1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Mövzu 16. Sahibkarlığın inkişafında kiçik müəssisələrin rolu



Yüklə 220,06 Kb.
səhifə48/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   44   45   46   47   48   49   50   51   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Mövzu 16. Sahibkarlığın inkişafında kiçik müəssisələrin rolu

1. Kiçik və orta müəssisələrin sahibkarlıq fəaliyyətində əhəmiyyəti və vəzifələri
2. Kiçik müəssisələrin respublika iqtisadiyyatında yeri və onların vəzifələri
3. Azərbaycanda kiçik biznesin problemləri və onların aradan qaldırılması yolları
1. Dünya təcrübəsi göstərir ki, müasir dövrdə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının səmərəli inkişafında kiçik sahibkarlıq fəaliyyəti əhəmiyyətli rol oynayır. Kiçik sahibkarlığın inkişafı mülkiyyətin müxtəlif formalarının meydana gəlməsinə və inkişafına, azad rəqabətə və təşəbbüskarlığa, yeni ideyaların və ixtiraların, eləcə də səmərəli təklifləri istehsalatda reallaşmasına zəmin yaratmaqla, inhisarlaşdırmanın və sosial gərginliyin aradan qaldırılmasına səbəb olur ki, bu da mühüm sosial-iqtisadi problemlərin sürətlə həllinə kömək etmiş olur. Hazırda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların strateji istiqamətlərindən biri də məhz, kiçik sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdırılması hesab olunmalıdır.
Kiçik sahibkarlıq müəssisələrinin sosial iqtisadi əhəmiyyəti ondadır ki, onlar böyük çeviklik göstərərək bazar konyukturasının dəyişməsinə tez reaksiya verirlər ki, bu da onların kiçik ölçüdə olmasıdır. Məhz buna görə də, kiçik müəssisələr bazarda sərbəst hərəkət etməklə dəyişməkdə olan məhsul tələbatını ödəməyi öz üzərinə götürürlər.
Eyni zamanda həcmcə kiçik olan, bəzən bir sahibkara məxsus müəssisə, süründürməçiliyə düçar olmayıb az saylı şəxslər tərəfindən idarə edilir. Ona görə də kiçik müəssisələr iri müəssisələrə nisbətən bazar dəyişikliyi zamanı çevik olur və daha tez müddət ərzində bazara uyğunlaşa bilirlər. Həmçinin kiçik müəssisələr bir çox hallarda yeni sahələrin və yeni bazarların yaradılmasına əsasını qoyurlar.
Onu da qeyd edək ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında kiçik müəssisələr müxtəlif adlar altında fəaliyyət göstərirlər. Belə ki, Almaniyanın iqtisadiyyat elmində kiçik müəssisələr orta müəssisələrdən fərqlənmir və Mittelştant adı ilə bu müəssisələrə orta təbəqə kimi baxılır, lakin digər ölkələrdə, xüsusilə ABŞ-da və İngiltərədə kiçik biznes və kiçik firma, Fransada sənətkarlıq, Latın amerikasında kiçik sənaye, Afrikada kişik istehsalat, bəzi ölkələrdə qeyri-formal sektor, Polşada kiçik biznes, Macarıstanda kiçik biznes və yardımçı təsərrüfat, yeni müstəqillik əldə etmiş sovet respublikalarının hamısında kiçik müəssisə, kiçik sahibkarlıq və kiçik biznes adlandırılır.
İstər Qərb, istərsə də, sabiq sovet tədqiqatçıları kiçik müəssisələri öyrənərkən onları ya kiçik firma, ya da kiçik biznes adlandırırlar.
Kiçik müəssisələr innovasiya prosesində, xüsusilə də elmtutumlu sahələrin inkişafında mühüm rol oynayırlar. Bütövlükdə, ABŞ-ın və yaponiyanın iqtisadiyyatında 14-15 min, Almaniyada isə 8 mindən çox kiçik vençur müəssisələri fəaliyyət göstərirlər. Belə ki, kiçik firmalar iri müəssisələrə nisbətən bir nəfər məşğul olan hesabına 4 dəfə çox yenilik edir və bir mühəndisə və ya yaxud tədqiqatçıya isə iri müəssisələrdən iki dəfə az xərcqoyur. Bütün alim və mühəndislərin 94 faizi və elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə qoyulan xərclərin 96 faizi cəmləşən 1 mln. İşçisi olan iri korporasiyalarda, yeniliklərin sürəti və sayı 31-ə, kiçik müəssisələrdə isə 36,2-yə bərabər olmuşdur.
ETT-ni inkişaf etdirmək və onun nəticələrini dərhal istehsala tətbiq etmək, yeni ideyaları axtarıb tapmaq və onu işləyib hazırlamaq baxımından kiçik innovasiya müəssisələrinin iqtisadi və sosial əhəmiyyəti böyükdür. Ona görə ki, onların mühitində ideyalar yaranır və bunlar da sonradan elmdə və istehsalda bütöv bir sahənin inkişafı üçün ilkin baza olur.
Bir sıra ölkələrin iqtisadiyyatında fəaliyyət göstərən kiçik və orta müəssisələrin xarici ticarətdə böyük iqtisadi və sosial əhəmiyyəti vardır. Belə ki, Fransada onlar qeyri-dövlət ixracatının təqribən 50 faizini, o cümlədən, işçilərin sayı 10 nəfərə qədər olan müəssisələrin payı isə 9,5 faiz təşkil edir. İtaliyada isə ixracat fəaliyyətində iştirak edən bütün müəssisələrin 82 faizi kiçik müəssisələrdən ibarətdir.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən belə qənaətə gəlmək olar ki, kiçik müəssisələr ümumi iqtisadi kateqoriya olmaqla yanaşı, yeni iş yerlərinin yaranmasında, texnologiya və texniki vasitələrin tətbiqində, xarici ticarətin inkişafında, daxili və xarici bazarda istehlakçıların tələbatının onların zövqünə uyğun surətdə dolğun təmin olunmasında, böhran vaxtı meydana çıxan sosial-iqtisadi məsələlərin, xüsusilə də işsizlik probleminin aradan qaldırılmasında və s. bu kimi problemlərin həllində mühüm rol oynamaqla, böyük sosial- iqtisadi əhəmiyyətə malikdir.
2. Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi-sosial problemlərin həlli inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında iri müəssisələrlə yanaşı kiçik müəssisələrin inkişafı ilə bağlıdır və bunların iqtisadiyyatda öz yeri və öz rolu vardır.
Kiçik müəssisələr də öz növbəsində həm ölkəmizin daxili bazarının əmtəə və xidmətlərlə dolmasında, sahə və regional inhisarçılığının ləğv edilməsində, həm də təşəbbüskar insanların yaradıcılığının üzə çıxmasına və həyata keçirilməsinə geniş imkanlar açılmasında mühüm rol oynayır.
Kiçik müəssisələrin sayının və əhəmiyyətinin iqtisadiyyat sahələri üzrə artması ilk növbədə respublikada iqtisadi islahatların aparılması, istehsalın texnoloji və təşkilati qurulişunun yenidən qurulması ilə əlaqədardır. Bu hal kiçik həcmli istehsal müəssisələrinin inkişafını sürətləndirir və əlavə işçi qüvvəsini istehsala cəlb edir. Həmçinin iri müəssisələrin quruluşunun dəyişməsi nəticəsində sexlər və filiallar müstəqil istehsal vahidlərinə çevrilir ki, bu da axırda partiyalarla kiçik seriyalı məhsul istehsalçılarının sayını və rolunu artırır.
Respublikada fəaliyyət göstərən kiçik müəssisələr əsasən aşağıdakı çətinliklərlə qarşılaşırlar. 1. İstehsalın inkişafına xüsusi maliyyə vəsaitinin çatışmaması; 2. Hüquqi təminatın qeyri- sabitliyi; 3. Məhsul satışı problemi, xammal və material əldə etmə çətinliyi; 4. Daxili bazarın zəif qorunması; 5. İdxal edilən malların respublikada hakim rol oynaması; 6. Dövlət orqanlarının müəssisə sahibinin işinə tez-tez müxtəlif yollarla mane olması problemi.
Bütün bunlar respublikada kiçik müəssisələrin inkişafını ləngidən əsas amillərdir. Lakin iqtisadiyyat sahələrində və iqtisadi rayonlarda kiçik müəssisələrin fəaliyyət göstərməsi faizinin aşağı düşməsinə bilavasitə daxili və xarici amillər də təsir edir. daxili amillər dedikdə, əsasən respublikada fəaliyyət göstərən müəssisələrin maliyyə təməlinin və xammal bazasının zəif olması nəzərdə tutulur.
Azərbaycanda kiçik biznesin əsas problemlərindən biri kreditləşdirmədir. Kreditlər ya girov qoyulmaqla, ya da zəmanətə görə verilir ki, çox zaman kiçik müəssislərin buna imkanı olmur. Kiçik müəssisə ittifaqları, həmçinin xüsusi fondlar hazırda həmin müəssisələrə kreditlər almaq üçün zəmanət vermirlər. Kiçik biznes müəssisələrinə xidmət edəcək xüsusi banklar yoxdur. Şəxsi kiçik müəssisələ Belə ki, kiçik müəssisələrin bankdan kredit götürməsi işi olduqca çətindir. Banklarda kiçik müəssisələrlə bağlı olan əsas çətinliklər aşağıdakılardır: kredit faizinin yüksək olması, kiçik müəssisələrə sahibindən əmlakının girov qoyulması tələbi, uzunmüddətli kreditin verməməsi və s. subyektiv amillər
Məlum olduğu kimi biznesin inkişafında dövlətin investisiya köməkliyi mühüm əhəmiyyət kəsb etdiyi üçün əksər ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilir. Respublikada biznes fəaliyyətinin formalaşması və inkişafı üçün sahibkarlığa dövlət investisiya köməyi diqqət mərkəzində olmuşdur.
Kiçik müəssisələr həmçinin informasiya xidmətinə, kadrların hazırlanmasına, güzəştli bank kreditlərinə və digər köməyə ehtiyac hiss edirlər.
Antiinhisar siyasəti və sahibkarlığa kömək komitəsi ölkədə sahibkarlığın inkişaf etdirilməsi üzrə əslində başlıca rol oynamalıdır.
3. Kiçik biznesin dövlət tərəfindən birbaşa və zəmanətli borc vasitəsilə dəstəklənməsi diqqətəlayiqdir. Kiçik firmalara birbaşa borclar müəyyən dövrlər üçün kişik faizli stavkalarla verilir. Dövlət xüsusi bankları ticarət və sənaye kooperasiyalarının, sığorta şirkətlərinin, təqaüd fondlarının kiçik firmalara kapital vermələrini həvəsləndirməyə çalışır.
Dövlət dəstəklənməsinin başqa formaları da mövcuddur: kiçik müəssisələrin dövlət sifarişi ilə (əgər belə zərurət meydana çıxarsa) təmin edilməsi, sənayecə zəif inkişaf etmiş rayonlarda yaradılan müəssisələrə xüsusi güzəştlərin verilməsi və s.
Hazırda Azərbaycanda kiçik sahibkarlıq formalarının inkişafı əsasən, böyük kapital tələb etməyən vasitəçilik sferalarında və xidmət sahələrində-ticarətdə, ictimai iaşədə milli obyektlərin inşa edilməsində, texnikanın və maşınların kiçik təmir edilməsində, kənd təsərrüfatında baş verməkdədir. Bununla belə, elmi-texniki yeniliklər, və informasiya sferası kimi güclü bazar mənimsənilmir. Bu, bir tərəfdən dövlət idarəetmə strukturlarının həmin problemə lazimi səviyyədə diqqət verməməsi ilə kiçik elmi-texniki biznesin inkişafını təmin edəcək normativ aktların olmaması ilə, digər tərəfdən isə bu sahənin nisbətən böyük kapital tələb etməsi və böyük risklər ilə qarşılaşmasıdır. Azərbaycanda kiçik və orta sahibkarlıq öz fəaliyyətində bir çox çətinliklərlə qarşılaşır. Belə ki, kiçik biznes bizim iqtisadiyyatda nisbətən yeni fəaliyyətdir. Buna görə də kiçik bizneslə məşğul olan müəssisələrin yaradılmasında və inkişaf etdirilməsində aşağıdakı problemlər meydana çıxmaqdadır:
1) bu gün kiçik sahibkarlığın əsas problemi-istər maddi-texniki, istərsə də, maliyyə resurslarının kifayət qədər olmamasıdır. Praktiki olaraq söhbət xalq təsərrüfatının geniş yeni sektorunun yaradılmasından gedir. Uzun illər ərzində bu sektor, demək olar ki, mövcud olmamış və hazırlıqlı sahibkarlar yetişdirilməmişdir. Əhalinin böyük hissəsi aylıq cüzi məvaciblə dolandığından vəsait ehtiyatı toplanmasına imkan olmamışdır. Bunun nəticəsidir ki, şəxsi sahibkarlıq fəaliyyəti üçün şərait yox dərəcəsindədir. Bu gün bu vəsaiti axtarmaq lazım gəlir. Ümid kredit resurslarına qalır lakin onların miqdarı azdır və onların inflyasiya şəraitində həyata keçirilməsi real deyildir. Vəziyyət yalnız kiçik biznesin dəstəklənməsində sözdən işə keçməklə, konstruktiv dəyişikliklər aparmaqla yaxşılaşa bilər.
2) kiçik sahibkarlığın səmərəli yaradılması və fəaliyyətinə imkan verəcək qanunvericilik bazası formalaşmalıdır. Hələlik demək olar ki, qəbul edilmiş qanunlar tam mükəmməl deyildir. Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların iqtisadiyyatın və sahibkarlığın hüquqi tənzimlənməsinə aid olan qanunları dəqiq bilməli, qanunların fərman, qərar, sərəncam, göstərişlərdə verilən təsvirini əldə etməlidirlər. Bu heç də həmişə sahibkarlara müyəssər olmur və nəticədə qanunlar sahibkarların işinə mənfi təsir edir.
3) əsas problemlərdən biri kadr problemidir. Mövcud olan və yeni sahibkarlar isə müəyyən iqtisadi, təşkilati, maliyyə və s. biznes fəaliyyəti üçün zəruri olan biliklərə yiyələnməlidir.
Problemlərdən biri də sahibkarlıq fəaliyyətinin sosial müdafiəsidir. Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsində mövcud sosial-iqtisadi amilləri nəzərə almaqla müsbət nəticələrə nail olmaq qeyri-mümkündür. Məlumdur ki, ictimai fondların paylaşdırılması əsasında əvvəllər mövcud olan sosial zəmanət və sosial təminat sistemi müasir keçid dövrü şəraitində praktiki olaraq parçalanmışdır. Bu sistemi bütün cəmiyyətə görə, o cümlədən ən başlıcası yeni sosial təbəqə olan sahibkarlara görə yenidən qurmaq lazımdır. Məlumdur ki, əhalinin gəlirinin azalması istehlak strukturunun xeyli pisləşməsinə səbəb olmuşdur. Gəlirlər əsasən ilkin zəruri əmtəələrin alınmasına hər şeydən əvvəl ərzaq məhsullarına və komunal xidmətlərin ödənilməsinə istiqamətlənir. Həmin şeylər həmçinin kiçik sahibkarlığa da şamil edilir. Əgər əhali əvvəllər müəyyən yığımı nəzərdə tuturdusa, islahatın birinci mərhələsindən sonra o, əsasən istehlak üçün işləmək zərurətində qalmışdır. Uzun həyat tsikli olan məhsullar (elmtutumlu) istehsal etmək səmərəsiz (hətta dağıdıcı) oldu. Nəticədə kiçik biznesdə ciddi neqativ struktur dəyişikliklər baş verməyə başladı. Əgər bi gün gedən proseslər davam edərsə, kiçik sahibkarlıq fəaliyyətinə iqtisadi-sosial zəmin yaradılmazsa, onun özünün mövcudluğu sual altında ola bilər.
Kiçik müəssisələrin inkişaf etdirilməsində iqtisadi amillər daha əhəmiyyətli rola malikdir. Milli sahibkarlığın inkişafı yolunda duran maneələrin böyük əksəriyyəti subyektiv xarakterlidir. İlk növbədə özəlləşdirilmiş müəssisələrin sağlamlaşdırılması problem kimi qalır. Hər il dövlət büdcəsindən az da olsa Özəlləşdirilmiş müəssisələrin sağlamlaşdırılması fonduna vəsait ayrılır, lakin onlar istifadəsiz qalır. Sahibkarlar mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən bazara giriş yolunda süni maneələrin, ayrı-seçkiliyin, qeyri-bərabərlik hallarının aradan qaldırılmasını vacib sayırlar.
Yuxarıda göstərilən problemlərin aradan qaldırılması və nəticədə ölkədə kiçik biznesin inkişaf etdirilməsi məqsədilə Azərbaycan dövlətinin rəhbərliyi və höküməti bir sıra xüsusi qərarlar və sərəncamlar vermişdir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin