1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Azərbaycan Respublikasında azad (xüsusi) iqtisadi zonaların yaradılmasının zəruriliyi və imkanları



Yüklə 92,5 Kb.
səhifə26/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   18   19   20   21   22   23   24   25   26
Regional Iqtisadiyyat imtahan suallari

20.Azərbaycan Respublikasında azad (xüsusi) iqtisadi zonaların yaradılmasının zəruriliyi və imkanları.

Ölkəmizdə müstəqillik dövründə bazar münasibətlərinin formalaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər, qəbul olunmuş oçxsaylı qanunlar, normativ-hüquqi aktlar dövlət əmlakının özəlləşdirilməsi, milli sahibkarların yetişməsi, xarici ölkələrlə birgə təsərrüfatçılıq formalarının inkişaf etdirilməsi, ölkəmizin iqtisadiyyatına qoyulan investisiyalarda nisbətin dəyişməsi və s. onun açıq iqtisadiyyata keçid yolunda müəyyən nailiyyətlər qazanıldığını göstərir. Bu yol, şübhəsiz ki, ölkəmizin malik olduğu təbii-iqtisadi potensialdan, elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərindən istifadə olunmasına bazar iqtisadiyyatının tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə imkan verəcəkdir. Bütün bunlar isə Azərbaycanın malik olduğu imkanlara uyğun gələn güzəştli fəaliyyət zonalarının – azad iqtisadi zona, sosial iqtisadi zona, xüsusi iqtisadi zona– yaradılmasını zəruri edir.

Bu istiqamətdə görülməsi zəruri olan işləri üç qrupa bölmək olar: 1) ölkədə güzəştli təsərrüfat fəaliyyəti zonalarının yaradılmasının elmi-metodoloji əsaslarının müəyyən edilməsi; 2)ölkənin real şəraitini nəzərə alaraq xüsusi qanunların normativ-hüquqi sənədlərin qəbul edilməsi; 3) ölkənin bu və ya digər regionunda xüsusi iqtisadi rayonların yaradılması ilə əlaqədar təşkilati işlərin görülməsi.

Bu sahədə bir sıra işlər görülmüş və görülür. Belə ki, son illərdə respublika mətbuatında belə iqtisadi zonaların yaradılmasının zəruriliyi haqqında yazılar dərc olunmuş, iqtisadi rayonların əksəriyyətində bunun üçün imkanların olduğu əsaslandırılmışdır. Keçən əsrin 90-cı illərinin axırları və XXI əsrin əvvəllərində çap olunan elmi əsərlərdə Bakı-Sumqayıt, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran iqtisadi rayonlarında və Naxçıvan MR-də xüsusi iqtisadi zonaların yaradılması üçün geniş imkanlar olduğu əsaslandırılmışdır.

Bu imkanlar adları çəkilən iqtisadi rayonlarda ona görə mümkündür ki, həmin rayonlarda:1)əlverişli təbii-coğrafi şərait, beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsi (dəmir yolu, hava, su, avtomobil yolları, telekommunikasiya şəbəkəsi, bir neçə rayonun ərazisindən keçən neft və qaz kəmərləri) mövcuddur; 2)Kifayət qədər zəngin təbii sərətlər, məhsuldar torpaq sahələri, mineral-xammal ehtiyatları vardır; 3)müasir texniki-texnoloji bazaya malik olan sənaye müəssisələri, digər istehsal və sosial infrastruktur sahələri mövcuddur; 4)sabit ictimai-siyasi şərait, əlverişli investisiya mühiti vardır.

XX əsrin 90-cı illərinin ikinci yarısında Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasına dair bir sıra ideyalar irəli sürülmüşdür. Bunlardan biri Sumqayıtda xüsusi iqtisadi zonanın yaradılması ideyasıdır. Başqa sözlə, bu dövrdə belə bir formalaşmışdır ki, Sumqayıt şəhərində xüsusi iqtisadi zona yaradılmalı və o, istehsal, ixrac, elmi-texniki inkişaf, ətraf mühitin mühafizəsi funksiyalarını yerinə yetirməlidir. Xüsusi iqtisadi zonaları idarə etmək üçün Prezidentin icra aparatına tabe olan Agentlik (İdarəetmə şurası) yaradılması, onun tərkibində istehsalın inkişafını təmin edən «istehsal», elmi-texniki inkişafı təmin edən «elmi-texniki inkişaf» və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri idarə edən «Ekologiya» konkorsiumunun yaradılması təklif olunurdu.

Lakin görülmüş bir sıra elmi-metodoloji xarakterli işlərə baxmayaraq 2004-cü ilədək respublikamızda bu istiqamətdə elə bir əməli iş görülməmişdir (sərhədyanı bazarlar istisna olmaqla). Bu iş bütövlükdə özünün başlanğıc mərhələsində dayandırılmış, təşəbbüs xarakteri daşımış, ümumdövlət səviyyəsində əsaslı elmi-metodoloji və təşkilati tədbirlər görülməmişdir.

Azərbaycan Respublikası rayonlarının sosial-iqtisadi inkişafı Dövlət proqrammı (2004-2008-ci illər)»nda Azərbaycan Respublikasında makroiqtisadi sabitliyi və davamlı inkişafı təmin etmək üçün görülməsi nəzərdə tutulan tədbirlər içərisində «qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən ölkədə xüsusi iqtisadi zonaların yaradılması, investisiya fəaliyyətinin genişləndirilməsi, antiinhisar və digər iqtisadi münasibətləri tənzimləyən regionların inkişafını stimullaşdıran qanun layihələrinin hazırlanması»nın zəruriliyi xüsusi qeyd edilir. Proqramda həmçinin Azərbaycan Respublikasının Şimal, Cənub və Qərb istiqamətlərində, habelə Bakı şəhəri ətrafında sərbəst gömrük zonalarının yaradılması nəzərdə tutulurdu.



Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin imzaladığı «Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında» 6 mart 2007-ci il tarixli fərmanında beynəlxalq təcrübəyə istinad olunaraq göstərilir ki, xüsusi iqtisadi zonalar ayrı-ayrı ərazilərin və bütövlükdə ölkənin iqtisadi inkişafına güclü təsir imkanına malikdir. Bu, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasına əlverişli şərait yaradacaqdır. Ölkədə qəbul edilmiş strateji proqramların və layihələrin həyata keçirilməsində, prioritet iqtisadi və sosial vəzifələrin həll edilməsində xüsusi iqtisadi zonalar mühüm rol oynaya bilər.
Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin