1. Qafqaz dil ailəsi


Keçmiş ittifaqın mezolit dövrü arxeoloji abidələri



Yüklə 34,89 Kb.
səhifə3/6
tarix26.11.2023
ölçüsü34,89 Kb.
#135815
1   2   3   4   5   6
Ə. Səid. Arxeologiya

2. Keçmiş ittifaqın mezolit dövrü arxeoloji abidələri.
Bəşər tarixində paleolitdən sonra gələn dövr mezolit dövrü adlanır. Mezolit dövrünün başlanğıcı qolotsen dövrü ilə eyni vaxtda, yəni iqlim şəraitinin dəyişməsi və böyük buz laylarının əriməyə başlaması ilə eyni vaxta təsadüf edir. Buzlaqlar özündən sonra torpaq, çoxlu göllər, geniş bataqlıqlar qoyaraq sürətlə şimala doğru çəkilir. Bu dövrdə Şimali Avropanın iqlimi bir neçə dəfə dəyişir. Bu dövrdə Avropa çölləri əsasən küknür və enli ağaclı ağaclara məxsus meşələrlə örtülmüşdür. Cənubi Avropa, Orta Asiya və Qafqaz əsaslı dəyişikliyə uğramamışdır.
Mezolit dövrünə aid ilk abidə yalnız XIX əsrin sonunda açılmışdır. Ən qədim mezolit abidələrinəKrımda, Qafqazda və Orta Asiyada tısadüf edilmişdir. Mezolit dövrünün abidələri Krımın Şan-Koba, Zamil-Koba, II Syuren və Fatma-Koba abidələrində daha yaxşı tədqiq edilmişdir. Bu abidələrdən tapılmış daş alətlar nisbətən iri və kobud olub böyük daş lövhələrdən və nukleuslardan hazırlanmışlar.
Bunlar poleolit dövrü alətlərinə daha çox oxşayırdılar. Yerli mədəniyyətin ardıcıl inkişafı nəticəsində, üst poleolit dövrü abidələri əsasında Qafqazın mezolit mədəniyyəti yaranmışdır. Bunu Dağıstanda çox təbəqəli olan abidə Çox məskəni, Soçi yaxınlığında Atsinski mağarasında, Osetyadakı Şay Leqet düşərgəsində Azərbaycanda-Qobustanda, Damcılıda və digər yerlərdə aparılmış arxeoloji qazıntılar sübut edir. Bu dövrdə nazik karandaşvari nukleuslardan daha incə, daha qəşəng çaxmaq daşı lövhələri və ucluqlar hazırlanırdı. Mikrolitlərin çoxusu üçkünc və ya aypara formasında olurdu.
Ayrı-ayrı ərazilərdə mezolit abidələri bir-birindən öz materialları ilə fərqlənirdilər. Abxaziyada mikrolit alətlərlə yanaşı, çay daşından düzəldilmiş kobud vurma alətlərinə də təsadüf olunurdu. Bəzi fərqlərə baxmayaraq, qafqazın mezolit dövrü abidələri bir növ vahidlik təşkil edir. Orta Asiyada mezolit abidələri ilə zəngindir. Burada indiyə qədər 50-dən çox mezolit abidəsi qeydə alınmışdır. Bunların içərisində Türkmənistanda Cəbəl və Kaylu mağaraları, Tacikistanda Danqarı, Özbəkistanda Maçay və Obişir abidələri daha zəngindir. Orta Asiyanın mezolit abidələri üçün xarakterik cəhət lövhəvari zərif alətlərlə arxaik formalı kobud alətlərin bir növ uzlaşmasııdır. Dağlıq ərazilərdəki mezolit abidələrində paleolit dövrü üçün xarakterik alətlərə daha çox təsadüf edilir. Bununla belə, ümumiyyətlə Orta asiyanın mezolit dövrü mədəniyyəti iki əsas istiqamətdə inkişaf etmişdir. Bunlardan biri düzən zona üçün xarakterik olan ovçuluq və yığım işinin, digəri isə Kopet-dağ ətəkləri üçün xarakterik olan ilk əkinçilik mədəniyyətinin əsasını təşkil edir.
Buzlaqların əriyib çəkilməsi ilə mezolit dövründə Pribaltika və Korelya ərazisində insanlar məskunlaşır. Ancaq son mezolit dövründə burada uzun müddətli yaşayış məskənləri yaranır. Litva ərazisində bilavasitə paleolit zəminində inkişaf etmiş I Eyqulyay, Yakştonis, Lampecyay abidələri qeydə alınmış və qismən tədqiq edilmişdir. Şimal-Şərqi Estonyada eramızdan əvvəl 8-ci minilliyin ortalarına aid Pyarni-Pulli və e.ə. 8-7-ci minilliklərə aid Kunda abidəsi qeydə alınmışdır. Bu abidələr kompleksi arxeoloji ədəbiyyatda Kunda məədəniyyəti adını almışdı. Kunda göl sahilində uzunmüddətli yaşayış məskəni olmuşdur.
SSRİ–nin Avropa hissəsinin şimalında, Oneqa gölündəki adalardan biri olan maral adasında mezolit dövrünə aid bir qəbiristan aşkar edilmişdir. Burada ölünü çox da dərin olmayan ensiz çuxurlarda dəfn edirlər.
Ukrayna ərazisində I, IV Korma adlı torflu bataqlıqlarda mövcud olmuş yaşayış yerinin materialları əsasında xüsusi bir aexeoloji mədəniyyətin mövcudluğu qeydə alınmışdır. Bu mədəniyyət üçün xırda mikrolit kəsərlər, itiuclular və qaşıyıcı alətlər xarakterikdir. Mezolit dğvrünə aid daha bir arxeoloji mədəniyyət Moldaviya ərazisində qeydə alınmışdır. Burada həndəsi əlamətlərə malik mikrolitlərə nadir halda təsadüf olunur. Mezolit dğvrünə, mədəniyyətinə aid abidələrə Sibirdə və ona qonşu ərazilərdə də təsadüf olunmuşdur. Cənubi Uralda,Qazaxıstanda, Qərbi Sibirin cənubunda, Altayda və başqa yerlərdə artıq mikrolit alətlər hazırlama texnikası yaranmışdır. Lakin bu texnikaya heç də Sibirin hər yerində eyni vaxtda keçilməmişdir. Ək sər ərazilərdə hələ də paleolit dövrü alətləri xüsusilə kobud qaşovlar, iskənəvari alətlər və s. üstünlük təşkil edirdi.
Ümumiyyətlə, Sibir mezoliti üçün həndəsi mikrolitlər və iri bıçaqvari lövhələr səciyyəvi əmək alətləridir. Sibirin mezolitin dövrü Yenisey sahilindəki Birüsə, Anqara sahilindəki Ust-Belaya və Baykal yaxınlığındakı Foranovu abidələri ilə tədqiq edilmişdir. Ust-Belaya yaşayış məskəninin yerləşdiyi ada qış aylarında su ilə örtüldükdə insanlar yüksək terrastlara çəkilmişlər. Tapıntılara əsasən tədqiqatçılar buranın ovçu və balıqçı məskəni olduğu fikrini irəli sürmüşlər. Uzaq Şərqdə mezolit dövrü Ustinovka. Osinovka, Oleniy, Firsanovka və digər abidələr əsasında öyrənilmişdir. Burada abidələr başlıca olaraq yüksək terraslarda, təpələr üzərində, çay sahilində və Xanka Gölü rayonunda yerləşmişdir.
Uzaq Şərqdə mezolit dövründə yaşamış əhali əmək alətlərini əsasən dəvəgözü daşından və ya vulkaniktufdan hazırlamışlar. Əmək alətləri içərisində mineatür lövhələr, çay daşından hazırlanmış zərb alətləri, üçbucaq formalı lövhəciklər və s. təşkil edir.
Primoriye mezolit abidələri ilə Yaponiya abidələriarasında xeyli oxşarlıq vardır. Bu, hər şeydən əvvəl, özünü Yaponiyanın Hokkaydo adasında aşkar edilmiş düşərgənin materiallarında biruzə verir. Mövcud əlaqələr xüsusi növlü nukleusların və onlardan alınan alətlərdən hazırlanması texnikasında da izlənilir. Bu üsula əsasən nukleusdan qəlpə qutarıldıqdan sonra onun üzərində əlavə iş aparılmış və həmin qəlpələrdən ərsinlər hazırlanmışlar bu alətin hazıırlanmasında sıxma texnikasından geniş istifadə edilmişdir. Yarpaqvari daş ucluqlar və aypara formalı
bıçaqlar daa bu ərazilərdə geniş yayılmışdır.
Mezolit abidələrinə Saxalinadasında da təsadüf edilmişdir. Bunların içərisində İmçin və II Takoje abidələri daha maraqlıdır. Buradan aşkar olunmuş maddi-mədəniyyət qalıqlar Amur və Primorye materialları ilə olduqca oxşarlıq təşkil edir.
Beləliklə, mezolit dövrü insanların məişətində, onların təsərrüfat həyatında və mənəvi dünyasında misli görünməmiş dəyişikliklər dövrüdür.
Mezolit dövrü Azərbaycanda VII minilliyədək davam etmişdir. Onun izlərinə Damcılıda və Qobustabdakı Ana zağası,Çobanlar zağası, Firuz düşərgəsi kimi abidələrdə rast gəlmək mümkündür. Bu abidələrdən xırda daş alətlər, ox ucluqları, alət hazırlamaq üçün karandaşvari nüvəciklər, mikrolövhəciklər ilə yanaşı, əhliləşdirilmiş heyvan sümükləri də aşkar edilmişdir.
Deməli, həmin dövrdə insanlar nəinki ox-yay gəzdirib ovçuluqla məşğul olmuş, həmçinin bəzi heyvanları əhliləşdirə bilmişlər. Mezolit dövrü düşərgələrini öyrənən dünya alimləri bu dövrdə yaşamış insanların həyat tərzinə aid maraqlı materiallar toplamışlar.

Yüklə 34,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin