1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə101/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   97   98   99   100   101   102   103   104   ...   121
n.Menecment mühazirə

Şəkil 1. Münaqişələrin növləri

Müxtəlif münaqişələrin qarşılıqlı əlaqəsi və təsiretmə diapozonunun müəyyən edilməsi onun həlli üçün mühüm əhəmiyyət kəsb edir. Çünki hər bir münaqişənin öz xassəsi olduğuna görə onların həlli də özünəməxsus üsullar tələb edir. Məsələn, əmək intizamı və maliyyə ilə əlaqədar olan münaqişə arasında prinsipial fərqlər olduğuna görə onların həlli yolları da prinsipcə fərqli olur. Çünki bu münaqişələrin məzmununda əsaslı fərqlər vardır. Məsələn, əmək intizamı ilə əlaqədar olan münaqişənin kollektiv üzvlərinin bir-birinə qarşı olan qarşılıqlı tələbləri çərçivəsində həll etmək olar. Maliyyə-kreditlə bağlı münaqişələrin həlli daha mürəkkəb olur və belə çərçivəyə sığmır.

Münaqişələr öz təbiəti etibarilə həll oluna bilən və bilməyən, həlli qısa və uzunmüddət tələb edən, böyük və nisbətən az sosial-iqtisadi itki verən münaqişələr xarakterinə malik olurlar. Çünki elə münaqişələr var ki, o öz vaxtında həll olunmadıqda gələcək həlli daha da çətinləşir və böyük itkilər verə bilər. Ona görə də belə zidiyyətlərin qanunauyğunluqları elmi cəhətdən nəzərə alınmalıdır. Bunu münaqişənin kəskinliyini xarakterizə edən cədvəldən görmək olar (cədvəl 1).

İştirakçıların sayına görə münaqişələrin ayrı-ayrı növlərinin məzmununu açıqlanması da maraq kəsb edir.

Münaqişənin baş verməsi şərtini səciyyələndirən əlamətlər aşağıdakılardır:

1. Bir-birilə əlaqəsi (kontaktı) olan ən azı iki tərəfin mövcudluğu.

2. Tərəflərin məqsədlərinin qarşılıqlı ziddiyyətləri.

3. Digər tərəfin məqsədlərinin pozulması və planlarının ləğv edilməsinə yönəldilmiş hərəkət (davranış).

4. Bir tərəfin hərəkətinin (davranışının) digər tərəfin hərəkətinə qarşı ziddiyyət təşkil etməsi.

5. İstənilən istiqamətdə digər tərəfin hərəkətinə təsir etmək məqsədilə gücün tətbiq edilməsi.

Qeyd deildiyi kimi, münaqişə əsasən onu nə dərəcədə effektli (səmərəli) idarə etməkdən ibarətdir. (asılıdır). Münaqişəni idarə etmək üçün münaqişə vəziyyətinin baş verməsi səbəblərini dərk etmək lazımdır. İdarə edicilər çox vaxt belə hesab edirlər ki, münaqişənin baş verməsinin əsas səbəbləri şəxsiyyətlərin toqquşmasındadır (çarpışmasındadır). Ancaq, sonrakı təhlil digər amillərin də olmasını göstərir.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin