1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları


Bazar konyunkturasının göstəricilər sistemi



Yüklə 0,61 Mb.
səhifə2/19
tarix05.01.2022
ölçüsü0,61 Mb.
#111424
1   2   3   4   5   6   7   8   9   ...   19

1.1. Bazar konyunkturasının göstəricilər sistemi

Bazar konyunkturası ilə bağlı informasiyaya konyunktura indikatorları, yəni, bazarın əsas parametrlərini, onların vəziyyətini və dəyişməsini xarakterizə edən əmtəə ehtiyatları, əmtəə satışı, qiymət, tələb və təklifin balanslaşdırılması kimi statistik göstəricilərin köməyi ilə həyata keçirilən qiymətləndirmələr daxildir.

Balanslaşdırılmayan (tənzim edilməyən) bazar-tələb və təklif arasında tam uyğunluq olmayan bazardır. Bazarın kəmiyyətcə balanslaşdırılmaması həm tələbin təklifdən, həm də təklifin tələbdən həddən artıq üstünlüyü ilə ifadə edilir ki, bu da bazarda gərginlik yaradır və tələbin ödənilməsini çətinləşdirir.

Bazarının konyunkturasının öyrənilməsinin əsas məqsədi bazarın vəziyyətinə və inkişafına sənaye və ticarət fəaliyyətinin necə təsir etdiyini müəyyən etməkdir.

Bazar konyunkturasının məsələlərini aşağıdakı ardıcıllıqla təsvir etmək olar:


  • konyunktura informasiyasının toplanması və işlənməsi;

  • bazarın tipologiyasının təyin edilməsi;

  • bazarın ölçüsünün ( miqyasının) təyin edilməsi;

  • bazar balansının və onun əsas nisbətlərinin müəyyən bir anda vəziyyətini göstərən cədvəllərin qiymətləndirilməsi və təhlili;

  • bazarın inkişaf istiqamətlərinin aşkar edilməsi, tədqiqi və proqnozlaşdırılması;

  • bazar parametrlərinin sistemli və məkana görə tərəddüdlərinin qiymətləndirilməsi və tədqiqi;

  • bazarın inkişafının dövriliyinin (il ərzində iqlim dəyişikliyınə görə) qiymətləndirilməsi;

  • bazarın regional müxtəlifliyinin qiymətləndirilməsi və tədqiqi;

  • bazarın işgüzarlığının qiymətləndirilməsi və tədqiqi;

  • bazarın vəziyyətinin inteqral və diferensial qiymətləndirilməsi.

Əmtəə bazarının strukturu-kəmiyyət və keyfiyyət göstəricilərinin məcmusudur. Buraya, təsərrüfat subyektlərinin sayı, bazar təmərküzləşməsinin göstəriciləri və s. daxildir.

Müstəqil təsərrüfat subyektləri-istehlakçı müəssisələr, topdansatış ticarət təşkilatları və onlara bərabər olan təşkilatlar, həmçinin pərakəndə ticarət müəssisələri şəxsində bazar əməliyyatlarının bilavasitə iştirakçılarıdır.

Bazarın statistik tədqiqinin hər bir səviyyəsində mütləq göstəri­cilərdən istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Bazarın ölçüsü, onun potensialı, əmtəə kütləsinin həcmi, bazar mexanizminin təsiri, bazarda kommersiya fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət və bazar fəaliyyətinin digər mütləq göstəriciləri bazarın vəziyyətini obyektiv xarakterizə edir və proqnoz vermək üçün ilkin bazarı təşkil edir.

Bazarın vəziyyətini qiymətləndirən, tezlik və vektor dəyişikliklərini xarakterizə edən, rəqibləri qarşı-qarşıya qoymağa imkan verən, inkişaf nisbətlərini və s. əks etdirən səviyyə, koordinasiya (əlaqələndirmə), struktur və dinamika struktur göstəriciləri bazarın təhlilində vacib rol oynayır.

Bazar konyunkturasının göstəricilər sistemi müəyyən bazar prosesini xarakterizə edən 5 iri blokdan ibarətdir:


  1. bazarın vəziyyəti və formalaşması (bazar konyunkturası);

  2. qiymətin vəziyyəti və dəyişməsi;

  3. əmtəə-pul kütləsinin varlığı, dövriyyəsi və tədavülü;

  4. bazarın infrastrukturu;

  5. bazarın fəaliyyətinin sosial-iqtisadi nəticələri.

1-ci blokun göstəriciləri daha konkretləşdirilmiş və 3 altbloka görə qrup-laşdırılmışdır:

  1. bazarın miqyası və tipi;

  2. bazar mexanizminin işləməsi və bazarın əsas proporsiyaları;

  3. bazarın zamana və məkana görə inkişafı.

İnhisarçılığın və rəqabətin səviyyəsinin qiymətləndirilməsi bazar konyunkturasının göstəricilər sisteminin əhəmiyyətli komponenti (tərkib hissəsi) sayılır.

Bazar konyunkturasının göstəricilər sisteminə bazarın ölçüsü (miqyası), bazar nisbətləri, inkişaf istiqamətləri, sabitlik dərəcəsi, onun dövriliyi, bazar riskləri və bazar konyunkturasının digər proses və hadisələri daxildir.

Rəqabətin statistik tədqiqi prosesində rəqib müəssisələrin fəaliyyətinin zəif və güclü tərəfləri, onların satışının həcmi və bazar payı, rəqiblərin məhsulları, məhsulların qiymətləri, onların göstərdikləri xidmət növləri və bu xidmətlərin keyfiyyəti, qeyd olunanlara istehlakçıların münasibəti, bazara giriş şərtləri, regionlararası və beynəlxalq ticarət üçün bazarın açıqlığı və rəqibləri xarakterizə edən digər göstəricilər öyrənilir.

Bazar konyunkturasının göstəricilər sistemi əlavə 1-də göstərilmişdir.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin