1. Landşaftın əsas komponentləri


Şəhər mikroiqliminin yaxşılaşdırılmasında və sağlamlaşdırılmasında bağ-park elementlərindən, ağac-kollardan başqa daha hansı elementin böyük əhəmiyyəti vardır?



Yüklə 461,71 Kb.
səhifə2/5
tarix20.01.2017
ölçüsü461,71 Kb.
#639
1   2   3   4   5
Landşaft memarlığının nəzəriyyəsi və təcrübəsi 300 tes


96. Şəhər mikroiqliminin yaxşılaşdırılmasında və sağlamlaşdırılmasında bağ-park elementlərindən, ağac-kollardan başqa daha hansı elementin böyük əhəmiyyəti vardır?

A) Su elementi (fəvvarələr, süni şəlalələr və göllər)

B) Oturacaqlar və işıqlanma qurğuları

C) İdman qurğuları, talvarlar, telefon köşkləri

D) Kiçik memarlıq elementləri, pavilyonlar

E) Su və kiçik memarlıq elementi, kiosklar



97. Təbii park – təbii və mədəni landşaftların ciddi qorunan ərazisidir. Nə üçün yararlıdır?

A) Rekreasiya istifadəsi üçün

B) Təsərrüfat istifadəsi üçün

C) İdman yarışmaları üçün

D) hotellərin tikilməsi üçün

E) əkinçilik üçün



98. Qoruqlar bu məqsədlə yaradılır:

A) Təbiət ərazilərinin mühafizəsi üçün

B) Heyvandarlığın inkişafı üçün

C) Su təsərrüfatının inkişafı üçün

D) İnsan sağlamlığının mühafizəsi üçün

E) Kənd təsərrüfatının inkişafı üçün



99. Hansı paklarda elmi-tədqiqat işləri aparılır?

A) Zooparklarda

B) Meşə-parklarda

C) Uşaq parklarında

D) Hidroparklarda

E) Şəhər parklarında



100. Şaquli yaşıllaşdırma üçün uyğundur:

A) Liana

B) Qazonlar

C) Zirişk

D) Tuya

E) Qovaq



101. Yaşıl əkililərlə tutulmuş park ərazisinin balansı?

A) 70-75%

B) 5-7%

C) 10-12%

D) 90-95%

E) 1-3%


102. Ətraf mühitin mühafizəsi aşağıdakı tədbirlərdən hansının aparılmasını tələb edir. Səhv cavabı seçin.

A) Antropogen

B) Planlaşdırma

C) Mühəndis

D) Iqtisadiyyat

E) Hüquq



103. Hansı funksional zona park zonasına daxil deyil?

A) Seliteb

B) Uşaq

C) İdman

D) Mədəni-maarif

E) Sakit



104. Hidroparkın ərazisinin neçə faizini su təşkil edir? (ümumi sahədən)

A) 50-60%

B) 10-15%

C) 8-12%

D) 100%

E) 3-5%



105. Birinci “Milli park” harada təşkil olunub?

A) Amerikada

B) Kanadada

C) Baltikyanı ölkələrdə

D) Azərbaycanda

E) Almaniyada



106. Yellouston Milli parkı harada yerləşir?

A) ABŞ-da

B) Latviyada

C) Estoniyada

D) Fransada

E) Kanadada



107. Bulvar skverdən (balaca bağça) nə ilə fərqlənir?

A) Planlaşdırma strukturu ilə

B) Təbii-iqlim şərti ilə

C) Ağacların çeşidləri ilə

D) Kiçik memarlıq formalarının sayı ilə

E) Şəhərsalma obyektləri və sahə ilə



108. Yaşayış kompleksində sanitar-gigiyenik şəraitlərin yaranmasına nail olunur: səhv cavabı göstərin.

A) Optimal mühəndis avadanlıqları sistemlərinin seçilməsi ilə

B) Binaların insolyasiya və havalandırılması baxımından məqsədəuyğun yerləşdirilməsi ilə

C) Yaşayış ərazilərinin maksimal yaşıllaşdırılması ilə

D) Əlverişsiz təbii amillərin, insanın səhhətinə mənfi təsir edən faktorların aradan qaldırılması ilə

E) Yaşayış binalarında müasir sanitar-texniki avandanlığın tətbiq edilməsi ilə



109. Yaşıl əkililərin vahid sisteminin yaranması və onun funksional elementlərin yerləşməsi zaman aşağdakı tələblər yerinə yetirməlidir. Səhv cavabını göstərin.

A) Ətraf mühitinin və onun komponentlərin vəziyyətinin proqnozu (nəzərdə tutulduğu iqtisad və sosial inkişafın perspektivaları ilə)

B) Əkililərin süxur, növ, yaş və funksional tərkibinin müxtəlifliyi, yaşıl əkililərin müxtəlif təsərrüfat, sosial və ekoloji funksiaların təsirini artırmasına imkan verən

C) Sistemanın birliyi, ekoloji cəhətdən “rayonun təbii karkasının” onun elementərinin arasında qarşılıqlı əlagə yaranması ilə formalaşması, onunla yanaşı meşələrlə kontaktı (vəhşi heyvanların migrasiyası üçün)

D) Sistemanın optimal konfigurasiyası, meteoroloji, geomorfoloji, hidrogeoloji, nəqliyyat və s. faktorların hesaba alınması, onun müxtəlif təbii və antropoqen təsirləri ilə müdafiə aparılması

E) Sistemanın sonrakı inkişafının imkanı (miqdar və keyfiyyət), yaşıl əkililərin nomenklaturanın və ərazilərin artırlanması ilə (əlverişsiz və pozulmuş ərazilərdə)



110. Şəhərsalma nəzəriyyəçilərindən Le Karbüzye 1950-ci ildə Hindistanın Çandiqarx şəhərinin sosial-ekoloji tələblərini yaxşılaşdırmaq üçün yaşıllaşdırma sistemini necə həll etmişdir?

A) Şəhərin bütün istiqaməti üzrə yaşıllıq zolaqları formasında

B) Mərkəzi yaşıllıq zolaqları formasında

C) Binaların damında yaşıllıqlar yerləşdirilməklə

D) Həmişə gül açan bağ və parkların layihələndirilməsi

E) Xüsusi mühafizə olunan təbii landşaft əraziləri formasında



111. Təbii parklar – iri ərazilər… Səhv cavabını göstərin.

A) Aqrosənaye əhəmiyyətı olan

B) Elmi əhəmiyyətı olan

C) Təhsil əhəmiyyətı olan

D) Rekreasiya əhəmiyyəti olan

E) Bu landşaftın qorunma formasıdır



112. Şəhərətrafı ərazi hansı məqsəd üçün nəzərdə tutulmur ?

A) Əhalinin gündəlik mədəni-məişət xidmət edilməsi üçün

B) Mikroklimatının yaxşılaşması üçün

C) Havanın sağlanması üçün

D) Şəhərin təsərrüfat ehtiyaclarının xidmət edilməsi üçün

E) Əhalini kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün



113. İri şəhərlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün zəruri tədbirlərdən əsası hansıdır?

A) Şəhərin bağ-park sisteminin yaradılması

B) Şəhərin ictimai mərkəzlərinin formalaşdırılması

C) Şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi

D) Şəhərin mühəndis təchizatı sisteminin yaxşılaşdırılması

E) Qeyd olunan variantların hamısı



114. Rayonun yaşıl əkililərin vahid sistemi hansı funksional elementəri daxil edə bilmir ?

A) Tarix və mədəniyyət abidələri (turizm və istirahətinin inkişafı üçün vacib faktoru)

B) Istismar meşələri (ağac tədarükü zonalarda olan meşələr, meşənin ikinci dərəcəli istifadə zonalarda olan meşələr)

C) Qorunma meşələri (rekreasiya əhəmiyyətı olan meşələr, mədəniyyət abidələrin qorunma ərazilər, qoruqlar, şitilliklər və s.)

D) Müdafiə meşələri (tarla müdafiəsi, su nizamlanma, yarğanlara yanaşı, çay boyunca meşə zolaqları, otlaqlarda əkililər, dəmiryol və avtomobil yollarının boyunca əkililər, əhali ərazilər ətrafında meşələr və s.)

E) Xüsusi meşələr ( meşə şitilliklər, sənaye müəssisələrin, aqrosənaye komplekslərin sanitar-müdafiə zonaları və s.)



115. Mikrorayonun yaşıl əkililəri onların funksional əhəmiyyətə və xüsussiyətlərə görə aşağdakı növlərə bölmək olar. Səhv cavabını göstərin.

A) Qış bağların yaşıllığı

B) Yaşayış zonanın yaşıllığı

C) Mikrorayon bağı

D) Uşaq müəssisələrin yaşıllığı

E) Yolların və piyada yolların yaşıllığı



116. Şəhər abadlaşdırılması nəyi daxil edir ?

A) Şəhərin elmi, mədəni, müdiri funksiyaların yerinə yetirməsi

B) Ərazinin mühəndis hazırlığı

C) Kommunikasiya təsərrüfatı

D) Şəhər naqliyyat sistemi, tikilməmiş ərazilərin planlaşdırılması və yaşıllığlanması

E) Səs-küyə, su, hava və torpaq çirklənməsinə qarşı tədbirlər



117. Torpaqların eroziyasının səbəbləri?

A) Külək və su

B) Külək, Xəzərin problemləri

C) Atmosfer çöküntüləri, Kür çayının çirklənməsi

D) Su, yaşıllıq sistemi

E) Su və atmosfer çöküntüləri, avtonəqliyyat



118. Şəhərsalma suallarının qərarına ən böyük təsirini göstərmir :

A) Işgüzar funksiyaları

B) Temeperatur rejimi

C) Insolyasiya rejimi

D) Külək rejimi

E) Relyefin strukturu



119. Sanitar – müdafiə zonalarında nəyi yerləşdirmək olmaz ?

A) Uşaq müəssisələri

B) Yanğın depo

C) Qarajlar

D) Anbarlar

E) Elmi – tədqiqat müəssisələr



120. Memarlıq abidələrinin nəyi mütləq olmalıdır?

A) Qoruyucu zonalar

B) Rekreasiya zonaları

C) Funksional zonalar

D) Məskunlaşma zonaları

E) Təbii-qoruq zonaları



121. Ərazinin sənaye atılıqların çirklənməsi dərəcəsindən asılı olaraq bu zonalar üçün ağac – kolluq assortimenti seçilir.

A) Sənaye təsirinin yayılma arealda sanitar-müdafiə zonalar üçün

B) Qoruqlar üçün

C) Kənd təsərrüfatı yaşıllığı üçün

D) Yaşayış zonası üçün

E) Rekreasiya zonaların yaşıllığı üçün



122. İstirahət üçün istifadə olunan su məkanına nə asılı deyil?

A) Dyunaların mikrorelyefi

B) Dənizlər, göllər

C) Çaylar, nohurlar

D) Su anbarları, kanallar

E) Açıq hovuzlar



123. Təbii rekreasiya obyekti

A) Abadlaşdırılmış çimərlik, meşə parkı, hidropark

B) Şəhər, qəsəbə, kənd

C) Reqion, rayon

D) Urbanizasiyalaşmış əhali ərazi

E) Rekreasiya tikinti



124. Müəssisə ərazisində küləyə qarşı əkililər hansı formasında ola bilməz?

A) Tək əkililər

B) Sıra əkililər

C) Nizami əkililər

D) Qrup əkililər

E) Qeyri-nizami əkililər



125. XV əsrin II yarısı Fransanın park quruluşunda. Bu dövr landşaft memarlığının böyük sənətkarı Anre Lenotrın nadir yaradıcılığı ilə qeyd olunur. Anre Lenotr həyatı boyu bu üslubda çox gözəl parklar yaradıb:

A) Klassisizm

B) İntibah

C) Renessans

D) Barokko

E) Eklektizm



126. Atmosferdəki əksər zərərli mikrobları, virusları məhv etmək üçün bir çox bitkilərin yaratdığı bioloji aktiv maddə necə adlanır?

A) Fitonsid

B) Fitosid

C) Fotosid

D) Fotosintez

E) Fosfat



127. Versal parkının planlaşdırılması:

A) Nizamlı, əsas oxa simmetrik tikilmiş

B) Relyef üzərində tikilmiş, dəniz sahilində

C) Mənzərəli, zəngin çiçək kompozisiyaları ilə

D) Landşaft üslubu, parter güllüklərinin naxışı ilə

E) Terraslarla, mürəkkəb relyef üzərində



128. Florensiya bağ və parkları (intibah dövrü) harada yaradılıb?

A) İtaliyada

B) Fransada

C) Russiyada

D) Yunanıstanda

E) İspaniyada



129. Panorama nədir?

A) Yerin çoxplanlı görünüşü

B) Bağın və ya parkın kompozisiya birliyi

C) Nizamlı tipin kompozisiyası

D) Bağ və parkların mənzərə xarakteri

E) Yerin təbii xüsusiyyətləri



130. Etnoqrafiya parkı nədir?

A) Açıq havada xalq məişət muzeyi

B) Tarix muzeyi

C) Qorunmuş təbiət ərazisi

D) Şəhərin yaşıllıq ərazisi

E) Böyük və ya kiçik şəhər ansamblın komponentləri



131. Etnoqrafiya parkı Bakının hansı qəsəbəsində yerləşir?

A) Qalada

B) Qobuda

C) Zirədə

D) Hövsanda

E) Balaxanıda



132. Xüsusi təyinatlı bağ və parklar:

A) Botanik bağlar, zooparklar, idman kompleksləri

B) Uşaq parkları, idman parkları

C) Tarixi parklar, zooparklar, xatirə parklar

D) Mədəniyyət və isitrahət parkları, hidroparklar

E) Şəhər parkları, uşaq parkları, zooparkları



133. Gəncə şəhərinin tarixi “yaşıl fondu” :

A) XVII əsrin qədim çinarları

B) XV əsrin tuqay meşələri

C) XVI əsrdə əkilmiş qovaqlar

D) XVIII əsrdə yaradılmış parklar

E) XIV əsrdə yaradılmış qədim meşə-parklar



134. Gəncə şəhərinin tarixi bağ və parkları:

A) “Gəncəçay” sahilində bulvar, Sərdar adına bağ

B) Mərkəzi meydanda bağça, Nizami adına park

C) “Cümə məscidi”nin yanında bağça

D) Nizami adına park, Sərdar adına bağ

E) Mərkəzi meydanda bağ, Nizami adına park



135. Bağ-park sistemi budur:

A) Tikili ilə bir yerdə vahid memarlıq-landşaft ansamblı yaradan, ərazi və kompozisiya baxımından bir-biri ilə bağlı bağ-park qrupu

B) Uyğun təbiət-iqlim şəraiti olan müxtəlif tipli landşaftlar

C) Urbanizə olunmuş strukturda təbiəti mühafizə ərazi təşkili

D) Landşaft memarlığında bədii üslub

E) Şəhərin rekreasiya sistemi



136. Azərbaycanın qoruq-şəhərləri:

A) Ordubad, Lahıç, Şəki

B) Qəbələ, Zaqatala, ağdaş

C) Şabran, Gəncə, Şəmkir

D) Naxçıvan, Bərdə, Quba

E) Səbail, Kiş, Oğuz



137. Bağ-park sənəti, düzgün cavab:

A) Park, bağ, bağça, bulvar və yaşıllaşdırmanın digər obyektlərinin yaradılması və layihələndirilməsi sənəti

B) Həcmi təsvir yaradan fəza sənətinin növü

C) Bağ-park tikililəri, romantik parkların tərtibi elementi

D) Bağ-park sənətində üslub

E) Parkın ulduz kompozisiyası – bir neçə planlaşma oxlarının bir nöqtədə kəsişməsi



138. Topnar sənəti budur:

A) Qədim dövrdə yaranmış ağac və kolluqların fiqurlu qayçılanması sənəti, onlara həndəsi və fantastik formaların verilməsi

B) Klassik bağ parterinin şəklində əsas motivlərdən biri

C) Bağ-park ansamblının harmonizasiyasının vasitələrindən biri

D) Mərkəzi kompozisiya oxu kənarlarında yaşıllaşdırma obyektlərinin simmetrik yerləşdirilməsi

E) Təbiətin simvolik qavranılmasına xarakterik olan ənənəvi bağ-park sənəti əsəri



139. Çay bağı:

A) Çay içmək üçün evə bitişik istirahət üçün nəzərdə tutulan bağça

B) Sərin yerlərdə yerləşən çay tarlası

C) Həmin yerdə yabancı şəkildə bitməyən bitki növü

D) Subtropik bitkilərin bağı

E) Sahədə, boş yerdə, çöldə əkilmiş çay tarlaları massivləri



140. Yaşıl əkililərin sərbəst planlaşdırılması:

A) Bu – ərazinin relyefini maksimal istifadə etməklə əkililərin məkanda sərbəst yerləşdirilməsi ilə xarakterizə olunan bağ və parkların planlaşdırılma üsuludur

B) Bu – yaşıl əkililərin məkanda tənzimlənmiş yerləşmə üsuludur

C) Əsasən 1 növ ağacdan ibarət olan əkililər massivi

D) Şəhər sistemində bağ və parkların yaradılma sənətidir

E) Park və bağın struktur həllinin əsasına müntəzəm planlaşdırma üsulu qoyulmuşdur



141. Mikrorelyef nədir?

A) Park landşaftında relyefin xırda elementləri

B) Təpə və dağ yamaclarında yerləşdirilmiş park

C) Yer səthinin iri ərazisinin görünüşü

D) Dağ massivi, dağ silsiləsi, çayların hövzəsi

E) Yaşıllıq elementləri olan sahə



142. Məkan miqyası budur:

A) Bağ-park kompozisiyasını təşkil edən memarlıq və təbii formaların irilik dərəcəsi

B) Meşə məkanı

C) Bağ-park kompozisiyasının süni elementləri

D) Təbii ərazi kompleksi, yerin ümumi görünüşü

E) Kompozisiyanın inkişafında ən yüksək nöqtə (yer, məkan)



143. Şəhər əkililərin layihələndirilməsinin əsas qaydaları

A) Əkililərin strukturunun onların təyinatına və iqlim şəraitinə uyğun gəlməsi

B) Kompozisiyada əsas oxu müəyyən etmək

C) Şaquli planlaşdırmanı müəyyən etmək

D) Üfüqi planlaşdırmanı müəyyən etmək

E) Piyada yolların layihələndirilməsi



144. Hansı fəhlə qəsəbələri “qəsəbə-bağ” növü kimi layihə üçün nəzərdə tutulurdu?

A) Sabunçu, Zabrat, Bibi-Heybət

B) Buzovna, Bibi-Heybət, Sabunçu

C) Binə, Mərdəkan, Zabrat

D) Balaxanı, Suraxanı, Sabunçu

E) Pirşağı, Novxanı, Əhmədli



145. Abşeron yarımadasında “şəhər – bağ” layihəsinin müəllifləri, görkəmli memarlar:

A) Z.B. Əhmədbəyov, İ.K. Ploşko

B) E. Qovard, Y. Livşits

C) Fon der None, E. Qovard

D) M. Useynov, F. Abduraxmanov

E) İ.K. Ploşko, L.A. İlyin



146. Abşeronda “qəsəbə-bağ” layihəsinin yaradılma fikrinin məqsədi:

A) Bakıda və Abşeronda mühitin ekoloji durumunu yaxşılaşdırılması

B) Abşeronda əyləncə mərkəzlərinin yaradılması

C) Abşeronda neft sənayesinin inkişafı

D) Abşeronda şəhərsalmanın inkişafı

E) Fəhlə sinfinin yaşayış məişətinin yaxşılaşdırılması



147. Abşeronda “şəhər – bağ” layihəsində yaranan problemlər:

A) Suvarma problemi

B) Relyefin problem

C) Mühəndis kommunikasiyaları şəbəkəsinin keçirilməsi problemləri

D) Magistral yol şəbəkəsinin keçirilməsi problemləri

E) Ağac və kolluqların əkilməsi üçün şitillərin olmaması



148. Kompozisiya elementlərinin bir-birini bərabər əvəz etməsi, parkda hərəkət edərkən təkrarlanan tamaşa təəssüratlarının qaydasına nə deyirlər?

A) Ritm


B) Mənzərə

C) Parter

D) Reklam

E) Qrup


149. Bağ-park sənətinin vahid bədii-memarlıq kompozisiyasını yaradan məkanca və funksiya baxımından bir-biri ilə bağlı bitkilər, su hovuzları və landşaft memarlığının digər elementləri necə adlanır?

A) Ansambl

B) Mühit

C) Anfilada

D) Asimmetriya

E) Arxitektonika



150. Əsas park mərkəzlərinin, funksional zonaların, piyada və nəqliyyat yollarının yerləşmə qaydası, ansamblın süni və təbii komponentlərinin (əkintilərin, hovuzların, binaların, monumentlərin və s.) kompozisiya sxemi nə deməkdir?

A) Parkın memarlıq-planlaşdırma təşkili

B) Bağ-park memarlığının üsulu

C) Həcm-fəza elementlərinin uyğunluğu

D) Park mənzərəsinin formalaşmasının üsulu

E) Müxtəlif vasitələrlə yaradılan park tərzi



151. Hansı təbii obyektlərə dövlət təbiət abidələri statusu verilə bilər?

A) Xüsusi elmi, mədəni, estetik və ya sağlamlıq əhəmiyyətinə malik olan nadir təbii obyektlərə

B) Xüsusi elmi əhəmiyyətinə malik olan nadir təbii obyektlərə, turizm obyektlərinə

C) Xüsusi mədəni əhəmiyyətinə malik olan nadir təbii obyektlərə, yaşayış zonalarının yaşıl obyektlərinə

D) Xüsusi mühafizə olunan bütün təbii obyektlərə, meşə-park zolağı, ictimai mərkəzi zonasının obyektlərinə

E) Xüsusi mühafizə olunan bütün təbii və strateji əhəmiyyətli obyektlərə, xüsusi mühafizə olunan zolaqlar



152. Açıq məkanların memarlığı, məqsədli əhalinin istirahəti və həyat fəaliyyəti üçün əlverişli xarici mühiti yaradılması olan şəhərsalma sahəsi necə adlanır?

A) Landşaft memarlığı

B) Təbii-ərazi kompleksi

C) Sahənin keyfiyyət və miqdar xarakteristikası

D) Şəhərin yaşıl obyektlərinin tikilməsi

E) Əhalinin istirahəti üçün istifadə olunan şəhərin şəhərətrafı zonasının hissəsi



153. Qış bağının ilk nümunələri hansı ölkədə tapılmışdır?

A) Misir

B) Fransa

C) İngiltərə

D) ABŞ

E) Russiya



154. Sumqayıt şəhərinin iqlim xüsusiyyətləri. Səhv cavab:

A) Subtropik iqlim

B) Güclü küləklər

C) Yüksək hava temperaturu

D) Yüksək buxarlanma qabiliyyəti

E) Az yağıntı miqdarı



155. Bakı şəhərin mərkəzi rayonunun ümumi landşaft-planlaşdırma strukturunda XIX əsrin mühüm yer tutan ictimai bağ və bağçaları:

A) Qubernator bağı, Mariinskiy bağ, Sisianov bağçası

B) Axundov bağçası, H.Cavid bağçası, Nizami bağçası

C) Mixaylov bağı, Molokan bağçası, S.Vurğun bağçası

D) Zabitlər parkı, Sisianov bağçası, M.Ə.Sabir bağçası

E) Qubernator bağı, Sahilyanı bulvar, S.Vurğun bağçası



156. Yaşıl mərkəzin yaradılması Gəncə şəhərin park quruculuğu təcrübəsində mühüm irəlləyiş idi. Hansı park tipi “Yeni Gəncə” yaşayış massivinin nəzdində salınmışdı?

A) Şair və bəstəkarlara həsr edilmiş xatirə parkı

B) 20 yanvar şəhidlərinə həsr edilmiş xatirə parkı

C) Gəncə şəhərin əhalisinin əmək və məişətini əks etdirən etnoqrafik parkı

D) Molla Pənah Vaqif adına mədəniyyət və istirahət parkı

E) N.Gəncəvi adına mədəniyyət və istirahət parkı



157. Landşaftın növləri və tipləri görünüş obyekti kimi təsnif olunur. Səhv cavabı göstərin.

A) Şəhər ərazisində effektiv və əlaqəli yerləşdirmə üsulu ilə

B) Antropogen deyişməsinin dərəcəsindən

C) Landşaftın qəbul olunan elementlərinin miqdarına görə

D) Ifadəlilik və ahənglik dərəcəsinə görə

E) Estetik cazibəsinə görə



158. İstirahət zonalarında landşaftınrekonstruksiyasına bu tədbirlər daxil deyil:

A) Rekreasiya sistemlərinin formalaşdırılması

B) Torpaqların rekultivasiyası

C) Ağac bitkilərinin əkilməsi hesabına landşaftın zənginləşdirilməsi

D) Lillənmiş və çirklənmiş su hövzələrinin təmizlənməsi, çay və göllərin su balansının tənzimlənməsi

E) Dağıdıcı proseslərə məruz qalmış (sürüşmə, çökmə, qrunt suları ilə yuyulma) torpaq massivlərinin stabilləşdirilməsi



159. Yaşayış məntəqələrinin və kurort-rekreasiya yerlərinin landşaft obyektlərinin tərkibinə əsas kimi bunlar daxil olmalıdır:

A) Ümumi, məhdud istifadə üçün yaşıl massivlər və xüsusi məqsədli yaşıl əkilmələr

B) Böyük landşaft kompleksləri, təsərrüfat obyektləri

C) Müalicə-sağlamlıq kompleksləri, mühafizə zonaları

D) Kurort və rekreasiya komplekslərinin bağ və parkları, skverlər və bulvarlar

E) Bütün yerüstü və yeraltı kommunikasiyaları



160. Sarmaşan və dayaqlanan bitkilərin şaquli yaşıllaşdırılması üçün nəzərdə tutulan yüngül taxta və yaxud metal qəfəsi necə adlanır?

A) Trelyaj

B) Perqola

C) Dayaq divar

D) Panduslar

E) Dekorativ divar



161. Üstü qəfəsə ilə örtülən köşk, qalereya və yaxud talvar tipli taxtadan və ya metaldan qurulmuş yüngül park tikilisidir, sarmaşıq və ya dayaqlanan bitkilərlə yaşıllaşdırılan həcm-məkan qurğularıdır:

A) Perqola

B) Parter

C) Bosketlər

D) Çəpərlər

E) Kiosklar



162. İngilis parklarında mənzərəli ağac və kol qrupları ilə əhatələnən çəmənlərin salınmasına böyük diqqət yetirilirdi. “Mənzərə parkı” anlayışını ilk dəfə bağ-park sənətinin ingilis tədqiqatçısı və nəzəriyyəçisi dəqiq və aydın ifadə etmişdir:

A) Professor Repton

B) Nestor

C) Qerodot

D) V. Kent

E) Strabon



163. Hər tərəfdən sərhədini dəqiq müəyyənləşdirən cığırlarla, meydançalarla, hovuzlarla məhdudlaşdırılan hər-hansı formaya və ölçüyə malik xüsusi yaşıllaşdırılan sahə necə adlanır?

A) Kurtinlər

B) Qazonlar

C) Güllüklər

D) Bağçalar

E) Klumbalar



164. Çox vaxt yaşıl qazonun fonunda əyri xətlərlə hər-hansı bəzəkli naxış yaradan ensiz xətlər şəklində güllüklər:

A) Arabesklər

B) Gül gərdiləri

C) Klumbalar

D) Güllüklər

E) Bosketlər



165. Erkən ingilis mənzərə parklarından biri tikintisi 1713-cü ildə Bridjemen tərəfindən başlanan Bukinqem yaxınlığındakı sahəsi 200 hektar olan Stou parkı idi. Bu parkın tikintisini kim tamamlamışdı?

A) U. Kent

B) Bramante

C) Rafael

D) Palladio

E) P. Litorio



166. Hansı park böyük ölçüləri, tapdanmayan ot örtüyü və seyrək ağacları ilə seçilən Londonda olduqca məşhurdur?

A) Qayd-park

B) Yay bağı

C) Stou parkı

D) Sofiyevka parkı

E) Mars düzənliyi parkı



167. Müxtəlif məqsədli rekreasiya əraziləri yaşayış məntəqələri ilə sistem yaradan əlaqələr ilə birləşirlər. Düzgün olmayan cavab:

A) Antropogen landşaftla

B) Piyada yollarla

C) Nəqliyyat yollarla

D) Turist trassaları ilə

E) Mədən-məişət obyektlərinin şəbəkəsi ilə



Yüklə 461,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin