44. Hegemonizmin məqsədi ölkələrin resurslarını qarət etməkdir.
Heç bir xalq hegemonluq məqsədi olan bir dövlətlə əlaqələrindən heç bir xeyir görməyəcək. İndi fikir verin, Amerika ilə əlaqəsi olan ölkələrə. – Asiyada, Afrikada və digər bölgələrdə özlərindən asılı bir çox dövlətlər var. – Əgər yüksək elmi gücləri varsa, əgər onlarda elm, texnologiya inkişafı, müstəqillik gücü varsa, o qədər də müqavimət göstərə bilirlər. Əgər öz daxillərində böyük bir tikili ərsəyə gətirə bilməsələr, Amerikanın hegemonluq gücü nəinki onlara fayda verməyəcək, əksinə onlardan faydalanacaq, onlara zərbə vuracaq. Onları öz məhsullarının – istər hərbi məhsulları, istərsə də digər dəyərsiz məhsullarının – satış bazarına çevirəcək. Resurslarını qarət edəcək. Bütün (daxili) məsələlərinə müdaxilə edəcək. Bu, hegemonizmin məqsədidir.2
45. Amerikanın beynəlxalq diktatorluğu yalnız kartellərin, oliqarxların mənafeyini düşünür.
Hegemonizm Fironluq əhval-ruhiyyəsidir. Yəni beynəlxalq səviyyədə diktatorluq etməkdir. Xalqlar öz ölkələrində diktatorluqla mübarizə aparırlar. İstər bu mübarizədə qalib olsunlar, istərsə də olmasınlar. Amma başlarını qaldırıb görürlər ki, bir beynəlxalq diktator orada dayanıb. Hər bir işə müdaxilə edir. Xalqların taleyinə öz maraqlarına uyğun müdaxilə edir.
Hərçənd ki, diktatorluq hər bir ölkə üçün gerçək fəsad, əsaslı bir eyibdir. Bir ölkədə diktatorluğun hökm sürməsi, şəxsən diktatorun hakimiyyətdə olması nöqsandır. Amma hər bir diktator hardasa öz xalqının mənafeyini düşünür. Beynəlxalq diktatorlar isə Amerika xalqının mənafeyindən başqa – nəinki bütün Amerika xalqının, əksinə, mövcud rejimə dayaq olanların, yəni kartellərin, trestlərin, böyük oliqarxların, Amerika dövlətlərində təsirli təşkilatların mənafeyindən başqa – heç nə haqqında düşünmürlər.1
Dostları ilə paylaş: |