9.Regional siyasət, idarəetmənin qanunverici və icraedici orqanları.
Regional siyasət, regional inkişafın dövlət tərəfindən tənzimlənməsi və idarə olunması dünyanın bütün ölkələrində geniş inkişaf etməsinə baxmayaraq bu sahədə öz həllini gözləyən problemlər də çoxdur. Əsas problem ondan ibarətdir ki, hələlik dünyanın heç bir ölkəsində regional inkişafın idarə olunması və tənzimlənməsinə cavabdeh olan vahid mərkəzi orqan yoxdur. Dövlətin bu fuknsiyası müxtəlif mərkəzi, yerli və sahəvi idarəetmə orqanları (Nazirlik, Komitə, Komissiya, müxtəlif səviyyəli yerli özünüidarəetmə orqanları) arasında bölüşdürülür.
Dövlət regional idarəetmə orqanlarını aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar:
Hakimiyyət orqanlarının məqsəd və vəzifələrinə görə: a) qanunverici orqanlar; b) dövlət icra hakimiyyəti orqanları (icraçı və sərəncamverici orqşanlar; c) nəzarət orqanları;
Hakimiyyət orqanlarının fəaliyyətinin mərkəzləşməsi və qeyri-mərkəzləşməsi dərəcəsinə görə idarəetmə orqanları ali və yerli dövlət idarəetmə qanunlarına bölünür;
Dövlət idarəetmə orqanları fəaliyyətlərinin xarakterinə görə aşağıdakı kimi təsnifləşdirmək olar: a) ümumi idarəetmə orqanları; b) sahə idarəetmə orqanları; c) sahələrarası funksional orqanlar; d) müəssisə və səhmdar cəmiyyəti, birliklərin müdiriyyəti.
Azərbaycanda iqtisadiyyatın, bütövlükdə sosial-iqtisadi inkişafın idarəe\ olunmasında qanunvericilik funksiyasını ölkə miqyasında Milli Məclis və onun müvafiq Komitələri, Naxçıvan MR Ali Məclisi və onun Komissiyaları yerinə yetirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir, hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisə seçkilər hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclis hər il iki növbəti sesiyaya toplaşır: yaz sesiyası (fevralın 1-dən mayın 31-dək) və payız sesiyası (sentyabrın 30-dan dekabrın 30-dək) fəaliyyət göstərir.
Milli Məclis ölkənin həyatını tənzimləyən və idarə edən qanunları və qərarları qəbul edir. Milli Məclisin qəbul etdiyi qanunlar qəbul edildiyi gündən 14 gün müddətinə təcili elan olunan qanunların lahiyyəsi isə qəbul edildiyi gündən 24 saat ərzində imzalanmaq üçün Respublika Prezidentinə təqdim olunur. Qanun imzalandıqdan sonra mətbuatda dərc olunduğu gündən qüvvəyə minir.
Milli Məclisin qanunvericilik fəaliyyətində, idarəetmə məsələlərinin həllində onun daimi Komitələri mühüm rol oynayır. Bu Komitələr Milli Məclis tərəfindən deputatlardan təşkil olunur. Onlar Milli Məclisin səlahiyyəti dairəsində olan məsələləri ilkin olaraq nəzərdən keçirir və hazırlayır. Bu Komitələr həm də mövcud qanunların icrası sahəsində dövlət orqanları və təşkilatlarının fəaliyyətinə nəzarət edirlər. Bunlar Naxçıvan MR Ali- Məclisinin Komissiyalarında da həyata keçirilir.
Azərbaycan Rəespublikası Milli Məclisinin Naxçıvan MR Ali – Məclisinin, onların Komitə və Komissiyalarının qanunvericilik və idarəetmə fəaliyyəti ölkə iqtisadiyyatının və iqtisadi münasibətlərin bütün sahələrini (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, büdcə, maliyyə, bank, pel-kredit münasibətləri, təhsil, elmi, səhiyyə, ticarət, ictimai iaşə sahələri və i a.) əhatə edir. Milli Məclisdə qanunlar müvafiq müzakirələrdən sonra gizli səsvermə yolu ilə qəbul edilir.
Azərbaycan Respublikasının İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə tabedir. Prezident seçilməsindən elan olnduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: «Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm». Bu and Prezidentin və onun İcra Aparatının fəaliyyət istiqamətlərini müəyyən edir. Bu fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə seçkiləri təyin edir, dövlət büdcəsini və onun icrasını təsdiq edir, onu Milli Məclisin təsdiqinə verir;
Prezident ölkəni sosial və intisadi inkişaf siyasətini müəyyən edir, bütün sahələrdə inkişaf strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir;
Azərbaycan Respublikasının baş nazirini təsdiq edir, vəzifədən çıxarır, nazirlər kabinetinin üzvlərini vəzifəyə təyin edir və çıxarır, lazım gəldikdə Nazirlər Kabinetinin iclasına sədrlik edir;
Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
Azərbaycan Respublikası Prezidentinin icra aparatını təşkil edir və onun rəhbərini təyin edir. Ona tabe olan bütün orqanların fəaliyyəti üzərində nəzarəti həyata keçirir;
Qanunları imzalayır və təsdiq edir. Preziden ölkənin siyasi, sosial, müdafiə, təhlükəsizlik məsələlərində, beynəlxalq münasibətlərdə, kadr, təhsil məsələlərində xüsusi səlahiyyətlərə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti İcra səlahiyyətinin təşkili məqsədilə Respublikanın Nazirlər Kabinetini təşkil edir. Nazirlər Kabineti Prezidentin İcra hakimiyyətinin ali orqanıdır, prezidentə tabedir və onun qarşısında hesabat verir, onun iş qaydasını da prezident müəyyənləşdirir. Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və icra hakimiyyəti orqanlarının rəhbərləri daxil olur. Azərbaycan Respublikasının Konstitusiyasına görə baş nazirə müstəsna hallarda Respublika Prezidentini əvəz etmək səlahiyyəti verilir.
Azərbaycan respublikası Konstitusiyasının 119-cu maddəsində Nazirlər Kabinetinin səlahiyyətləri müəyyən edilmişdir.belə ki, o, dövlət büdcəsinin lahiyəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim edir, dövlət büdcəsinin icrasını təmin edir, maliyyə-pul-kredit siyasətinin dövlətin iqtisadi inkişaf və sosial təminat proqramlarının hazırlanmasını və həyata keçirilməsini təşkil edir. Nazirlərə, digər Mərkəzi İcra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir.
Prezidentin icra apparatı sisteminə aşağıdakılar daxildir: Azərbaycan Respublikasının Prezidentinin İcra Apparatı (bu apparata icra aparatının rəhbəri, dövlət müşavirləri, prezidentin katibliyi) qərarlar və sərəncamlar qəbul etmək hüququna malik Nazirlər Kabineti.
Nazirlər Kabineti öz səlahiyyətlərini həyat keçirmək üçün özünün idarə aparatına malik olur. Bu apparata Nazirlər Kabinetinin rəhbəri, onun birbaşa tabeliyində olan çoxsaylı (təqribən 20) şöbə və bölmələr daxil olur.
Yerlərdə icra hakimiyyətinin yerli icra hakimiyyətinin (rayon, şəhər, şəhər rayonu, kənd, qəsəbə) başçıları həyata keçirilər. İcra hakimiyyətinin başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, yerli icra hakimiyyətinin səlahiyyətlərini də onların əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
Beləliklə, icra hakimiyyəti orqanları preziden və onun icra aparatını, yerli icra hakimiyyətinin strukturlarını və fnuksiyalarını əhatə edir.
Hər bir ölkədə iqtisadiyyatın sabit sürətlə və səmərəli inkişaf etdirilməsi mənafeyi həmin ölkədə maliyyə, bank-kredit, pul-tədavülü, uçot, nəzarət sisteminin nizama salınmasını və normal fəaliyyət göstərməsini tələb edir, normal maliyyə-kredit qiymət, təchihat və satış mexanizminin formalaşmasını zəruri edir.
Ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsini əlaqələndirmək, sahələr və ərazilərin inkişafında zəruri nisbətləri formalaşdırmaq lazımdır. İdarəetmənin bu funksiyalarını reallaşdırmaq üçün respublikada sahələrarası funksional orqanlar formalaşmışdır. Bunlar maliyyə və vergilər Nazirləri, Gömrük Komitəsi, respublikanın Bank sistemi, İqtisadi İnkişafı Nazirliyi, onun qiymət idarəsi, Azərbaycan Respublikası Dövlət Tsatistika Komitəsi və onun şöbələri, Auditorlar Palatası və regional böləmləəri olan başqa orqanlardır.
Dostları ilə paylaş: |