1.PULUN MAHIYYƏTI VƏ FUNKSIYALARI
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.
Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir.
2.PULUN NÖVLƏRI
3)MONETAR SİYASƏTİN MAHİYYƏTİ VƏ MƏQSƏDİ
Makoiqtisadi siyasət əsasən iki istiqamətdə tətbiq edilir:fiskal və monetar
Monetar siyasət zamanı iqtisadiyyat pul və onun alətləri vasitəslə idarə edilir və tənzimlənir.
Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi
Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-da Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar
Pul-kredit siyasətinin strateji məqsədi tam məşğulluq, qiymətlərin sabitliyi, dövlət büdcəsi və tədiyyə balansının tarazlığı ilə səciyyələnən iqtisadi artıma nail olmaqdan ibarətdir. Bunların arasında inflyasiyanın optimal səviyyədə saxlamaq vəzifəsi çox mühümdür.
Pul siyasəti Mərkəzi Bank tərəfindən müəyyən iqtisadi məqsədlərə nail olmaq üçün həyata keçirilən tədbirlər sistemidir.
Pul siyasəti alətləri iqtisadi dinamika, inflyasiya gözləntiləri və pul siyasətinin məcmu tələbə və qiymətlərə otürücülük qabiliyyəti -"transmissiyası"nın xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmuşdur. Pul kütləsinin artım templərinin və bank sistemində likvidliyin tənzimlənməsi məqsədilə açıq bazar əməliyyatlarlarından və məcburi ehtiyat normalarından da istifadə olunmuşdur.
Pul insanların digər insanlardan müntəzəm olaraq əmtəə və xidmətlər satın almaq üçün istifadə etdikləri vasitələr qrupudur. Pulun miqdarı nəzəriyyəsi qiymət səviyyəsinin və inflyasiya dərəcəsinin uzunmüddətli faktorlarını izah etmək üçün istifadə edilir.Pul tələbinin faiz dərəcələri və iqtisadiyyatda qiymətlərin orta səviyyəsi kimi müxtəlif determinantları vardır. Əhali pulu ona görə əlində saxlayır ki, o mübafilə vasitəsidir. Əhali əmtəə və xidmətlərin qiymətlərindən asılı olaraq əlində pul saxlayır. Uzunmüddətli dövrdə ümumi qiymət səviyyəsi pul təklifi ilə pula olan tələbin bir-birinə bərabər olduğu səviyyəyə uyğunlaşır.
Pulun miqdarı nəzəriyyəsi
Qiymət səviyyəsinin necə müəyyən edildiyi və zaman keçdikcə onun nə üçün dəyişdiyi pulun miqdar nəzəriyyəsi vasitəsilə açıqlanır. İqtisadiyyatda pulun mövcud olan miqdarı pulun dəyərini müəyyən edir.İnflyasiyanın ilkin səbəbi pulun miqdarındakı artımdır.
Nominal dəyişənlər monetar vahidlərlə ölçülən dəyişənlər.
Real dəyişənlər fiziki vahidlərlə ölçülən dəyişənlər.
Pulun dövriyyə sürəti bir vahid pulun iqtisadiyyatda dövr edərək bir cibdən digərinə hansı tezliklə hərəkət etdiyini göstərir.
4)MONETAR SİYASƏTİN ALƏTLƏRİ
Makoiqtisadi siyasət əsasən iki istiqamətdə tətbiq edilir:fiskal və monetar
Dostları ilə paylaş: |