- alternativlərin təhlil edilməsi;
- alternativlərin müqayisə edilməsi;
- alternativlərin qiymətləndirilməsi;
- alternativ variantlarının içərisindən ən optimalının seçilməsi;
- qərarların qəbul edilməsi.
Qərarların real hərəkətlərə, hüqüqlara, münasibətlərə, tələb olunan hərəkətsizliyə çevirilməsi prosesinə qərarların icrası deyilir. Qərarların icrası hər bir rəhbərin psixologiyasından və onların şəxsi kefiyyətindən də xeyli asılıdır. Qərarların icrasında kollektiv fikir, əhval-ruhiyyə, sosial-psixoloji amillər və aşkarlığın rolu böyükdür. Burada adamların davranış motivləri, tapşırılmış iş üçün məsuliyyət hissi, işə marağı, rəhbərlik–tabeçilik münasibətləri böyük əhəmiyyət kəsb edir. Qərarların icrası üçün aşağıdakı tələblər irəli sürülür.
Dostları ilə paylaş: |