Pedaqogika və Psixologiyanın əsasları (Mühazirələr)
əqli nəticə iştirak edir.Yəni, məfhumlar hökmün doğruluğunu . düzgünlüyünü ifadə edir və
əqli nəticəyə gəlmək imkanı verir.
Möhkəmlətmə -bu mərhələdə qazanılmış biliklər ,anlayışlar ,qanunlar , qaydalar
möhkəmləndirilir. Mənimsətmənin ən zəruri ünsürlərindən sayılan möhkəmlətmə qazanılan
biliklərin hafizədə uzun müddət saxlanılmasını təmin edir.Bunun üçün keçirilmiş materiallar
sual –cavab yolu ilə təkrarlanır ,möhkəmlənilir.Şagirdlərin reaksiyasının qənaətbəxş olduğunu
yəqin edəndən sonra daha dərin biliklərə getmək,çalışmalar vermək və tam mənimsətməyə,
möhkəmlətməyə nail olmaq deməkdir.
Tətbiqetmə-nəzəri biliyi həyata çalışmalara tətbiq etmək bacarıqları aşılamağa imkan verir.
Tətbiqetmə sahəsində şagird bilikləri şüurlu və möhkəm mənimsəyir. Biliyə marağı artır.
Nəzəri biliklər onun üçün həyatı məna kəsb edir və onlarda zəruri bacarıq və vərfişlər
formalaşır. Mənimsəmənin ünsürləri vəhdətdə həyata keçirilməlidir. Belə ki, qavrama
prosesində ilkin anlamanı təmin etmək, anlama, qavrama və möhkəmlətmə vəzifələrini,
tətbietmə zamanı isə anlama vəzifəsini həyata keçirmək səmərəli nəticə verir.Təlim prosesi
dərk edilərək fəaliyyət göstərməkdir.Fəaliyyət isə insanın öz tələbatını ödəməyə yönəlmiş
fəallığıdır.Təlimdə müsbət nəticələrin əldə olunması üçün idrak tələbatları və motivləri
mühüm rol oynayır. Məsələn,şagirdin təlimə münasibəti onun tələbatı ilə müəyyən
olunur.Təlimə ,biliyə ,mütaliəyəyə tələbatı olan şagird yaxşı oxuyur ,təlimə səylə yanaşır.Bu
tələbatın ödənilməsi motivləri sıx bağlıdır.
Motiv(latın sözü olub “təkan vermək ,hərəkətə gətirmək”deməkdir) - insanı fəaliyyətə təhrik
edən daxili səbəb və təlimin aparıcı qüvvəsidir. Motiv insanın fəaliyyətinin istiqamətini
müəyyənləşdirir.Psixoloqlar bu sahədə idrak və sosial motivləri əsas götürürlər.
İdrak motivləri idrak tələbatları ilə bağlıdır(bilik əldə etmək ,özünü təhsil ,maraq ,tədris
motivləri və s.)
Sosial motivlər isə vətənə ,cəmiyyətə faydalı olmağa çalışmaq , ailədə və məktəbdə yaxşı
mövqe tutmaq , əməkdaşlığı bacarmaqdır.
Təlimin ən güclü təsirə malik olan motiv maraqdır.Öyrənmə motivləri arasında idrak
maarğının rolu böyükdür.Bu isə təlim yoludur.