1. Maksimum səviyyədə mümkün maliyyə resurslarının formalaşması üçün şəraitin təmin edilməsi;
2. Maliyyə resurslarının bölüşdürülməsi və istifadəsinin səmərəli sisteminin müəyyən olunması;
3. İqtisadi və sosial proseslərin maliyyə metodları ilə tənzimlənməsi və stimullaşdırılmasının təşkili;
4. Strategiyanın dəyişən məqsəd və vəzifələrinə uyğun maliyyə mexanizminin işlənilməsi və inkişafı;
5. Maliyyənin idarə olunmasının səmərəli sisteminin yaradılması.
Maliyyə siyasətini – iqtisadi strategiyanın həyata keçirilməsinə yönəldilən maliyyə sistemi vasitəsilə reallaşdırılan tədbirlərin elmi əsaslarının məcmusu kimi qiymətləndirmək olar.
21. Dövlətin büdcə siyasəti
Dövlət büdcəsi – özündə ölkənin ümumi gəlir və xərclərini əks etdirən maliyyə sənədidir.
Dövlətin büdcə siyasətində ən başlıca məqsədi onun gəlir hissəsinin getdikcə artırılması əsasında büdcə gəlirlərinin normal minimum həddə çatdırılmasıdır. Dövlət büdcəsi iki hissədən ibarətdir: – gəlir və xərc.
Dövlət gəlirləri vergi daxilolmalarından – əmlak vergisi, fərdi gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), dövriyyə vergiləri, aksiz vergiləri, korporativ gəlir vergiləri, habelə cərimələr və digər ödənişlərdən ibarətdir.
Dövlət xərcləri sosial proqramlar üzrə xərclərdən, dövlət aparatının xidmətlərinə görə ödəmələrdən, müdafiə xərclərindən və digər maddələrdən ibarətdir.
Büdcə gəlirləri xərcləri üstələyirsə, bu, büdcə profisiti adlanır. Xərclər gəlirləri üstələyərsə – defisit. Büdcə profisiti dövlət ehtiyatlarının yaradılmasına kömək edir. Defisit ilk növbədə, dövlət borcu hesabına maliyyələşdirilir. Bununla da dövlətin daxili və xarici borcu yaranır.
Büdcə bu hissələrindən ibarət olmaqla bərabər inzibati ərazi bölgüsündən asılı olaraq Mərkəzi Büdcə, Vilayət Büdcəsi, Yerli Büdcələrdən ibarətdir. Yerli büdcələr Mərkəzi büdcədən fərqli olaraq ölkələrin bütün pul resurslarını əhatə etmir. Çünki yerli büdcənin formalaşması həmin ərazidəki sosial istehsal strukturları hesabına aparılır. Bundan əlavə, yerli büdcələr mərkəzi büdcədən də vəsait alırlar.
Dövlət büdcəsinə büdcədən kənar fondlara da aid edilir. Büdcədən kənar fondlar dövlətin pul vəsaitinin məqsədli istifadəsidir. Bu vəsait mərkəzi və yerli büdcələrdə xüsusi formalarda toplanır və müəyyən ehtiyaclara sərf olunur. Qeyri büdcə formaları vergilər, istiqrazlar, subsidiyalar və s. maliyyə yaradılır.
Beləliklə, dövlət büdcəsi – dövlətin pul gəlirləri və xərclərinin illik proqramıdır. Büdcə layihəsi hər il dövlət qanunverici orqanlarından müzakirə olunur və təsdiq edilir. Yəni maliyyə ili başa çatdıqda icra aparatının nümayəndələri hesabat verir və dövlət büdcəsini n gəlirlərini səfərbərliyə alınması mənbələrini göstərir. Sonra yeni il büdcə üçün büdcə layihəsi tərtib edilir, icra aparatında müzakirə və təsdiq olunur. Dövlət büdcəsi həmişə ölkədə mövcud olan müxtəlif sosial iqtisadi qruplarla kompromisdə tərtib olunmalıdır. Məsələn, özəl müəssisələr və yaxud fərdi əməklə məşğul olan hər bir şəxs büdcənin onun haqqında çıxardığı qərarı tədbiri bilməlidir.
22. Dövlətin büdcə gəlirlərinin tənzimlənməsi
«Dövlət büdcəsi» haqqında qanuna müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri - qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olan vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların toplusudur.
Dövlət büdcəsinin gəlirləri 4 daxilolma hesabına formalaşır:
- vergilər;
- qeyri-vergili gəlirlər;
- keçən ilin sonuna vəsait qalığı;
- sair gəlirlər.
Büdcənin gəlir hissəsini daima artırmaq dövlətin iqtisadi siyasətinin əsası hеsab еdilir. Ölkədə iqtisadi siyasətin əsas xətti az хərclə daha çox məhsul istehsal etmək və müvafiq gəlir əldə еtmək hesabına iqtisadi inkişafı təmin etməkdir. Burada ən zəruri şərtlərdən biri büdcə gəlirlərinin dinamik artırılması istiqamətində bütün vasitələrdən tam və səmərəli istifadə edilməsi sayılır. Bütün bunların reallaşdırılması üçün ilk növbədə düzgün əsaslandırılmış və səmərəli vеrgi siyasətinin həyata kеçirilməsidir.
Vergilər - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişlərdir.
Büdcəyə daxil olan qeyri-vergili gəlirlər həm dövlətin iqtisadi fəaliyyəti, həm də əldə edilmiş gəlirlərin büdcə həlqələri arasında yenidən bölüşdürülməsi nəticəsində əmələ gəlir.
Vergi və qeyri-vergi ödənişləri üçün ümumi cəhət onların qanunvericiliklə müəyyən edilmiş qaydada tutulması, məcburi xarakteri, büdcə və büdcədənkənar fondlarla əlaqəli olmasıdır. Vergi münasibətləri, vergilərin tutulması vergi qanunvericiliyi normaları ilə nizamlanır. Qeyri-vergi ödənişləri isə qanunvericiliyin digər normaları ilə nizamlanır.
Dövlət büdcəsinə cəlb оlunan vеrgilər, rüsumlar və digər tədiyyələr оnun cəlbоlunma forma və mеtоdları dövlətin vеrgi sistеmini təşkil еdir.
Dövlət büdcəsinə daхil оlan vergilər iki qrupda təsnifləşdirilir:
1. Birbaşa vеrgilər – mülkiyyətə görə gəlir, korporasiyaların gəlirinə görə, fiziki şəxslərin gəlirləri, sоsial sığоrta gəlirləri, əmək haqqına görə, tоrpaq və daşınmaz əmlaka görə, gəlirlərdən vəsaitin köçürülməsinə görə və s. Bu vеrgilər kоnkrеt оlaraq fiziki və hüquqi şəхslərdən tutulur.
2. Dоlayı vеrgilər – əlavə dəyər vеrgisi (ölkələrin çохunda о dövriyyədən vеrgi ilə əvəz оlunur); aksizlər; gömrük vergiləri; qiymətli kağızlar və daşınmaz əmlakla əlaqədar vеrgilər və s.
Rüsum vətəndaş və ya təşkilatlardan hər hansı bir fəaliyyətin həyata keçirilməsi müqabilində tutulan vəsaitlərdir. Rüsumların tətbiqində məqsəd rüsumla bağlı fəaliyyətin həyata keçirən təşkilatın xərclərinin ödənilməsidir.
Ölkəmizdə rüsumların əsas üç növü mövcuddur: gömrük rüsumları, dövlət rüsumu və birdəfəlik rüsumlar.
Dostları ilə paylaş: |