sayı;



- i vahidini xarakterizə edən ölçü, «çəki» ( mal dövriyyəsi, əhalinin sayı və s.);

- i-ci müəssisəsinin (regionun) bazar parametrləri;

- orta hesabi çəki düsturu.

Bazar parametrinin orta qiyməti orta hesabi çəki düsturu ilə aşağıdakı kimi hesablanır:



Çəki məlum olmadıqda və ya struktur nisbətən eynicinsli olduqda, digər əlavə xarakteristikaları (məsələn, ölçü göstəriciləri, regionlarda əhalinin sayı, müəssisələrdə-ticarət sahəsini, işçilərin sayını və s.) göstərmək və yaxud çəkisiz orta hesabi düsturundan istifadə etmək olar.

Aşağıdakı misalda rəqabət aparan ticarət müəssisələri üçün variasiya göstəricilərinin hesablanması göstərilmişdir.

Mağazaların əmtəə dövriyyəsi və qiymətləri aşağıdakı cədvəldə göstərilmişdir.

Cədvəl 6

Rəqib müəssisələrin qiymətlərinin ümumi səviyyəsi





“ X” əmtəəsinin qiyməti,

(manatla)y



Satışın həcmi

(min ədəd)

F


Əmtəənin dəyəri

y.F





1

2

3



4

5

6



7

8

9



10

8

16

10



7

16

6



4

16

8



20

250

520


480

200


400

180


50

600


220

100



2000

8320


4800

1400


6400

1080


200

9600


1760

2010



5107,600

6297,408


3048,192

6094,080


4844,160

7651,872


3629,520

7266,240


4494,688

5595,040





-

3000

37570

54028,8

Əvvəlcədən bütün mağazalar üzrə orta qiymətlər aşağıdakı düsturla hesablanır:

Sonra isə dispersiya, orta kvadratik kənarlaşma və variasiya əmsalı hesablanır:




Göstərilənlərdən nəticə çıxarmaq olar ki, variasiya əmsalının böyük olması bazarda iştirak edən müəssisələrdə yüksək qiymət tərəddüdlərinin və qiymətlərin qeyri-sabit (tez-tez enib-qalxan) olmasını göstərir.

Rəqabət prosesinin təhlili üçün qiymətlərin orta səviyyəsinin və qiymət dinamikasının göstəricilər sistemi təklif olunur.

Oxşar malların pərakəndə və topdansatış qiymətlərinin dəyişmə meylləri (azalma, artma) eyni zamanda istehsal və istehlak sektorunda rəqabət şəraitinə təsir edir.

Qiymətlərin aşağı düşməsi və sabitləşməsi rəqabət şəraitinin mövcud olmasını göstərir.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin