2. Konsernlər - çoxsahəli səhmdar cəmiyyətləri olub müəssisəyə iştirak sistemi vasitəsilə nəzarət edirlər. Konsernlər müxtəlif şirkətlərdən səhm paketini əldə edirlər və həmin şirkətlər isə konsernə daxil olurlar. Öz növbəsində konsernə daxil olan şirkətlər də digər səhmdar şirkətlərinin nəzarət səhm paketini əldə etmiş olur. Konsern – kapitalın və istehsalın yüksək səviyyədə təmərküzləşməsi və mərkəzləşməsi əsasında yaradılmış səhmdar cəmiyyətidir. Konsern özünün müxtəlif törəmə şirkətlərin səhmlərə nəzarət paketini əldə edir. Eyni zamanda, onun (konsernin) törəmə müəssisələri digər, bəzi hallarda hətta əcnəbi ölkələrin səhmdar cəmiyyətlərinin səhmlərinə nəzarət paketini ala bilərlər. Konsernin tərkibinə yalnız müxtəlif sənaye və nəqliyyat sahələrinin müəssisələri deyil, həm də bank, sığorta və digər firmalar da daxil ola bilər. Konsernə daxil olan müəssisə formal olaraq müstəqilliyini saxlayır. Faktiki olaraq onlar konsernin tam nəzarətində olurlar. Müasir konsernlər üçün müxtəlif ölkələrin firmalarının birliyi, beynəlxalq əmək bölgüsünə əsaslanan istehsalın təşkili formalarından olan ixtisaslaşma və kooperativləşmə də səciyyəvidir. Konsernin təlimatına görə, bir müəssisə eyni zamanda iki konsernin tərkibinə daxil ola bilməz.
Sahibkarlığın təşkilati-iqtisadi formalarından biri də assosiasiyadır. Assosiasiyalar – iqtisadi cəhətdən müstəqil müəssisələrin könüllü birliyidir. Assosiasiya – müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır. Assosiasiya konsernlə müqayisədə «demokratik» bir birlikdir. Belə ki, assosiasiyaya daxil olan bir müəssisə digər, başqa analoji qurumun da üzvü ola bilər. Bir qayda olaraq assosasiya öz hərəkətinə görə, eyni ərazidə yerləşən ixtisaslaşmış müəssisələrdən ibarət olur. Bu qəbildən olan birliklər birgə səy əsasında elmi-texniki, istehsal, iqtisadi, sosial və digər məsələlərin həlli ilə məşğul olurlar.Assosiasiyaların yaradılmasında əsas məqsəd elmi-texniki, istehsal, iqtisadi, sosial və digər məsələlərin həllində birgə fəaliyyət göstərməkdən ibarətdir.