1. Konfliktologiya müst


Mövzu 2. Konfliktologiyanın nəzəri əsasları



Yüklə 488 Kb.
səhifə2/17
tarix05.01.2022
ölçüsü488 Kb.
#111035
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 2. Konfliktologiyanın nəzəri əsasları

Münaqişə termininin dərk edilməsi əsasən mücərrət xarakter daşıyır. Münaqişənin fəlsəfi nöqteyi-nəzərdən müzakirə edilməsi sahəsində Heraklit, Platon, Heqel və başqaları tərəfindən inkişaf etdirilmişdir. Odur ki, ziddiyyətlər əks tərəflərin mübarizəsi haqqında təminin mühüm əhəmiyyəti vardır.

Münaqişənin öyrənilməsi sahəsinə sosial-darvinizm nəzəriyyələri Q.Spenser, U.Samner və başqaları tərəfindən mühüm töhvə vermişlər. Münaqişənin elmi tədqiqatı K.Marks və Y.Zimmel tərəfindən aparmışlar.

Konfliktologiyanın marksizm nöqteyi-nəzərindən əsas müddaları aşağıdakılardan ibarətdir:

1.Sosial münaqişələr sistemli xarakter daşıyır.

2.Sosial sistem daim münaqişə yaradır.

3.Münaqişə sosial sistemlərin qaçılmaz bir xassəsidir.

4.Münaqişə maraqların ziddiyyət təşkil etdiyi zaman meydana çıxır.

5.Münaqişələr çox zaman əmlak və hakimiyyəti kifayət qədər olmadıqda yaranır.

6.Münaqişə-sosial sistemlərin dəyişikliklərə uğramasının əsas səbəbidir.

Çox zaman məxvi sinifi maraqlar aşkar maraqlara çevrilir. Bu isə cəmiyyətin inqilabi münaqişədə birləşən iki sinifə bölünməsinə gətirib çıxarır. Onu qeyd etmək lazımdır ki, münaqişələrin yalnız sinfi münaqişələrdən ibarət olmasını söyləmək düzgün deyildir.

Yeorq Zimmel münaqişəni universal hadisə hesab edirdi. Cəmiyyət müstəqil inkişaf etmə mexanizminə malik deyil. Cəmiyyətin inkişafı üçün zəruri zəmin məhz münaqişədir. Bu səbəbdən də o funksionaldır. Zimmelin fikrinə əsasən münaqişə vəhdətin əldə edilməsi vasitəsidir. Bu vəhdət münaqişədə iştirak edən tərəflərdən birinin məhv edilməsi bahasına əldə edilə bilər. “Münaqişə sosialogiyası” termininin yaradıcısı Zimmeldir. 1908-ci ildə həmin terminə “Sosialogiya”elmi daxil edilmişdir.

Münaqişənin klassik tədqiqatına aşağıdakılara aid edilir:

1.Cəmiyyətin sinifi və sosial strukturu.

2.Əhalinin tələbatlarının ödənilməsi ilə əlaqədar olan münaqişə. Münaqişənin mənbəyi, əhalinin qida məhsullarına, mənzilə və s. sahələrə tələbatının ödənilməsində olan münaqişələrdir.

3.Münaqişə hər zaman şəxsi xarakter daşıyır..

4.Şəxsiyyətlər arasında münaqişələrin səbəblərinin axtarılması zərurəti haqqında nəticə çıxarmaq.

5.Münaqişənin mənbəyini, onun həlli yollarını araşdırmaq və aradan qaldırmaqdan ibarətdir.

Münaqişələrin tədqiq edilməsi XX əsrin 30-50-ci illərində arxa plana keçdi. Ümumiyyətlə, cəmiyyətə sabitlik lazımdır. Dünyanın sosial fikrində amerikalı T.Parsonsun Nizam nəzəriyyəsi-nin mühüm əhəmiyyəti olmuşdur.

Onu qeyd etmək lazımdır ki, “Münaqişə nəzəriyyəsi”, “Nizam nəzəriyyəsi”nin alternativi kimi 1956-cı ildə L.Kozerin “Sosial münaqişələrin funksiyaları” elmi işində meydana gəlmişdir. Bu termin 1959-cu ildə R.Dazendorfin “Sənaye cəmiyyətində siniflər və sinfi münaqişə” işində istifadə edilmişdir. Münaqişə nəzəriyyəsinin nəzəri modelinin meydana gəlməsi 1961-ci ildə, Londonda C.Reksin “Sosialoji nəzəriyyənin mühüm problemləri” kitabının nəşr edilməsi zamanı baş vermişdir.




Yüklə 488 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin