6.1.Baş məcmuda yerli vahidlərin uçotunun məqsəd və vəzifələri
Baş məcmuda yerli vahidlərin uçotunun əsas məqsədi aşağıdakılardır:
-
Müəssisələr statistikasında struktur müayinələrin və regional statistika cərçivəsində müayinələrin təşkili üçün aparılan dıgər işlərin həyata keçirilməsinin əsasının formalaşdırılması;
-
Ölkə üzrə həyata keçirilən statistik müşahidələrdə ərazi və iqtisadiyyatın bölmələri, eyni zamanda qruplar üzrə məlumatların obyektivliyinin təmin edilməsi;
-
Milli hesablar sistemində statistik hesablamalar (qiymətləndirmə) üçün müşahidə obyektlərinin tam əhatəsi üzrə məlumatların istifadəsi.
Bu məqsədlərə nail olduqdan sonra aşağıdakılar təmin edilə bilər:
-
Ölkə iqtisadiyyatının və sosial sahənin tam reallığa uyğun təsvir edilməsi;
-
İqtisadi-statistik məlumatların beynəlxalq və milli səviyyələrdə müqayisəsi;
-
Ümumilikdə, Azərbaycan Respublikasının və onun regionlarının iqtisadiyyatında baş verən sosial-iqtisadi proseslərin öyrənilməsi məqsədilə statistik müşahidələrin təşkilində əsas kimi Statistik vahidlərin Dövlət registrinin və baş məcmunun potensiallarından maksimum istifadə edilməsi.
Qarşıya qoyulmuş məqsədlərin təmin edilməsi üçün aşağıdakı məsələlər həll edilməlidir:
-
Məlumatların toplanması, müəssisə və təşkilatların xüsusiləşdirilmiş ərazi struktur vahidlərinin eyniləşdirilməsi məsələlərini əhatə edən metodoloji-təlimat sənədlərinin işlənib hazırlanması;
-
Yerli vahidlər haqqında ən səmərəli və düzgün məlumat mənbələrinin müəyyənləşdirilməsi;
-
Baş məcmuda yerli vahidlərin kodlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi;
-
Birinci mərhələdə statistika orqanları tərəfindən həyata keçirilən ayrı-ayrı sahələrin struktur müayinələri çərçivəsində baş məcmuda yerli vahidlər haqqında məlumatların yığılmasının, işlənməsinin və aktuallaşdırılmasının təşkil edilməsi;
-
Müəssisələrin struktur vahidlərinin və xüsusiləşdirilmiş bölmələrinin – yerli vahidlərinin uçotu əsasında baş məcmunun strukturunun və məlumatlarının tərkibinin müəyyənləşdirilməsi.
Statistikanın müxtəlif sahələrində yerli vahidin müəyyənləşdirilməsinə vahid yanaşmanın hazırlanması məqsədilə metodologiyada “yerli vahid” anlayışı, yerli vahidlərin müəyyənləşdirilməsinin ümumi meyarları və onların təxmini xarakteristikaları, statistik registrdə struktur vahidlərin uçotunun xüsusiyyətləri verilmişdir.
Bu metodologiya struktur vahidlərin uçotunun və onların məlumatlarının aktuallaşdırılması prinsiplərini, məlumat mənbələrini və baş məcmuda yerli vahidlərin eyniləşdirilməsinə əsas yanaşmanı təyin edir, yerli vahidlərin uçotu əsasında baş məcmunun strukturunu və məlumatların tərkibini müəyyənləşdirir, əsas obyektin onun yerli vahidləri ilə qarşılıqlı əlaqəsini əks etdirir.
Bu metodologiya dəqiqləşdirilmiş statistik müşahidə obyektləri əsasında dövlət statistika müşahidələrinin həyata keçirilməsi zamanı baş məcmudan istifadəyə əsas yaradır.
Bu metodologiyada regionlarda yerli vahidlərin müəyyənləşdirilməsi və baş məcmunun müvafiq ərazi bölmələrinə daxil edilməsi üzrə Dövlət Statistika Komitəsi ilə onun yerli orqanları arasında qarşılıqlı əlaqə sxemi göstərilmişdir.
Bu metodologiya baş məcmuda yerli vahidlərin uçotu əsasında gələcəkdə struktur müayinələrin və regional statistikanın məqsədləri üçün statistik müşahidələrin təşkil edilməsinə imkan verəcəkdir.
Dostları ilə paylaş: |