1. Giriş. Fənnin məqsəd və vəzifələri Sənaye müəssisələrinin xarakterik xüsusiyyətləri Sənaye müəssisələrinin təşkilati strukturu


İstehsal müəssisəsinin quruluşu və onu müəyyən edən amillər



Yüklə 30,63 Kb.
səhifə8/8
tarix01.01.2022
ölçüsü30,63 Kb.
#106561
1   2   3   4   5   6   7   8
MÖVZU 1

İstehsal müəssisəsinin quruluşu və onu müəyyən edən amillər

Hər hansı bir firmanın və ya müəssisənin səmərəli fəaliyyətinin zəruri şərtlərindən biri onların təkmil istehsal və idarəetmə (funksional) strukturunun formalaşdırılmasıdır.



Sənayenin təşkili onun istehsal quruluşu bir-birilə qarşılıqlı surətdə bağlı və asılılıqda olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən və ayrı-ayrı iş yerlərindən ibarət olur. İstehsal quruluşu onun tərkibinə daxil olan vəsilələr arasındakı kəmiyyət nisbətini ifadə edir. Firma və müəssisənin iqtisadiyyatına aid ədəbiyyatda onun iki növünü: ümumi və istehsal quruluşlarını fərqləndirirlər.

Səhayenin ümumi quruluşu dedikdə, onun tərkibini təşkil edən həm istehsal, həm də qeyri-istehsal sahələrinin məşğul etdikləri meydançaların, onların işçilərinin sayının, məhsul buraxmaq və xidmət göstərə bilmək qabliyyətlərinin kəmiyyət nisbətləri nəzərdə tutulur.

İstehsal müəssisəsinin istehsal quruluşu dedikdə isə, yalnız istehsal bölmələri – sexlərin, istehsal sahələrinin, xidmət bölmələrinin (məhsul istehsalında birbaşa və dolayı yolla iştirak edən bölmələr) arasındakı məcmu qarşılıqlı əlaqələri başa düşülür.Müəssisənin quruluşu onun təsisçiləri tərəfindən, müəssisədaxili bölmələrin (məsələn, sexlərin) quruluşu isə müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir.Sənaye sahələrinin istehsal quruluşu istehsal bölmələri arasındakı nisbətləri və qarşılıqlı əlaqələri, sexlər və istehsal sahələri arasında əmək bölgüsünü (kooperasiyanı), məhsul buraxılışında onların rolunu və əhəmiyyətini müəyyən etməyə imkan verir.

Təsərrüfatçılıq praktikasında səhaye sahələrinin istehsal quruluşunu və onda baş verən dəyişiklikləri xarakterizə etmək, qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən istifadə olunur:

– məhsul buraxılışının ümumi həcmində ayrı-ayrı istehsal bölmələrinin xüsüsi çəkisi;

– işləyənlərin ümumi sayında bu və ya digər istehsal bölməsinin payı;



– firmanın istehsal əsas fondlarının ümumi dəyərində ayrı-ayrı istehsal bölmələrinə məxsus olan əsas fondların xüsusi çəkisi.

Adları çəkilən göstəricilərdən məhsulun həcmi göstəricisi – başqaları ilə müqaisədə – müəssisənin istehsal quruluşunu daha dəqiq xarakterizə edir. Çünki, müəssisənin məhsul buraxma qabiliyyətinin artırılmasında istehsal bölmələrinin rolu mövcud işçilərin sayı və əsas fondlarının dəyəri ilə deyil, onlardan istifadə səviyyəsindən, fəaliyyətinin nəticələri ilə daha düzgün qiymətləndirilə bilər.
Yüklə 30,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin