3.13. Beynəlxalq statistikada seçmə məlumatlarının
baş məcmuya şamil edilməsi üçün mövcud metodlar
Seçmə vahidlərinin seçmə əlaməti üzrə variasiya göstəriciləri baş məcmunun variasiya göstəriciləri (orta kəmiyyət, dispersiya, orta kvadratik uzaqlaşma və s.) ilə müqayisə edilir. Seçmə əlamətinin statistik xarakteristikası baş məcmunun statistik xarakteristikası ilə müqayisə edilir, xətanın hüdudu () nəzərə alınmaqla, seçmə məlumatları üzrə yekun göstəriciləri proqnozlaşdırılır.
Seçmə xətasını baş məcmunun seçmə əlaməti üzrə etibarlılıq intervalı (müəyyən F(t) ehtimalı) ilə də göstərmək olar:
Baş məcmu üçün yekun məlumatlar birbaşa hesablama, əmsal və ekonometrik təhlil üsulu ilə hesablanır. Nəticə birbaşa hesablama üsulu ilə seçmə əlaməti üzrə orta kəmiyyəti, baş məcmu vahidlərinin sayına vurulması yolu ilə əldə olunur:
Belə ki, orta kəmiyyət reprezentativ xətaya () malik olduğundan, baş məcmu üzrə yekun məlumat
hüdudlarında yerləşir.
Baş məcmu üzrə yekun məlumatları seçmənin yekun məlumatını məcmu vahidlərinin hissəsinə bölməklə də almaq olar:
Aparılan müayinədə qruplaşmanın olduğunu nəzərə alsaq, baş məcmu üzrə orta qiymət seçmənin qruplar üzrə orta qiyməti və baş məcmuda bu qrupların xüsusi çəkisi əsasında hesablanır:
burada, wi=Ni / N-dir
Əmsal üsulunda da təkcə seçmə məlumatlarından deyil, eləcə də baş məcmu məlumatlarından istifadə olunur.
Secmə məlumatlarından istifadə etməklə, yekun göstəricilərin hesablanması üçün ekonometrik təhlildən (korrelyasiya, reqressiya, klaster və s.) istifadə olunur. Ekonometrik təhlilin əsas məqsədi əlaqənin sıxlığını qiymətləndirmək və korrelyasiya əlaqəsinin mövcudluğu və sıxlığı haqqında statistik hipotezaların yoxlanmasından, modellərin tərtibi və proqnozlaşdırılmasından ibarətdir.
Reqressiya təhlilinin əsas məqsədi modelin müəyyən olunması və dəyişənlər arasında asılılığın öyrənilməsidir. Korrelyasiya təhlilinin əsas məqsədi təsadüfi dəyişənlər arasında əlaqənin aşkara çıxarılması və onun sıxlığının qiymətinin müəyyən edilməsidir.
İqtisadi proseslərə təsir edən amillərin heç də hamısı təsadüfi kəmiyyətlər olmur. Buna görə də, iqtisadi hadisələrin təhlilində adətən təsadüfi və təsadüfi olmayan kəmiyyətlər arasında əlaqə öyrənilir. Reqressiya əlaqələri adlanan bu əlaqələri statistika ekonometrik metodlarla öyrənir. Ekonometrik metodlardan olan korrelyasiya metodunun köməyilə göstəricilər arasında əlaqənin sıxlığı müəyyən edilir. Bu zaman öz gücünə (güclü, zəif, orta və s.) və istiqamətinə (düz, tərs) görə müxtəlif əlaqələr aşkar edilir. Əgər əlaqələr əhəmiyyət kəsb edərsə, onda onların reqressiya modeli şəklində riyazi ifadəsi tapılır, bu model statistik müşahidənin məlumatları əsasında yekun məlumatların qiymətləndirilməsində (proqnozlaşdırılmasında) tətbiq edilir. Reqressiya modelinin tərtibindən əvvəl müşahidə məlumatlarının normallığı yoxlanılır. Yəni qeyri-normal məlumatlar aşkar edilir və onlar dəqiqləşdirilir. Məlumatların belə təhlili qruplaşdırma (klaster təhlili) metodunun köməyi ilə həyata keçirilir. Klaster təhlili bir ölçülü və çox ölçülü, xətti və iyerarxik ola bilər.
Təcrübə göstərir ki, seçmə zamanı toplanmış məlumatlar bu və ya digər səbəbdən real qiymətdən kənarlaşır.
Məlumatların işlənmə vaxtını (dövrünü) azaltmaq üçün daha səmərəli (qeyri-mərkəzləşmiş və ya mərkəzləşmiş ) üsuldan istifadə edilməlidir.
Dostları ilə paylaş: |