1. Qərarların icrasının konkret yolları müəyyən olunur.
2. Qərarların icrasına nəzarət konkret şəxsə həvalə edilir.
3. Qərarların icrasının müddətləri müəyyən edilir.
4. Qərarların icrası üçün kompleks tədbirlər planı işlənib hazırlanır.
Qərarların icrası üzərində ardıcıl nəzarət həyata keçirilməlidir. Qərarların icrası üzərində nəzarət müxtəlif orqanlar tərəfindən yerinə yetirilir. Buraya müxtəlif müəssisədaxili struktur vahidləri aid edilir. Hər bir idarəetmə obyektində qərarların icrasının xüsusi uçotu aparılmalıdır. Qərarlar nəinki əvvəlcədən, həmçinin icra prosesində də dəyişdirilə bilər. Bu da qərarların çevikliyi prinsipi ilə əlaqədardır.
Dostları ilə paylaş: |