GiRİŞ I. Konfutsinin vətəni II. Sin sülaləsi III. Çində feodal münasibətləri IV. Xan sülaləsi



Yüklə 23,59 Kb.
səhifə1/3
tarix02.12.2023
ölçüsü23,59 Kb.
#137386
  1   2   3
Qədim çin sin və xan sülalələri dövründə


GİRİŞ
I. Konfutsinin vətəni
II. Sin sülaləsi
III. Çində feodal münasibətləri
IV. Xan sülaləsi
NƏTİCƏ
ƏDƏBİYYAT SİYAHISI

GİRİŞ
Çin bəşəriyyətin əcdadlarının ilk beşiklərindəndir. 1923-cü ildə Pekin yaxınlığında tapılan "pekin insanı"nın qalıqlarının tarixi 400–300 min il əvvələ gedib çıxır. "Müasir insan"ın ilkin forması Çində təxminən 40 min əvvəl yaranıb. E.ə. 5 və 3-cü minilliklər arasındakı dövrdə Çində, onun şimal-qərb vilayətlərində (Xenan əyaləti), naxışlı keramika hazırlanması sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti meydana gəlir. Yanşaolular cilalanmış daş alətlər hazırlamağı, torpağı becərməyi və donuz saxlamağı bacarırdılar. Onlar qamış və torpaqla örtülmüş yarımdəyələrdə yaşayırdılar. E.ə. 3-cü minilliikdə şimal-şərq vilayətlərində (Şandun əyaləti) Lunşan son neolit mədəniyyəti meydana gəlir. Şan-İn sülaləsində olduğu kimi Lanşon mədəniyyətində də gümüş ox ilə heyvanların sümüklərini yandırmaqla fala baxmaq təcrübədən keçirilirdi. Lunşan mədəniyyətinin ardınca mərkəzdə və Xenaninin qərbində və Şansinin cənu Sülalələrin dünyagörüş təyinatını ifadə edən adlar da mövcud idi. Öz növbəsində sülalə dövrləri hökmdarların "hakimiyyət dövrünə" bölünür. Əvvəllər bu dövrlər ancaq hakimiyyətdə olan hökmdarın adı və ya titul adı ilə adlandırılırdı, e.ə. 163-cü ildən isə hökmdarlıq dövrünün əsasən nikbin və xoş hakimiyyəti dövründə ardıcıl olaraq bir neçə müxtəlif devizə malik ola bilərdi.
Qədim çin sin və xan sülalələri dövründə
I. Konfutsinin vətəni
Şandun əyalətinin cənubunda yerləşən Tsyuyfu şəhəri qədim tarixə malikdir və qədim Çin mədəniyyət ocaqlarından biridir. Tsyuyfu bütün dünyada məşhurdur – Konfutsiçiliyin banisi, Çin tarixinin dahi mütəfəkkiri, siyasətçisi və pedaqoqu – Konfutsi burada dünyaya gəlmiş və yaşamışdır. Konfutsi təlimi nəinki Çin cəmiyyəti, tarixi və mədəniyyətinin inkişafına böyük təsir göstərmiş, eləcə də dünya sivilizasiyasının, xüsusən şərq sivilizasiyasının inkişafını çox zənginləşdirmişdir. Konfutsi – dünyada qəbul edilmiş mədəniyyət xadimidir. Konfutsinin ölümündən sonra dahi mütəfəkkir və maarifçinin şərəfinə vətənində eyni adlı məbəd və nəhəng saray tikilisi ucaldılmış, meşə salınmışdır, burada hər yerdə qədim Çin mədəniyyəti hiss olunur. Konfutsi məbədi Tsyuyfu şəhərinin mərkəzində yerləşir, şərq memarlıq üslubunun mühüm nümunəsidir, Pekindəki Ququn sarayı və “Bişuşançjuan” Xebey imperator iqamətgahı ilə birlikdə üç görkəmli qədim Çin memarlıq abidələrindən biridir. İmperatorların Konfutsiyə qurban kəsdikləri yer – Konfutsi məbədi e.ə. 478-ci ildə tikilmişdir (Konfutsinin ölümündən iki il sonra), ilk vaxtlar onun 3 zalı vardır. Xan dövründə (e.ə. 206-220-ci illər) imperator Udi konfutsiçiliyi son dərəcə yüksəltdi və o, tədricən Çinin ortodoksal feodal mədəniyyətinə çevrildi. Öz maraqlarından çıxış edən hökmran saraylar Konfutsini “mükəmməl müəllim” hesab edərək konfutsiçilik ehkamlarını dəyişdilər. Burada imperatorların özləri və onların çoxsaylı elçiləri Konfutsiyə qurbanlar gətirirdilər. Tsin imperatoru Tsyanlun Konfutsi məbədini səkkiz dəfə ziyarət etmişdi. Aydındır ki, Konfutsi məbədinin sərhədləri əsrdən-əsrə genişlənrdi. Dəyişiklərə uğrayan, Min (1368-1644-cü illər) və Tsin (1644-1911-ci illər) dövrlərində daim genişlənən Konfutsi məbədi bugünki şəklini almışdır. O, 218 kv. m təşkil edir, 9 saraydan ibarətdir, 466 müxtəlif otağı var, 54 xatirə arkasına malikdir. Onun üç əsas pavilyonu cənubdan şimala mərkəzi xəttdə yerləşmişdir, digər tikililər onun hər iki tərəfindən simmetrik düzülmüşdür. Konfutsi məbədi qırmızı kərpicdən olan divarla əhatə olunaraq xatirə alaqapıları və künc qüllələri ilə çərçivəyə alınmışdır, o, öz möhtəşəmliyi, əzəməti, ideya və memarlıq həlli bitkinliyi, zərif işi və yüksək tikinti ustalığı ilə bütün ölkədə və dünyada məşhurdur. Konfutsi məbədində 2100-dən artıq yazılı daş lövhə saxlanılır. Daş lövhələr həm çox gözəl tarixi şəkillər, həm də xəttatlıq və oyma sənəti sərgisidir.
Konfutsinin nəvələri 9 nəsiləcən ata-baba evində yaşamışlar. Titullarının və sarayda mövqelərinin artması ilə Konfutsinin nəsli mütəmadi olaraq ata-baba mülkünü genişləndirmişdilər. Sun imperatoru Jentszun Konfutsinin 46-cı nəsil nəvəsinə “Yanşenqun” titulu vermişdi, bundan sonra nəsil evi “Yanşenqun İqamətgahına” çevrilmşdi. Bu memarlıq-park kompleksinin 463 ayrı-ayrı otağı vardı, o, 160 m2 əhatə edir və cənubdan şimala 2 km uzanır. Konfutsinin saray kompleksi məbəddən şərqdə yerləşir,o, şərqi, qərbi və mərkəzi hissələrə bölünür. Şərq hissəsində dədə-baba yurdu və emalatxanalar yerləşir, qərb hissəsi qonaqların qəbulu və traktat oxunma yeri rolunu oynayır, mərkəzi hissədə isə bu saray ahənginin əsas tikililəri yerləşir: ön hissə - xidmət otağı, arxa hissə - yaşayış yeridir. Cah-cəlallı mövqe, zərif səliqə-səhman və mədəni dəyərlər komlpeksin qonaqlarını valeh edir.
Konfutsi sarayında saxlanılan qədim abidələr qədim Çin tarixi və mədəniyyətinin öyrənilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Konfutsi meşəsi Tsyuyfudan 1 km şimala uzanır, burada Konfutsinin nəsil qəbirstanlığı vardır, hansı ki, Çində ən iri və yaxşı saxlanmış qəbirstanlıq sayılır. Konfutsi Tsyuyfu şəhərinin şimalında, Çjuşuy çayının sahilində dəfn olunmuşdur. Konfutsi təliminin rolunun artması ilə onun ata-baba meşəliyi durmadan genişlənirdi, Tsin dövründə o, artıq 2 km2 təşkil edir, 3,4 m hündürlüyü olan 7,5 km-lik divarla əhatə olunurdu. Konfutsi meşəsi eyni zamanda çox gözəl yaradılmış parkdır, burada qədim Çin memarlığının bir çox tikililəri ucalır, 20 mindən çox minillik ağac və 100 min iri ağac sıx bitir. Meşənin hər yerində Şimali Sun sülaləsi, sonralar isə Min və Tsin dövrlərinə aid yazılı daş plitələrə və daş heykəllərə rast gəlmək mümkündür. Bu müasir adamlar üçün əsl xəlvət cənnətdir.

Yüklə 23,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin