1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


İşçi heyyətinin idarə edilməsi ilə bağlı konsepsiyalar



Yüklə 340,18 Kb.
səhifə95/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   91   92   93   94   95   96   97   98   ...   121
n.Menecment mühazirə

2. İşçi heyyətinin idarə edilməsi ilə bağlı konsepsiyalar

İşçi heyətinin idarə edilməsinin inteqrativ səciyyə daşıyan aşağıdakı konsepsiyaları vardır:

1. Sosioloji konsepsiyalar (sosial davranış, əmək davranışı, münaqişələr);

2. İqtisadi konsepsiyalar (işçi qüvvəsinin stimullaşdırılması, əmək bazarı problemləri və s.);

3. Psixoloji konsepsiyalar (işçinin mentaliteti, ünsiyyətin və davranışın psixotəhlili, əmək fəaliyyətinin psixologiyası və s.);

4. Əmək və sosial hüquq (heyətin idarə edilməsi prosesinin müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması, əmək hüququ, tarif razılaşmaları, işçi və rəhbər arasındakı hüquqi münasibətlər və s.)

İşçi heyətini idarə edərkən yuxarıdakı konsepsiyalar hökmən nəzərə alınmalıdır.

İdarəetmə obyektlərinin elementləri arasında qarşılıqlı əlaqəni təhlil etdikdən sonra, əmək resursları anlayışının öyrənilməsi və inşaatda əmək resurslarının idarə olunmasının xüsusiyyətlərini nəzərdən keçirək.

Əmək resursları dedikdə, fiziki cəhətdən inkişaf etmiş, zehni, əqli, bajarığı, qabiliyyəti və müəyyən biliyə malik olan əhali başa düşülür. Əmək resursları içində əməkqabiliyyətli əhali mühüm rol oynayır.

İstənilən cəmiyyətdə əməkqabiliyyətli əhali iki qrupa bölünür: iqtisadi fəal və iqtisadi fəal olmayan əhali.

İqtisadi fəal əhaliyə - əmək fəaliyyətilə məşğul olan, müəyyən gəlir yaradan əhali aid edilir.

Əmək bazarı iqtisadiyyatın vacib bir sferası kimi əmək resurslarının sahibi ilə onu alan arasındakı iqtisadi münasibətlərin məcmusudur. Əmək bazarı aşağıdakı elementləri və sistemləri əhatə edir.

1. Əmək haqqı, əmək və sosial münasibətlər sahəsində dövlət siyasətinin əsas prinsiplərini əks etdirən hüquqi baza.

2. İşsizliyin azaldılması və məşğulluq üzrə dövlət sistemi.

3. Kadrların hazırlığı sistemi.

4. Muzdlu əmək sistemi.

5. Müqavilə sistemi.

6. Əmək birjası.

7. Məşğulluq fondu və s.

Əmək bazarında tələb və təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakılar baş verir:

1. İşçi qüvvəsinin qiymətləndirilməsi;

2. Onun təhsil alması imkanlarının qiymətləndirilməsi;

3. Peşə artımı imkanlarının öyrənilməsi;

4. İşçi qüvvəsinin miqrasiyasının öyrənilməsi və s.



Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin