Monetar sistem erkən merkantilizmə aid olub, sərvətin çoxalmasını pul dövriyyəsinin artmasında görürdülər. Monetarizmin bir təlim kimi yaradıcısı amerika alimi Milton Fridmen olmuşdur. M.Fridmen (1912) amerika iqtisadçısı « Çikaqo iqtisadi məktəbinin» yaradıcısı olub, monetarizm cərəyanının banilərindən sayılır. Onun fikrincə «monetarist» pulun kəmiyyət nəzəriyyəsinə inanan adamdır. M.Fridmen öz təlimini əsasən D.Keynsinin nəzəri tənqidi üzrə quraraq müəyyən qədər klassik nəzəriyyəyə qayıdış etmişdir. Yəni dövlət iqtisadiyyata müdaxilə etməməlidir, real iqtisadi təbii proseslərlə maneçilik törətməməlidir. Bazar özünü təbii proseslərlə avtomatik olaraq tənzim edəndir. Lakin onun fikrincə iqtisadiyyata dövlətin müdaxilə etməməsini tamamilə inkar etmək də olmaz. Çünki bu sahədə müəyyən təcrübə toplanmış, inkişaf etmiş ölkələr müəyyən tənzimləmə konsepsiyalarından istifadə etmişlər və s. buna görə də M.Fridmen təklif edirdi ki, dövlət müəyyən hallarda iqtisadiyyata müdaxilə edə bilər və bu müdaxilə ancaq pul parametrləri vasitəsilə olmalıdır. Monetarist cərəyanın mərkəzində pul durur.
Hiperinflyasiya şəraitində iqtisadi böhrandan çıxmaq üçün monetaristlər dövlətə aşağıdakı proqramı təklif edirdilər:
1. Tədavüldə pulun kəmiyyət dövriyyəsinin tsiklik rədd olunması. Mərkəzi dövlət tərəfindən pul kütləsinin dövlət tərəfindən pul kütləsinin həcminə ciddi nəzarət edilməsi və onun il ərzində 3-5% artımından çox olmaması.
2. Yüksək bank faizinin tətbiq olunması.
3. Əmək haqqı artımının qarşısının alınması. Əmək haqqının aşağı düşməsi halında belə məşğulluğun yüksək səviyyəsinin saxlanılmasına səy göstərmək.
4. Dövlət büdcəsinin xərclərini azaltmaq.
Monetarist konsepsiyanın daha geniş tətbiqi Reyqanın dövründə olmuşdur. İlk əvvəl monetarist proqramda xüsusi bölməyə dövlətin müdaxiləsinin sərt məhdudlaşdırılması oldu.
Korporosiyalardan tutulan vergilər azaldıldı, kompaniyaların fəaliyyətinin reqlamentləşdirilməsinə dövlət nəzarəti sıxışdırıldı. Sosial xərclər azaldılaraq büdcənin məxaric hissəsi azaldıldı. Nəticədə müəyyən nailiyyətlər əldə olunaraq işgüzar dairənin Reyqanın dövlət aparatına inamı artdı. Həmin dövr üçün istehsal həcminin artması işsizliyin minimuma enməsi monetarist konsepsiyasının həyatilik imicini yüksəltdi. Monetarizm aparıcı elmi tədqiqat, tədris, dövlət strukturlarını, beynəlxalq maliyyə institutuna və beynəlxalq valyuta fonduna nüfuz etdi.
Nəticədə bu bəzi ölkələr üçün ağır nəticələr verdi. Məsələn, Cənubi-Şərqi Asiya ölkələrinin yüksək inkişaf tempi super iri maliyyə resursları tələb edirdi. Onlar bu tələbatın müəyyən hissəsini Beynəlxalq Valyuta Fondunun hesabına ödəsələr də, problem tam həll olunmamış qalırdı. Beynəlxalq Valyuta Fondundan külli miqdarda borc götürən ölkələr onun girovuna çevrilirdilər. Bu isə ölkələri çıxılmaz vəziyyətlərə salırdı.
Keyns iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsini irəli sürürdüsə, monetarizmin banisi olan Çikaqo Universitetinin professoru Fridman bunun əksinə qeyd edirdi ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Fridmanın fikrincə dövlətin tələbi stimullaşdırması iqtisadi böhranı daha da dərinləşdirir və rəqabətin təbii «nizamlayıcı» rolunu azaldır.
Fridmanın ideyası 70-ci illərdə kapitalist dövlət aparatı tərəfindən staqfilyasiyaya qarşı effektli tədbir kimi qəbul edilmişdir.
Dostları ilə paylaş: |