1. Proqramın qısa təsviri



Yüklə 42,43 Kb.
tarix03.12.2018
ölçüsü42,43 Kb.
#85328




TOR für KZE-Einsätze / Beratung / Dienstvertrag

1.


Proqramın qısa təsviri


Prioritet Sahələr:
Proqramın adı:
Demokratiya, Yerli İdarəetmə və Qanunun Aliliyi
Yerli İdarəetmə Proqramı Cənubi Qafqaz,PN: 2012.2144.9.


Cənubi Qafqazda Yerli İdarəetmə Proqramı Ermənistan, Gürcüstan və Azərbaycanda olan

Nazirliklər, rayonlar, yerli hökumətlər və vətəndaş cəmiyyəti iştirakçılarına məsləhət verir və

yerli idarəetmə sahəsində əməkdaşlığı və özünüidarəetmə sahəsinə aparılan təşviqat

işlərini dəstəkləyir. Proqramın hədəfləri aşağıdakılardan ibarətdir:

Cənubi Qafqazda yerli özünüidarəetmə və yaxşı yerli idarəetmə möhkəmlənmişdir.

Proqram aşağıdakı məqsədlərə malik olmaqla üç fəaliyyət sahəsində aktivdir:

1)

Fəaliyyət sahəsində məhsuldarlıq: Yaxşı Yerli İdarəetmə: Yaxşı yerli idarəetmə üçün

imkanlar gücləndirilir.

2)

Fəaliyyət sahəsində məhsuldarlıq: Yerli İnkişaf üçün Milli Çərçivə Şərtləri: Yerli

inkişaf üçün milli çərçivə şərtləri təkmilləşdirilmişdir.

3)

Fəaliyyət sahəsində məhsuldarlıq: Submilli səviyyədə idarəetmə: Dövlətin müxtəlif

inzibati səviyyələrinin əməkdaşlığı və koordinasiyası inkişaf etmişdir.


2.

Ümumi məlumat


Proqram haqqında ümumi məlumat:

Cənubi Qafqazda Yerli İdarəetmə Proqramı Bələdiyyələrdə Şəffaflıq və hesabatlılıq, büdcə

və maliyyə idarəçiliyi, eləcə də 2013-cü ildən bəri vətəndaş iştirakının təkmilləşdirilməsi üzrə

layihələr

həyata

keçirir.

Layihənin

xüsusi

məqsədlərinə

yerli

özünüidarəetmə

müəssisələrində vətəndaş iştirakının

artırılması,

vergi toplanması üzrə

vəziyyətin

təkmilləşdirilməsi, bələdiyyələr və yerli vergi ödəyiciləri arasında şəffaflıq və əməkdaşlığın

möhkəmləndirilməsi daxildir.


Tapşırıq haqqında ümumi məlumat:
Bu tapşırığın ümumi məqsədi a) vergi yığımı haqqında vəziyyət b) planlaşdırma c) şəffaflıq

və iştirak məsələləri üzrə çox zəruri dəyişikliklər ilə bağlı keyfiyyətli qiymətləndirmə

aparmaqla layihə iştirakçılarının sübutlara əsaslana təsir/uğur hekayələrinin qeydə

alınmasıdır.
Sənəd üzrə təyin edilən tapşırıq aşağıda qeyd olunan xüsusi məqsədlərin əldə edilməsidir:

a)

Layihə çərçivəsində həyata keçirilən fəaliyyətdən sonra institusional səviyyədə baş

verən və tərəfdaş bələdiyyələr tərəfindən çox mühüm hesab edilən dəyişikliklər üzrə real

hadisələr haqqında məlumatların təqdim edilməsi;

b)

Layihə çərçivəsində həyata keçirilən fəaliyyətdən əldə olunan biliklərin toplanması və

təhlil edilməsi, əldə olunmuş təcrübənin layihə tərəfindən həyata keçirilmiş kompleks

yanaşmaların təşviq edilməsində istifadə edilməsi üzrə tövsiyələrin verilməsi;


Form 41-5-3-de
1



c)

Biliklərin idarə edilməsi üzrə materialların təqdim olunması və layihənin təsdiq olunmuş

fəaliyyətinin genişləndirilməsi;

3.

Metodologiya

GİZ-in məsul əməkdaşına layihə çərçivəsində həyata keçirilmiş qiymətləndirmə prosesləri

ilə bağlı meyarlara əsaslanaraq inkişaf göstəricisinin işlənib hazırlanmasını tövsiyə edir. Bu

meyarlar məqsədəuyğunluq, təsir və effektivlikdir.

4. Tapşırıqlar və sənədlər

Tədqiqat a) məqsədəuyğun mövcud sənədlərə baxış keçirilməsi b) fəaliyyət çərçivəsi üzrə

seçilmiş ərazilərə səfərlər və bələdiyyələr ilə müsahibələrə əsaslanmalıdır.


5. Hesabatvermə

a) hərtərəfli tədqiqat b) nəticələrin təqdim olunması c) uğur hekayələri

Hesabatın ilk layihəsi GİZ-ə 25 avqust 2015-ci il tarixindən gec olmayaraq təqdim

olunmalıdır. GİZ layihəni əldə etdikdən sonra iki həftə ərzində şərhləri GİZ in məsul

əməkdaşına təqdim edəcək. Tədqiqatın nəticələri üzrə təqdimatlar 10 sentyabr 2015-ci il

tarixindən gec olmayaraq GİZ-ə təqdim etməlidir. Hesabat qısa icmal və əlavələr istisna

olmaqla 20 səhifədən artıq olmamaq şərti ilə İngilis (proqram dili) və Azərbaycan dilində

olmalıdır. Hesabat və bütün əlavələr kağız formasında (hər biri 3 nüsxədə olmaqla) və

elektron formada (hər biri .word və .ppt formatda olmaqla) təqdim olunmalıdır.
6. Tapşırıq müddəti

Tapşırığın icrasına başlanma tarixi 13 iyul 2015-ci ildir.

Tapşırığın tam icrası iyul ayından etibarən 15 sentyabr 2015-ci il tarixinə qədərdir.

2


Thank you for evaluating Wondershare PDF to Word.

You can only convert 5 pages with the trial version.

To get all the pages converted, you need to purchase the software from:

http://store.wondershare.com/shop/buy/buy-pdf-to-word-converter.htm
Yüklə 42,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin