1. Landşaftın əsas komponentləri

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 461.71 Kb.
səhifə5/5
tarix20.01.2017
ölçüsü461.71 Kb.
1   2   3   4   5

327. Ağacların və kolun ölçü və yerləşməsi ilə, yarpaqların budaqlara bərkidilməsi üsulu və yarpaq formaları ilə müəyyən edilən yarpaq örtüyünün xarakteristikası

A) tekstura

B) forma

C) formovka

D) qabitus

E) herbari



328. Əsasən parkın girişində yerləşən sütun sırasından ibarət, açıq pavilyon

A) qlorietta

B) qrot

C) anfilada

D) belveder

E) köşk (besedka)



329. Ayrı-ayrı kompozisiya elementlərinin mütənasibliyi, çoxçeşidlilikdə spesifik vəhdət

A) harmoniya

B) simmetriya

C) asimmetriya

D) nüans

E) kontrast



330. Relyefin bədii-memarlıq baxımından dəyişdirilməsi, şaquli planlaşmanın növləri

A) geoplastika

B) mikrorelyef

C) makrorelyef

D) mezorelyef

E) mikoborder



331. Fiqurlu dirəkciklərdən - skulptur, balesinlərdən ibarət terrasların, pilləkənlərin, dayaq divarların iki tərəfə açıq olan arakəsmələri

A) ballüstrada

B) anturaj

C) anfilada

D) gül gərdisi (rabatka)

E) parapet



332. Xalqın əlamətdar hadisələrini əks edən monumental qurğular, türbələr, panteonlar,heykəl qrupları, abidələr qerləşən ərazi

A) xatirə kompleksi

B) tarixi kompleks

C) saray-park kompleksi

D) bağ-park landşaftı

E) bağ-park sistemi



333. Dik yamaclarda, meşə-parklarda, parklarda yerləşən əyri yol, cığır necə adlanır?

A) Serpantin

B) Parkas

C) Pandus

D) Rakurs

E) Məkanların bir-biri ilə qovuşması



334. park ansamblının tərkib hissələrinin öz aralarında harmonik əlaqəsi, uyğunluğu – kompozisiya vəhdətinin əldə olunması

A) Proporsiyanallıq

B) Fasiləsizlik

C) Asimmetriya

D) Ritmlilik ahənglilik

E) Çoxplanlılıq



335. kompozisiya elementlərinin bir-birini bərabər əvəz etməsi necə adlanır?

A) Ritm

B) Nyüans

C) Kontrast

D) Perspektiv

E) Vista



336. şəhər və şəhərətrafı rekreasiya zonalarına aid deyil:

A) Qoruq

B) Bağ

C) Park

D) Meşəpark

E) Istirahət zonası



337. Şəhərətrafı yerdə istirahət və sağlamlığın bərpası üçün nəzərdə tutulan xüsusi yer

A) Rekreasiya zonası

B) Təbii müdafiə zonası

C) Innovasiya zonası

D) Funksional zona

E) Qoruq zonası



338. Bağ-park sənətində bir ox üzərində yerləşən keçidlərlə bir-biri ilə əlaqələnən və yaşıllıq əkintiləri ilə bölünən qapalı yaşıl məkanlar cərgəsi

A) Anfilada

B) Ballüstrada

C) Serpantina

D) Antropogen

E) Rekreasiya



339. Simmetriya oxuna tabe olmayan həcm-məkan elementlərinin uyğunlaşdırılması əsasında xüsusən mənzərə üslubu parklarda geniş tətbiq edilən kompozisiya üsulu

A) Asimmetriya

B) Simmetriya

C) Kontrast

D) Harmoniya

E) Bərabərlik



340. Bağ-park kompozisiyasında fransız üslubu:

A) nizamlı üslub

B) Mənzərə üslubu

C) Təbii üslub

D) Landşaft üslubu

E) Antropogen üslub



341. Əşyanın, müşahidə nöqtəsindən uzaqlığından asılı olaraq , gözlə qavranılan cəhətlərinə uyğun şəkildə müstəvi üzərində təsviri

A) Xətti perspektiv

B) Fəza perspektivi

C) Quş uçuşu perspektivi

D) Birplanlı perspektiv

E) Çoxplanlı perspektiv



342. Süni yaradılmış iqlimi olan, ekzotik bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan şüşə damın altında qurğu

A) Oranjereya

B) Pavilyon

C) Palisad

D) Qış bağı

E) Patio



343. Xarakterik xüsusiyyəti qızıl gül, fəvvarələr, hovuzlar olan qədim fars bağı

A) Paradiz

B) Parnas

C) Rozariy

D) Rokariy

E) Mənzərə parkı



344. Fransız üslubu – bu bağın planlaşdırma həllinin əsasında qoyulan üsul:

A) Nizamlı planlaşdırma

B) Mənzərə planlaşdırması

C) Landşaft planlaşdırması

D) Rayon planlaşdırması

E) Memarlıq-landşaft planlaşdırması



345. Meşə-park sahəsinə daxildlr, səhv cavab:

A) Park, şəhər bağları

B) Meşə, meşə-parklar

C) Çəmən, çəmən parklar

D) Şəhərətrafı parklar

E) Bağ qəsəbələri, istirahət zonası.



346. Şəhər hüdudlarına bitişik və kütləvi istirahət üçün nəzərdə tutulmuş şəhərətrafı sahə necə adlanır:

A) Meşə-park sahəsi

B) Kompozisiya düyünü

C) Fərdi bağ sahəsi

D) Bufer zonası

E) Sanitar-müdafiə zonası.



347. Əsasən parkın əsas girişində yaradılan xiyabanların bir nöqtədən bütüb ərazi boyu yayılması

A) Park planının yelpikvari kompozisiyası

B) Park planının radial kompozisiyası

C) Park planının mənzərə kompozisiyası

D) Park planının serpantin kompozisiyası

E) Park planının landşaft kompozisiyası



348. Parkın, istirahət zonasının müxtəlif istifadə növləri üçün nəzərdə tutulmuş hissələrə bölünməsi:

A) Ərazinin funksional təşkili

B) Ərazinin nizamlı təşkili

C) Ərazinin memarlıq təşkili

D) Ərazinin landşaft təşkili

E) Ərazinin sərbəst təşkili



349. Şəhər meşələrinin ekoloji funksiyası nədən ibarətdir – səhv cavab:

A) Bütüb cavablar səhvdir

B) Şəhər massivinin təmizliyinin təmin edilməsi

C) Şəhərin oksigen ehtiyatları ilə təmin edilməsi

D) Havaya təsir etməsi

E) Şəhər iqliminə təsiri.



350. Göy-Göl qoruğunun mühafizə olunan əsas obyektləri hansılardır:

A) Bütün cavablar düzdür

B) Dağ kompeksi

C) Meşələr

D) Subalpik zonalar

E) Göl


351. Göy-Göl təbiət qoruğunun ərazisində yerləşən ən iri göl – səhv cavab:

A) Sarı-göl

B) Göy-göl

C) Zəli-göl

D) Maral-göl

E) Qara-göl



352. Çox böyük olmayan yaşıllaşdırılmış ərazi elementi - skver (kiçik bağça) – səhv cavab:

A) Bütün cavablar səhvdir

B) Meydanın tərtibati

C) İctimai mərkəzin tərtibatı

D) Magistral tərtibatı

E) Qısa müddətli istirahət və tranzit üçün istifadə olunur.



353. 1925-ci ildə yaradılmış Göy-göl qoruğunun yaranma səbəbləri:

A) Kiçik Qafqazın şimal mailliyinin subalp qurşağında təbii komplekslərin qorunub saxlanılması

B) Xəzərin cənub –qərbində köçəri, bataqlıq və yırtıcı quşların sayının artırılması və qorunub saxlanılması

C) Böyük Qafqazın cənub mailliyində təbii komplekslərin qorunub saxlanılması

D) Bozdağın arid meşələrinin landşaft komplekslərinin bərpası və qorunub saxlanılması

E) Batabat ərazisində dağ- çöl landşaftının qorunub saxlanılması



354. Şəhər meşələrinin mədəni-sağlamlıq funksiyasının məqsədləri:

A) Təbii landşaftın qorunub saxlanılması

B) Sağlamlığın möhkəmləndirilməsi

C) Istirahətin təşkili

D) Turizmin təşkili

E) idmanın təşkili



355. Şəhər meşələri öz təyinatına görə hansı funksiyaları yerinə yetirir – düzgün birləşməni seçin

A) ekoloji və mədəni-sağlamlıq

B) rekreasiya və iqtisadiyyat

C) sağlamlıq və funksional

D) təbii mühafizə və rasional

E) elmi- tədqiqat və bioloji



356. meşələrin təyinatı:

A) bütün cavablar düzdür

B) havanı təmizləyir, torpağı möhkəmləndirir

C) heyvanlar üçün yaşam mühiti yaradır, əlverişli mikroiqlim yaradır

D) torpağı eroziyadan müdafiə edir, suların çirklənməsinin qarşısını alır

E) yağıntıları saxlayır (yerüstü axarları azaldır)



357. Qlorietta –

A) çox böyük olmayan bağ-park qurğusu, sütun sırasından ibarət açıq pavilyon

B) relyefin səthi forması, dərin olmayan horizontal mağara

C) relyefin süni qurulması, sahənin relyefinin dəyişdirilməsi

D) beton dirək divarlarının qurulması, sahənin terraslaşdırılması

E) Dirək divarlarının təbii daşlardan qurulması, relyefin formalaşması



358. Yapon bağının əsas funksiyası – müəyyən görünüş guşəsindən mənzərə gözəlliyini seyr etmək və qiymətləndirmək

A) Cavablar düzdür

B) Terras

C) Evin pəncərələri

D) Gəzinti marşrutunun görünmə nöqtəsi

E) Cavablar səhvdir.



359. Xüsusiyyətləri dəyişdirilməmiş bitkilərin yeni növlərinin tətbiq edilməsi:

A) Sadə introduksiya

B) Mürəkkəb deduksiya

C) Torpağın seleksiyası

D) Bitkilərin dövri prosesi

E) ərazinin miqdarını təyin etmə



360. Xüsusiyyətləri dəyişdirilmiş bitkilərin yeni növlərinin tətbiq edilməsi üsulları:

A) Mürəkkəb introduksiya

B) Deduksiya və induksiya

C) Meşələrin təzələnməsi

D) Assimilyasiya prosesi

E) Dissimilyasiya prosesi



361. Ümumşəhər kiçik bağlar öz funksiyalarına görə necə təyin olunur:

A) Tranzit piyada hərəkəti üçün

B) Qapalı məkanların yaşıllaşdırılması üçün

C) Dekorativ bitkilərin yetişdirilməsi üçün

D) Landşaft sənayesinin inkişafı üçün

E) Konteyner əkililərinin inkişafı üçün.



362. Mənzərə parkında əsas yeri tutur:

A) Ağac və kolluqlardan ibarət olan qruplar

B) Bitkilərin nizamlı yerləşdirilməsi

C) Ağac və kolların simmetrik yerləşdirilməsi

D) ərazinin parter yaşıllaşdırılması

E) yaşıllıqdan geometrik həcmlər



363. Nizamlı üslubun əsas xüsusiyyətləri:

A) Bütün cavablar düzdür

B) Bağda simmetriya oxunun mövcudluğu

C) Düz cığırlı

D) Skulptur və fəvvarələrin istifadəsi

E) Ağac və kolluqların budanmış formaları



364. Zəngin tarixə malik olan Qədim Misir incəsənətinin bağ-park üslubu:

A) Nizamlı üslub

B) Mənzərə üslub

C) Landşaft üslub

D) Dəniz üslub

E) Yapon üslub



365. Nizamlı üslub –

A) Hissələrin bir bütünə tabe olması

B) Təbii landşaftın imitasiyası

C) Bağ kompozisiyasında asimmetriyaya üstünlük verilməsi

D) Bağ sənətində romantik üslub

E) Parkda əyri-üyrü yollar



366. Qədim İran saraylarındakı bağlar hansı prinsip əsasında yaradılırdı:

A) Nizamlı planlaşdırılma

B) Mənzərə planlaşdırılması

C) Rayon planlaşdırılması

D) Şəhərin kompleks yaşıllaşdırılması

E) Çoxfunksiyalılıq



367. Qədim Misirin paytaxtı olan Nineviyada (e.ə.VII əsrdə) bağ prototipi yaradılmışdı:

A) Botanika

B) Tarixi

C) Uşaq

D) Şəhər

E) Etnoqrafik



368. Botanika bağı aiddir:

A) Xüsusi təyinatlı yaşıllıq

B) Ümumi istifadə olunan yaşıllıq

C) Məhdud istifadə üçün yaşıllaşdırma

D) Fərdi istifadə üçün yaşıllaşdırma

E) Bütün cavablar səhvdir



369. Yaşıl yol ayırıcı zolaq– səhv cavab:

A) Magistral boyunca bulvar

B) Magistral boyunca əkililər

C) Küçə boyunca əkililər

D) Piyada yolunu avtomobil yolundan ayıran əkililər

E) Nəqliyyatın sağ və sol istiqaməti üzrə hərəkətini məhdudlaşdıran əkililər



370. Hansı parklar xalq memarlığı obyektlərinin, məişət əşyalarının, keçən əsrlərdən qalan eksponatların ilk formalarının qorunub saxlanması məqsədini daşıyır:

A) Etnoqrafik parklar

B) Memorial parklar

C) Tarixi parklar

D) Milli parklar

E) Təbiət abidələri



371. Memarlıq abidələri, muzey ekspozisiyaları və sənət əsərləri olan mühüm əhəmiyyətli parklar:

A) Tarixi parklar

B) Etnoqrafik parklar

C) Təbiət abidələri olan parklar

D) Memorial parklar

E) Milli parklar



372. Qədim Çin bağları hansı kompozisiyaya malik idi:

A) Mənzərə

B) Nizamlı

C) Simmetrik

D) Romantik

E) Halqavari kompozisiya



373. Parkda vizual informasiya:

A) Reklam

B) Fəvvarə

C) Pavilyon

D) Işarə

E) Eksteryer



374. Parkda vizual informasiyanın tərtibatı – səhv cavab:

A) Su qurğuları ilə

B) Qrafiki sxem ilə

C) Simvol ilə

D) Nişan ilə

E) Işarə ilə



375. Ağaclıqların və kolluqların istifadə edilmiş assortimentindən və onların xassəsindən, həmçinin yaşından və əkililərin yerləşdirilməsindən asılı olaraq qruplar aşağıdakı tiplər üzrə təqdim edilir – cins tərkibinə görə:

A) Təmiz və qarışıq

B) Bir yaruslu və çox yaruslu

C) Simmetrik və assimetrik

D) Sıx və boş

E) Açıq rəngli və tünd



376. Ağaclıqların və kolluqların istifadə edilmiş assortimentindən və onların xassəsindən, həmçinin yaşından və əkililərin yerləşdirilməsindən asılı olaraq qruplar aşağıdakı tiplər üzrə təqdim edilir –çətirin quruluşuna görə:

A) Kobud, orta, nazik

B) Bir yaruslu,çox yaruslu, üç yaruslu

C) Açıq rəngli, parlaq, tünd

D) Təmiz, cins, qarışıq

E) Nizamlı, simmetrik, assimetrik



377. Ağaclıqların və kolluqların istifadə edilmiş assortimentindən və onların xassəsindən, həmçinin yaşından və əkililərin yerləşdirilməsindən asılı olaraq qruplar aşağıdakı tiplər üzrə təqdim edilir –çətirin sıxlığına görə:

A) Sıx, boş, şəbəkəli

B) Düz və ekzotik gövdəli

C) Kobud, orta, nazik

D) Təmiz, sıx, nazik

E) Açıq rəngli, parlaq, tünd



378. Ağaclıqların və kolluqların istifadə edilmiş assortimentindən və onların xassəsindən, həmçinin yaşından və əkililərin yerləşdirilməsindən asılı olaraq qruplar aşağıdakı tiplər üzrə təqdim edilir – formasına görə:

A) Bir yaruslu,çox yaruslu

B) Nizamlı, mənzərə

C) Sıx, boş

D) Açıq rəngli, tünd

E) Təmiz, qarışıq



379. Ağaclıqların və kolluqların istifadə edilmiş assortimentindən və onların xassəsindən, həmçinin yaşından və əkililərin yerləşdirilməsindən asılı olaraq qruplar aşağıdakı tiplər üzrə təqdim edilir – çətirlərin rənginə görə:

A) tünd ,açıq rəngli, parlaq,

B) kobud, orta, nazik

C) uzunömürlü, qısa ömürlü, davamlı

D) ətirli, gözəl gül açan, həmişəyaşıl

E) kiçik, orta, böyük



380. Ağaclıqların və kolluqların istifadə edilmiş assortimentindən və onların xassəsindən, həmçinin yaşından və əkililərin yerləşdirilməsindən asılı olaraq qruplar aşağıdakı tiplər üzrə təqdim edilir – kompozisiyasına görə:

A) Simmetrik, assimetrik

B) Kiçik, böyük

C) Kobud, nazik

D) Ətirli, həmişəyaşıl

E) nizamlı,uzunömürlü



381. Ağaclıqların və kolluqların istifadə edilmiş assortimentindən və onların xassəsindən, həmçinin yaşından və əkililərin yerləşdirilməsindən asılı olaraq qruplar aşağıdakı tiplər üzrə təqdim edilir – böyüklüyünə görə qruplara bölünürlər:

A) Kiçik, orta, böyük

B) Uzunömürlü, davamlı, qısa ömürlü

C) Nizamlı, mənzərə, qarışıq

D) Kobud, orta, nazik

E) tünd ,açıq rəngli, nazik



382. Mövcud relyef barəsində məlumat daxil olunan, horizontal və qeydlərlə təsvir edilmiş çertyoj:

A) geoəsas

B) dendroplan

C) baş plan

D) şaquli planlaşdırılma

E) rayon planlaşdırılması



383. Ətrafda mövcud olan tikililər və yeraltı mühəndis şəbəkələri haqqında məlumat verən çertyoj:

A) Ərazinin vəziyyət planı

B) ərazinin şaquli planlaşdırılması

C) ərazinin işçi planı

D) Ərazinin baş planı

E) ərazinin dendroloji planı



384. Bütün təfsilatı ilə yaşıl əkililərin göstərildiyi çertyoj:

A) Dendroloji plan

B) Landşaft dizaynı

C) Konstruktiv plan

D) Istinad planı

E) Baş plan



385. Abşeron yarımadasında bağ şəhəri konsepsiyasının həyata keçməsi:

A) Bütün cavablar düzdür

B) Bakı şəhəri ətrafında abadlaşdırılmış yaşıl qəsəbələrin formalaşması

C) Paytaxt şəhərin yaşıl zonasının radikal yenidənqurulması

D) Bir-biri ilə əlaqəli olan bağ-park ansambllarının planlaşma sistemində təşkili

E) Yaşayış məhəllələrinin yaşıllaşdırılması, bulvarın layihələndirilməsi



386. Bakı şəhərinin 1937 –ci ildə işlənmiş baş planının tərkibinə daxil idi – səhv cavab:

A) Bütün cavablar səhvdir

B) Şəhərin memarlıq-landşaft inkişafının proqramı

C) Yaşayış zonalarının yaşıllaşdırma məsələlərinin işlənib hazırlanması

D) Mühüm nəqliyyat yolunun yaşıllaşdırma məsələlərinin işlənib hazırlanması

E) Şəhər mərkəzlərinin abadlaşdırılması və “İçəri Şəhər” –in bərpası



387. Şaquli məkanda yerləşən alçaq bitkilərdən ibarət açıq və həndəsi quruluşa malik dekorativ kompozisiya:

A) Parter

B) Qazon

C) Bordür

D) Soliter

E) Çiçək ləki



388. Böyük açıq məkanı azad seyr etməyə imkan verən geniş və çox planlı perspektiv görünüş

A) Panoram

B) Pandus

C) Siluet

D) Orientasiya

E) Park obrazı



389. Hansı hallarda ağac qruplarını kolluqlarla tərtib edirlər:

A) Bütün cavablar düzdür

B) Rənginə görə təzadlı qrupların yaradılması üçün (parlaq, gözəl güllər açan kolluqlar salmaqla)

C) Qrupların monolitliyi naminə ağac qruplarını bütöv bir vahid halında birləşdirmək üçün

D) İfadəli silueti, dairəni, qrupların həcmini yaratmaq üçün

E) Uzun müddətli gül açan qrupların yaradılması üçün



390. Meşə-park həcm-məkan kompozisiyası hansı məkanlardan ibarətdir – səhv cavab:

A) Bütün cavablar səhvdir

B) Yarım qapalı

C) Açıq


D) Qapalı

E) Yarıaçıq



391. Qruplar meşə-park sisteminin əsas kompozisiya mərkəzidir – bura aşağıdakı qruplar daxildir:

A) Bütün cavablar səhvdir

B) Çəmənlikdə və talada yerləşdirilənlər

C) “cib içi” əkililərin ətrafında, suyun ətrafında

D) Perspektivi tamamlayan qruplar

E) Cığır döngələrini yekunlaşdıran qruplar



392. Meşə-park mənzərəsinin təyinatında seçilən qruplar – səhv cavab:

A) Bütün cavablar səhvdir

B) Massivdən açıq məkanlara keçən qruplar

C) Park kulisini təşkil edən qruplar

D) Məkanı ayrı-ayrı hissələrə bölən qruplar

E) Meşə-park mənzərəsini təşkil edən qruplar



393. Landşaft layihələndirilməsinin əsas kompozisiya həlli nədən ibarətdir – səhv cavab:

A) Bütün cavablar səhvdir

B) Simmetriya, asimmetriya

C) Kontrast və nüans

D) Harmoniya və tarazlıq

E) Ritm və miqyaslılıq



394. Landşaft kompozisiyasında harmoniya və tarazlıq necə əldə edilir:

A) Simmetriya, asimmetriya

B) Təbii landşaft

C) Dekorativ ağac qrupları

D) Kontrast və miqyas

E) Həcm və perspektiv



395. Landşaft memarlığında proporsiya – məkan formalarının vəhdəti – səhv cavab:

A) Üsluba görə

B) Böyüklüyünə görə

C) Həndəsi quruluşuna görə

D) Məkanda yerləşməyinə görə

E) Rənginə görə



396. Parkda rəng nəyi yaradır:

A) Bütün cavablar düzdür

B) Yüngüllük və ağırlıq təəsüratını

C) İsti və soyuq

D) Sevinc və kədər hissini

E) Sakitlik emosionallıq



397. Müasir landşaft dizaynı təcrübəsində bitki kompozisiyasını təşkil edən rəng harmoniyasının üç əsas qaydası istifadə olunur:

A) Cavab düzdür

B) Kontrast rənglərin fonunda istənilən rəng daha dolğun qəbul edilir, kontrast rənglərin vəhdəti şəkilə daha dolğun görünüş verir.

C) Nə qədər dolğunluqda və işıqlıqda fərq olarsa kontrast bir o qədər güclü olar

D) Rəngarənglik nə qədər çox olarsa bir o qədər dolğunluq hissi azalar

E) Cavablar səhvdir



398. Landşaft memarlığında açıq mühitin (şəhər, şəhərətrafı zona səviyyəsində) yenidən təşkil olunması məsələlərinin həllinin işlənib hazırlanması metodlarının cəmi

A) Landşaft layihələndirilməsi

B) Landşaft planlaşdırılması

C) Landşaft dizaynı

D) Rayon planlaşdırılması

E) Ekologiya



399. Landşaft layihələndirilməsi və ekologiyanın bir-biri ilə əlaqəsi – səhv cavab:

A) Çirklənmə ilə mübarizədə istifadə olunan mexanizm funksiyaları

B) Layihələndirilmədə landşaftın estetik görünüşünün istifadəsi

C) Landşaft komponentlərinin yenidən təşkil olunması



D) Layihələndirilmədə ekoloji faktorların nizamlanması

E) Layihə çərçivəsində landşaftın təbii xüsusiyyətlərinin nəzərə alınması, mühit keyfiyyətinin qiymətləndirilməsi

Dostları ilə paylaş:
1   2   3   4   5
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə