Nəqliyyat |
15
|
16-75
|
75-dən çox
|
Tikinti
|
25
|
26-150
|
150-dən çox
|
Ticarət
|
10
|
11-50
|
50-dən çox
|
Xidmət sahələri
|
10
|
11-50
|
50-dən çox
|
3.Sənaye müəssisələrinin təşkilati strukturu.
Sənaye sahələrinin təsnifləşdirilməsinin əsas əlaməti onların idarə olunması və tabeçiliklərindəki forma və fərqlərindən gəlir,tabeçilik və idarəçilik əlaməti sahənin mülkiyyət formasından asılı olaraq məsuliyyətini, ünvanlılığını təyin edir, hər hansı bir sahənin sənayenin idarə olunması sistemindəki yerini aydınlaşdırmaqla sənayenin idarə edilməsinin təşkilat quruluşunu saciyyələndirir.Özəlləşdirmə nəticəsində sənaye sahələrinin idarəçilik əlaməti üzrə təsnifləşdirilməsi öz əhəmiyyətini nisbətən də olsa itirdi.
Sənaye sahələrinin təsnifləşdirilməsi əlamətlərindən sonuncusu iqtisadi özünəməxsusluq əlamətidir.Bu əlamətə görə qruplaşdırmada sahəyə xas olan əsas və dövriyyə fondlarının quruluşlarındakı ümumilik və fərqlər, sahənin istehsal etdiyi məhsulun material, enerji, əmək və elm tutumluluğunun dərəcəsi, istehsal tiplərində (kütləvi, seriyalı, fərdi) hansının üstünlüyü və istehsalın ictimai təşkili forması və səviyyəsi nəzərə alınır.
Sənayenin sahə quruluşu, yəni təsnifləşdirilməsi sənayenin sahələr üzrə tərkibini formalaşdırır.Sənayenin tərkibi və sənayeyə daxil olan sahələrin kəmiyyət nisbəti və onlar arasındakı qarşılıqlı əlaqələr onun sahə quruluşuadlanır.Sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbətinə sənayenin sahə quruluşudeyilir.
Sənayenin sahə quruluşunu təhlil və tətbiq etmək üçün bir qrup göstəricilərdən istifadə edilir:
1)ölkə sənayesinin komplekslilik səviyyəsi və ya sənaye sahələrinin sayı;
2)məhsul istehsalı həcminə, mövcud istehsal əsas fondlarının dəyərinə və sənaye istehsal heyətinin sayına görə ayrı-ayrı sahələrin bütövlükdə sənaye üzrə malik olduqları xüsusi çəkisi;
3)sənaye sahələrindən hər hansı birinin inkişaf sürəti;
4)sahələrin bütövlükdə səayenin və bir-birini inkişaf sürətinə gürə qabaqlama əmsalı.
Son iki göstəricini düstur kimi aşağıdakı kimi yazmaq olar:
Burada, Tsahə - hər hansı sənaye sahəsinin inkişaf sürəti;
Tnt – sahənin nəzərdə tutulan, planlaşdırılan inkişaf səviyyəsi;
Tf – sahənin nail olmuş faktiki inkişaf səviyyəsi.
Sahənin bütövlükdə sənayenin inkişaf sürətinə görə qabaqlama əmsalı aşağıdakı düsturla hesablanır:
Burada, Əs – qabaqlama əmsalı;
Dostları ilə paylaş: |