26. PUL SİSTEMİ VƏ PUL TƏDAVÜLÜ.
İqtisadi fəaliyyətlə məşğul olan hər bir kəs öz ölkəsinin və ya başqa ölkənin pul vahidindən istifadə edə bilər.
Pul əmtəə təsərrüfatına xas olan tarixi kateqoriyadır. Pul meydana gələnə qədər natural mübadilə hökm sürürdü. Ən qədim pul vahidi kimi müxtəlif məhsullar istifadə olunmuşdur. Heyvan, duz, xəz dəri, balta, üzük, sırğa. Sonrakı inkişaf dövründə pul ifadəsini ən çox qiymətli metallar ifadə etməyə başladı. VII əsr qədər pul külçə formasında istifadə olunurdu. Kapitalizm və bizim eradan əvvəl pul rolunu qızıl oynamağa başlamışdır.
İlk kağız pul XI əsrdə Çində meydana gəlmişdir. Həmin dövrdə onları «uçan pullar» adlandırmışlar. Azərbaycanda Monqol istilası zamanı kağız pul buraxılmasına cəhd edilmişdir. Elxani hökmdarlarından olan Keyxatu xanımın fərmanı ilə Təbrizdə 1294-cü ildə «çav» adlanan kağız pul buraxılmışdır. Sonradan kağız pullar 1690-cı ildə Amerikada, 1726-cı ildə Fransada, 1769-cu ilə də Rusiyada tədavülə buraxılmışdır. Balzak göstərirdi ki, pul insanlarda 6 –ci hissiyatıdır ki, qalan 5 hissiyyatdan zövq almağa imkan verir. Smit göstərirdi ki, pul dövriyyə təkəridir. Ənuşirəvanın xəzinəsində tapılan bir lövhədə beş sətir yazılıbmış: Hər kəsin dostu yoxdur ünsiyyəti yoxdur, hər kimin qarşıda yoxdur arxası yoxdur, hər kimin arvadı yoxdur, eyşişrəti yoxdur hər kimin malı (pulu) yoxdur, hər kimin şeyləri yoxsa, qəm-qüssəsi də yoxdur. Marks göstərirdi ki, pul ümum ekvivalent əmtəədir.
Beləliklə, pul ümum ekvivalent rolunu oynayan xüsusi əmtəə sayılır. Pulun mahiyyəti onun funksiyada ifadə olunur ki, həmin funksiyalar dəyər ölçüsündə, dövriyyə vəsaitindən, yığım vəsaitindən və tədiyyə vasitəsindən ibarətdir. Klassik nəzəriyyəyə əsasən pul dövriyyə vasitəsi olduğu üçün onun həcminin müəyyən olunması zəruridir. Dövriyyə üçün zəruri olan pulun həcmi qiymət kütləsinin məhsulun qiymətinə olan nisbəti ilə ölçülür. Yəni pul kütləsi
Dostları ilə paylaş: |