3. Sistemləşmə dövrü. Bu dövr elmi idarəetmə dövrünün yaranması ilə əlaqədar olmuşdur. Sistemləşmə dövründə idarəetmə bir elm kim sistemləşdi və onun funksiyaları, metodları, prinsipləri tədqiq olunmağa başladı. İdarəetməyə elmi yanaşma ilk dəfə 1911-ci ildə Fredrik Teylor tərəfindən həyata keçirilmişdir. F.Teylor “İdarəetmənin prinsipləri” kitabını yazmış və həmin vaxtdan idarəetmə bir elm kimi tanınmışdır.
4. Müasir dövr. İdarəetmənin elmi məktəblərinin müasir dövründə bu haqda ətraflı məlumat verilir.
4. İdarəetmənin elmi məktəbləri
İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsində idarəetmə məktəblərinin böyük rolu olmuşdur. İdarəetmə məktəbləri bu sahədə nəzəri biliklərin formalaşmasında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və tövsiyələrin verilməsində xüsusi rol oynamışdır. Aşağıdakı idarəetmə məktəblərinin yaranıb, müəyyən tarixi dövrləri keçməsi idarəetmənin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir:
1. Elmi idarəetmə məktəbi ( 1886–1920).
2. Klassik idarəetmə məktəbi ( 1920 – 1950).
3. İnsani münasibətlər məktəbi ( 1930 – 1950).
4. Müasir idarəetmə məktəbi (1950 – indiyədək).
Elmi idarəetmə məktəbi idarəetmə elminin yaradıcısı hesab edilir. Onun nümayəndələrindən Fredrik Uilson Teylor, Henri Hant, Frenk Gilbert, Lillian Gilbert və başqalarını göstərmək olar. Elmi idarəetmə məktəbi elmin əsasını qoymaqla idarəetməyə dair yeni nəzəriyyələr, elmi fikirlər və təkliflər irəli sürmüşlər:
1) İdarəetmə əməyi fiziki əməkdən ayrılmalıdır.
2) Əmək fəaliyyətində iş və vaxt normalarını tətbiq etmək.
3) Təşkilatlarda işçiyə artıq iş üçün mükafat vermək.
4) Əl əməyi yüngülləşdirilməli, bundan ötrü yeni texnoloji proseslər tətbiq olunmalıdır.
Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəsləndirmə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım tempinə təsir amili kimi dəyərləndirilmişdir. Bu cür təkliflərin və nəzəriyyənin yaranması idarəetmənin elmi-nəzəri əsasını təşkil edirdi.
Dostları ilə paylaş: |